Previous Next
Bağla

Bakutel-də poçt və rabitənin zəngin tarixini əks etdirən muzey fəaliyyət göstərəcək

28-11-2018 11:52
Bakutel-də poçt və rabitənin zəngin tarixini əks etdirən muzey fəaliyyət göstərəcək

Məlum olduğu kimi, bu il Azərbaycanda müasir poçt rabitəsinin yaradılmasından 200 il, Poçt və Teleqraf Nazirliyinin yaradılmasından isə 100 il ötür. Bu tarixi hadisə cari ildə 24-cü dəfə təşkil olunan “Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində diqqətdən kənarda qalmayıb.

Xeberler.az  bildirir ki, bu il sərgi çərçivəsində poçt və rabitənin zəngin tarixini əks etdirən muzey fəaliyyət göstərəcək. Burada poçt tarixinə aid eksponatlar, məktublar, teleqramlar, rabitə qurğuları, komutator telefonları, “Morzi” əlifbası, sahənin dövrlər üzrə rəsmi sənədləri, poçt və rabitə işçisinin geyim formaları, istifadə etdiyi əşyalar, bağlama, məktub, kiçik paketlər və banderol nümunələri nümayiş olunacaq.

Eyni zamanda, II Dünya müharibəsi illərinə dair poçt göndərişləri, əsgər məktubları, poçt qutuları, ötən əsrin 70-80-ci illərinə təsadüf edən poçt nümunələri, Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə poçt sahəsinin inkişafını xarakterizə edən xüsusi güşə də fəaliyyət göstərəcək. Sərgidə təqdim olunacaq eksponantlar ayrı-ayrı rabitə müəssilərindən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin muzeyindən, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsindən və kolleksiyaçılardan əldə olunub.

Müzeyi ziyarət edənlər poçt və rabitə tarixini özündə əks etdirən, 2018-ci il istehsalı “Sizə məktub var” filmini də izləmək şansı əldə edəcəklər. Eyni zamanda, tədbir çərçivəsində 40-50-ci illərdə Azərbaycan poçtunun işini, o zamanki fəaliyyət və imkanlarını əks etdirən “Məktublar həftəsi” sənədli filmi də nümayiş olunacaq.

“Bakutel-2018”-in iştirakçılarının yalnız keçmişə deyil, gələcəyə də səyahət etmək imkanı olacaq. Belə ki, sərgidə “Azərpoçt” MMC tərəfindən ən çox tələb olunan xidmətlərin göstərildiyi, tam avtomatlaşdırılmış poçt şöbəsi prototipi də nümayiş etdiriləcək. Stend-şöbədə poçt göndərişləri və qəbulu üçün avadanlıq-poçtamat, elektron tərəzi, poçtamatın özünəxidmət terminalı, vəsiqə skaneri, ödəniş qəbulu və plastik kartların verilməsi üçün avadanlıq, eyni zamanda kommunal və digər xidmətlər üçün ödəniş terminalları, avtomatlaşdırılmış valyuta mübadilə terminalı (exchange), bank hesabında vəsaitin artırılması üçün “Smart safe” depozit avadanlığı, eləcə də, məlumat terminalı yerləşdiriləcək. Sərgidə nümayiş olunacaq avadanlıqların gələcəkdə bir çox ictimai yerlərdə quraşdırılması planlaşdırılır. 7 gün 24 saat ərzində zəruri poçt xidmətlərinin göstəriləcəyi şöbənin gələn ildən fəaliyyətə başlaması nəzərdə tutulur.

Qeyd edək ki, “Azərpoçt” MMC Azərbaycanın yeganə milli poçt operatorudur və ənənəvi poçt-telekommunikasiya xidmətləri ilə yanaşı, maliyyə xidmətləri də göstərir. Xatırladaq ki, “Bakutel-2018” sərgi-konfransı Azərbaycan Respublikası
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, "Caspian Event Organisers" ("CEO") şirkətinin təşkilatçılığı və “Azercell” şirkətinin baş sponsorluğu ilə keçirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakıda yerləşən Uşaq evlərinin sakinləri Bakutel-2018 sərgisinə ekskursiya  edib

Bakıda yerləşən Uşaq evlərinin sakinləri Bakutel-2018 sərgisinə ekskursiya edib

07-12-2018
Bakutel-2018 bir sıra yeniliklərlə yadda qaldı

Bakutel-2018 bir sıra yeniliklərlə yadda qaldı

08-12-2018
Bakutel-2018 sərgisində autizmli uşaqlara dəstək məqsədilə hərrac keçiriləcək

Bakutel-2018 sərgisində autizmli uşaqlara dəstək məqsədilə hərrac keçiriləcək

22-11-2018
Bakutel-2018 sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq

Bakutel-2018 sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq

15-11-2018
Bakutel sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib

Bakutel sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib

02-12-2019
Bakutel-2018-ə həsr olunan mətbuat konfransı keçirilib

Bakutel-2018-ə həsr olunan mətbuat konfransı keçirilib

03-12-2018
Bakutel 2017-də hansı yeniliklər olacaq?

Bakutel 2017-də hansı yeniliklər olacaq?

19-09-2017
Bakıda “BakuTel-2010” sərgisi açıldı

Bakıda “BakuTel-2010” sərgisi açıldı

24-11-2010
BakuTel 2018 sərgisində iki yeni markalı kitabın təqdimatı keçirilib

BakuTel 2018 sərgisində iki yeni markalı kitabın təqdimatı keçirilib

07-12-2018
Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı

Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı

17-11-2018
Bakıda Bakutel 2008 sərgisi öz işinə başlayır

Bakıda Bakutel 2008 sərgisi öz işinə başlayır

11-11-2008
BakuTel-2016-nın keçiriləcəyi tarix açıqlandı

BakuTel-2016-nın keçiriləcəyi tarix açıqlandı

04-10-2016
Bakutel 2015 - Fotolarda

Bakutel 2015 - Fotolarda

02-12-2015
Bakutel 2015-də  200-dən artıq şirkətin iştirakı gözlənilir

Bakutel 2015-də 200-dən artıq şirkətin iştirakı gözlənilir

14-09-2015
Bakutel-2019 sərgisində Əşyaların interneti həlləri təqdim olunacaq

Bakutel-2019 sərgisində Əşyaların interneti həlləri təqdim olunacaq

02-12-2019
Azərbaycan texnologiya sərgisində iştirak edəcək

Azərbaycan texnologiya sərgisində iştirak edəcək

08-06-2015
Bakutel-in rəsmi saytı yenilənib

Bakutel-in rəsmi saytı yenilənib

18-10-2016
Bakcell-ə Ən yaxşı təqdimat sertifikatı verildi

Bakcell-ə Ən yaxşı təqdimat sertifikatı verildi

10-12-2018
Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2018 beynəlxalq sərgi-konfransında  iştirak edir

Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2018 beynəlxalq sərgi-konfransında iştirak edir

10-09-2018
Microsoft yeni məhsullarını təqdim edir

Microsoft yeni məhsullarını təqdim edir

30-11-2016
“Bakutel-2013” sərgisində “Teleradio” İB-nin stendi yeni texnologiyaların nümayişi ilə təmsil olunacaq

“Bakutel-2013” sərgisində “Teleradio” İB-nin stendi yeni texnologiyaların nümayişi ilə təmsil olunacaq

22-11-2013
“Bakutel-də 10 mindən çox ziyarətçi olacaq”

“Bakutel-də 10 mindən çox ziyarətçi olacaq”

01-12-2015
Bakutel 2015-də iştirak edəcək ölkələrin adı təsdiqlənib

Bakutel 2015-də iştirak edəcək ölkələrin adı təsdiqlənib

26-10-2015
Azercell-dən daha bir uğur

Azercell-dən daha bir uğur

08-12-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə