Previous Next
Bağla

Bakutel-2018 sərgisində autizmli uşaqlara dəstək məqsədilə hərrac keçiriləcək

22-11-2018 12:48
Bakutel-2018 sərgisində autizmli uşaqlara dəstək məqsədilə hərrac keçiriləcək

Cari ilin 4-7 dekabr tarixlərində baş tutacaq “Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində “İdeyadan Biznesə” layihəsi çərçivəsində respublikamızın 8 bölgəsində keçirilən startap turları zamanı çəkilmiş illüstrativ rəsmlərin xeyriyyə hərracı keçiriləcək.

Xeberler.az  bildirir ki, hərracdan toplanmış vəsait “Birgə və Sağlam” İctimai Birliyində reabilitasiya keçən autizmli uşaqlara dəstək məqsədi ilə istifadə olunacaq. Hərrac 5 dekabr tarixində, "Abşeron Marriott" otelində saat 20:00-da təşkil olunacaq.

Qeyd edək ki, rəsmlər tanınmış illüstrator-rəssam Mahir Qafarov tərəfindən çəkilib. “Birgə və Sağlam” İctimai Birliyi reabilitasiya mərkəzlərində psixi, əqli əlilliyi olan, xüsusi qayğıya ehtiyac duyan uşaqlara reabilitasiya və bərpa xidmətləri göstərilir. Bildiyiniz kimi, bu cür xidmətlər müxtəlif dəstəklərlə həyata keçirilir. İnkişaf problemləri olan uşaqlar diaqnozlarına müvafiq olaraq bərpa proqramlarından istifadə etsə də, bu uşaqların müxtəlif digər ehtiyacları birlik tərəfindən qarşılana bilmir. Uşaqların müxtəlif digər ehtiyaclarının qarşılanması və ümumiyyətlə, cəmiyyətdə bu istiqamətdə sosial təşəbbüskarlığın artırılması məqsədilə bir sıra müəssisələr öz dəstəklərini təklif edirlər. Bu mənada təşkil edilən hərracın faydalı olacağı danılmazdır.

Məlumat üçün bildirək ki, “Bakutel-2018” sərgi-konfransı çərçivəsində 6-7 dekabr tarixində Bakı şəhərində yerləşən Uşaq evlərinin sakinlərinin sərgiyə ekskursiyası da təşkil olunacaq. Onlar sərgidə fəaliyyət göstərən pavilyonlarla tanış olmaq və innovativ oyun zonasında əylənmək şansı əldə edəcəklər.

Xatırladaq ki, “Bakutel-2018” sərgi-konfransı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, "Caspian Event Organisers"("CEO") şirkətinin təşkilatçılığı və “Azercell” şirkətinin baş sponsorluğu ilə keçirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakıda yerləşən Uşaq evlərinin sakinləri Bakutel-2018 sərgisinə ekskursiya  edib

Bakıda yerləşən Uşaq evlərinin sakinləri Bakutel-2018 sərgisinə ekskursiya edib

07-12-2018
Bakutel 2017-də hansı yeniliklər olacaq?

Bakutel 2017-də hansı yeniliklər olacaq?

19-09-2017
Bakutel-2018 sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq

Bakutel-2018 sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq

15-11-2018
BakuTel 2018 sərgisində iki yeni markalı kitabın təqdimatı keçirilib

BakuTel 2018 sərgisində iki yeni markalı kitabın təqdimatı keçirilib

07-12-2018
AzTU-nun startap komandaları Bakutel-2018 sərgisində iştirak edəcəklər

AzTU-nun startap komandaları Bakutel-2018 sərgisində iştirak edəcəklər

01-11-2018
Bakutel-də poçt və rabitənin zəngin tarixini əks etdirən muzey fəaliyyət göstərəcək

Bakutel-də poçt və rabitənin zəngin tarixini əks etdirən muzey fəaliyyət göstərəcək

28-11-2018
Bakutel sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib

Bakutel sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib

02-12-2019
Növbəti startap turu Qubada keçiriləcək

Növbəti startap turu Qubada keçiriləcək

07-06-2018
Növbəti startap turunun keçiriləcəyi yer bəlli oldu

Növbəti startap turunun keçiriləcəyi yer bəlli oldu

04-06-2018
Nar-dan autizmli uşaqlara dəstək

Nar-dan autizmli uşaqlara dəstək

02-10-2018
İlk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

İlk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

20-11-2018
Bakutel-2018-ə həsr olunan mətbuat konfransı keçirilib

Bakutel-2018-ə həsr olunan mətbuat konfransı keçirilib

03-12-2018
Dünyanın ən sürətli qapıçısı Bakıya gəlir

Dünyanın ən sürətli qapıçısı Bakıya gəlir

27-11-2018
“BakuTel-2010” sərgisində İKT yeniliklərinin naviqatoru

“BakuTel-2010” sərgisində İKT yeniliklərinin naviqatoru

21-11-2010
Bu il Bakutel-də ən son texnologiyalar təqdim ediləcək

Bu il Bakutel-də ən son texnologiyalar təqdim ediləcək

21-11-2016
Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı

Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı

17-11-2018
Bakıda ilk dəfə Robopark təşkil olunacaq

Bakıda ilk dəfə Robopark təşkil olunacaq

13-11-2019
Bakutel 2015 - Fotolarda

Bakutel 2015 - Fotolarda

02-12-2015
Bakıda 16-cı “BakuTel” sərgi və konfransı keçiriləcək

Bakıda 16-cı “BakuTel” sərgi və konfransı keçiriləcək

11-11-2010
Nazirlik autizm sindromlu uşaqlara növbəti dəstəyini göstərib

Nazirlik autizm sindromlu uşaqlara növbəti dəstəyini göstərib

01-04-2019
Nar autizm sindromlu uşaqlara növbəti dəstəyini göstərib

Nar autizm sindromlu uşaqlara növbəti dəstəyini göstərib

23-01-2019
Dünyanın ən sürətli robot qapıçısı Bakutel sərgisinə gətirilir

Dünyanın ən sürətli robot qapıçısı Bakutel sərgisinə gətirilir

08-11-2018
Bakutel-in rəsmi saytı yenilənib

Bakutel-in rəsmi saytı yenilənib

18-10-2016
Növbəti startap turu Lənkəranda keçiriləcək

Növbəti startap turu Lənkəranda keçiriləcək

16-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə