Previous Next
Bağla

Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı

17-11-2018 10:26
Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı

"Yüksək Texnologiyalar Həftəsi"nə start verilərək dekabrın 4-7-də Bakıda "Bakutel 2018" XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konfransı keçiriləcək. "Caspian Event Organisers" (CEO) şirkətindən AZƏRTAC-a bildiriblər ki, bu gün "Bakutel" sərgisi sürətlə inkişaf edən texniki nailiyyətlərə həsr olunmuş yalnız bir sərgi deyil, burada İKT müxtəlif sahələrini təmsil edən mütəxəssis və peşəkarlar toplanaraq, iqtisadi və sosial rifahı təmin etməkdə mühüm rol oynayan bütün fəaliyyət istiqamətləri üçün geniş imkanlar və son inkişafları təklif edən və əhalinin həyat səviyyəsinin artırılması üçün unikal bir platformadır.

Xeberler.az  bildirir ki, "Bakutel 2018" sərgisi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Regional Rabitə Birliyi (RRB), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçiriləcək. Sərginin təşkilatçısı qismində "Caspian Event Organisers" şirkəti, baş sponsoru qismində müntəzəm iştirakçısı olan "Azercell Telecom" çıxış edir.

Bu il sərgidə dünyanın 20 ölkəsini təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir. İştirakçıların arasında İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distribüterləri və gənc ixtiraçılar var. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəal dəstəyi ilə reallaşdırılan "Bakutel 2018" sərgisində ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İran, Fransa, Türkiyə, Sloveniya, Xorvatiya kimi ölkələrin milli stendləri nümayiş olunacaq.

Builki sərgi bir real innovasiya festivalı da təqdim edəcək. Sərgidə banklar üçün yeni nəsil IT həlləri, şəhər nəqliyyatı, pərakəndə satış, "Ağıllı Şəhər" (Smart City) sistemləri, 4G-5G mobil texnologiyalar, optik lifli texnologiya və "bulud" texnologiyaları üzrə xidmətlər təklif olunacaq. Hər il iştirakçıların siyahısına yeni şirkətlər əlavə olunur, sərginin ekspozisiyası genişlənir. Bu il debütantlar arasında “Silk Way Biznes Aviasiya”, Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA), "Sistematiks" (Rusiya), "Suntech" (Polşa) və digərləri yer alır.

Sərgidə ilk dəfə olaraq “Silk Way Biznes Aviasiya” öz stendində təyyarə üçün yeni bir laboratoriya təqdim edəcək: ATR 42-500. Bu, hava gəmisi üçün yenilik Sokkia GRX1 cihazında gerçək zamanlı kinematik metodundan (RTK) istifadə edilən geodeziya çəkilişidir. Sərgidə turizm, ekologiya, qonaqpərvərlik, mühasibatlıq və s. kimi müxtəlif fəaliyyət istiqamətləri üzrə yeni ideyalarını təqdim edəcək 100-ə yaxın Azərbaycan startapçısı təqdim olunacaq. İnkişafın təsirli bir hissəsi virtual və genişlənmiş reallıq texnologiyalarının tətbiqinə əsaslanır.

Sərginin yeni istiqaməti kimi kiçik və orta müəssisələrin, özəl texnologiya ixtiraçılarının biznesinin inkişafına və əyləncədən tutmuş neft sahəsi üzrə olan bütün məsələlərinin həllinə yönlənərək, onları özünə cəlb etməkdir. Bu istiqamət Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə reallaşdırılır. Sərginin dörd iş günü ərzində dolğun və çoxtərəfli işgüzar tədbirlər proqramı keçiriləcək. Tədbirdə müxtəlif konfrans və görüşlərin keçirilməsi planlaşdırılır. Həmçinin "Bakutel" sərgisi çərçivəsində "B2B" formatlı görüşlər təşkil olunacaq. İşgüzar görüşlər və danışıqlarla yanaşı, sərginin bütün ziyarətçi və iştirakçılarını xoş sürprizlər, eləcə də müsabiqə və viktorinalar gözləyir.

İlk dəfə olaraq "Bakutel" sərgisində alman alimlərinin ixtirası olan ultramodern texnologiyası əsasında hazırlanan "Robokiper" təqdim olunacaq. "Robokiper" - dünyanın ən sürətli qapıçısı hesab edilir. "Bakutel 2018" sərgisinin ziyarətçiləri və qonaqları "Robokiper"ə qol vurmaqda özlərini sınaya biləcəklər. Oyun iştirakçılarına vurduqları hər bir qola görə "Azercell" şirkəti tərəfindən müxtəlif hədiyyələr və "Aloff" firması tərəfindən futbol topu təqdim ediləcək. "Bakutel" sərgisi hər kəsə ən yaxşı nailiyyətlər və texnologiyaların qəbul edilməsi, yeni tərəfdaşlar və investorların tapılması, eləcə də biznesin inkişafı üzrə səmərəli həll yollarını təqdim edəcək. Sərgi haqqında ətraflı məlumat, eləcə də elektron dəvətnaməni www.bakutel.az rəsmi saytından əldə etmək olar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakutel 2017-də hansı yeniliklər olacaq?

Bakutel 2017-də hansı yeniliklər olacaq?

19-09-2017
Bakutel 2015-də  200-dən artıq şirkətin iştirakı gözlənilir

Bakutel 2015-də 200-dən artıq şirkətin iştirakı gözlənilir

14-09-2015
Bakutel sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib

Bakutel sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib

02-12-2019
Dünyanın ən sürətli qapıçısı Bakıya gəlir

Dünyanın ən sürətli qapıçısı Bakıya gəlir

27-11-2018
Bakutel-2018-ə həsr olunan mətbuat konfransı keçirilib

Bakutel-2018-ə həsr olunan mətbuat konfransı keçirilib

03-12-2018
Bakutel 2015 - Fotolarda

Bakutel 2015 - Fotolarda

02-12-2015
Dünyanın ən sürətli robot qapıçısı Bakutel sərgisinə gətirilir

Dünyanın ən sürətli robot qapıçısı Bakutel sərgisinə gətirilir

08-11-2018
Sabah Bakutel 2015 sərgisi keçiriləcək

Sabah Bakutel 2015 sərgisi keçiriləcək

01-12-2015
Bakutel 2015-də iştirak edəcək ölkələrin adı təsdiqlənib

Bakutel 2015-də iştirak edəcək ölkələrin adı təsdiqlənib

26-10-2015
Bakutel-2018 bir sıra yeniliklərlə yadda qaldı

Bakutel-2018 bir sıra yeniliklərlə yadda qaldı

08-12-2018
“Bakutel-2013” sərgisində “Teleradio” İB-nin stendi yeni texnologiyaların nümayişi ilə təmsil olunacaq

“Bakutel-2013” sərgisində “Teleradio” İB-nin stendi yeni texnologiyaların nümayişi ilə təmsil olunacaq

22-11-2013
İlham Əliyev Bakutel-2016 sərgisi ilə tanış olub-Foto

İlham Əliyev Bakutel-2016 sərgisi ilə tanış olub-Foto

30-11-2016
İlham Əliyev Bakutel sərgisi ilə tanış olub-Foto

İlham Əliyev Bakutel sərgisi ilə tanış olub-Foto

06-12-2017
Bakıda “BakuTel-2010” sərgisi açıldı

Bakıda “BakuTel-2010” sərgisi açıldı

24-11-2010
Bakutel-də nələr olacaq?-Proqram

Bakutel-də nələr olacaq?-Proqram

28-11-2016
Dünyanın 100-dən artıq şirkəti Bu gün Bakutel 2009-da bir araya gəldi

Dünyanın 100-dən artıq şirkəti Bu gün Bakutel 2009-da bir araya gəldi

04-11-2009
Bakıda yerləşən Uşaq evlərinin sakinləri Bakutel-2018 sərgisinə ekskursiya  edib

Bakıda yerləşən Uşaq evlərinin sakinləri Bakutel-2018 sərgisinə ekskursiya edib

07-12-2018
“Yeni həyat: texnologiyalardan incəsənətə”

“Yeni həyat: texnologiyalardan incəsənətə”

10-11-2014
Bakıda 16-cı “BakuTel” sərgi və konfransı keçiriləcək

Bakıda 16-cı “BakuTel” sərgi və konfransı keçiriləcək

11-11-2010
“Bakutel  aparıcı biznes rəhbərlərinin görüş yeridir”

“Bakutel aparıcı biznes rəhbərlərinin görüş yeridir”

05-12-2017
Bakıda Bakutel 2008 sərgisi öz işinə başlayır

Bakıda Bakutel 2008 sərgisi öz işinə başlayır

11-11-2008
Bakutel-in rəsmi saytı yenilənib

Bakutel-in rəsmi saytı yenilənib

18-10-2016
Bu il Bakutel-də ən son texnologiyalar təqdim ediləcək

Bu il Bakutel-də ən son texnologiyalar təqdim ediləcək

21-11-2016
“Bakutel-də İKT şirkətlər arasında ciddi rəqabət olur”

“Bakutel-də İKT şirkətlər arasında ciddi rəqabət olur”

02-11-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə