“Baktelecom” onlayn xidmət sahəsini genişləndirib

18-10-2021 / 12:47

Bakı Telefon Rabitəsi MMC (Baktelecom) istifadəçilərin rahatlığını təmin etmək məqsədi ilə internet tariflərinin onlayn dəyişdirilməsi funksiyasını yaradıb.

Xeberler.az bildirir ki, artıq “Baktelecom”un rəsmi veb-saytı üzərindən “mövcud tarifi dəyiş” bölməsində https://baktelecom.az/onlayn internet sürətini asanlıqla yeniləmək mümkündür. Sözügedən funksiyadan istər optik, istərsə də ADSL xidməti alan bütün istifadəçilər yararlana bilirlər.

Bir müddət öncə “Baktelecom” internet sürətlərini artırıb, bunun müqabilində aylıq ödəniş haqqını endirib. Hazırda mövcud istifadəçilər əlavə vaxt itirmədən və rabitə xidmətləri mərkəzlərinə yaxınlaşmadan yenilənmiş tariflərə qoşula bilirlər.

Bundan öncə “baktelecom.az” saytı üzərindən “onlayn qoşulma” funksiyası da aktivləşdirilib. Sözügedən bölmə vasitəsi ilə vətəndaşlar optik internet xidmətinə qoşulmanı məsafə qət etmədən seçdikləri tarif əsasında onlayn sifariş edə bilirlər.

Məlumat üçün bildirək ki, müştəri məmnuniyyətinin təmin edilməsi məqsədi ilə “Baktelecom”un müraciətlərin qəbulunu 24/7 həyata keçirən “155 Çağrı Mərkəzi",
rəsmi veb-saytında ( https://www.baktelecom.az/ ) onlayn çat bölməsi və sosial şəbəkələrdə hesabları ( https://www.facebook.com/baktelecom
https://twitter.com/baktelecomhttps://www.instagram.com/baktelecom.az/) mövcuddur . Vətəndaşlar telekommunikasiya xidmətləri ilə bağlı sorğularını
sözügedən əlaqə vasitələri ilə bizə ünvanlaya bilərlər.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.