Previous Next
Bağla

“Baktelecom” Binəqədi və Sabunçu rayonlarında “Evədək optika” layihəsinin icrasını sürətləndirdi

07-07-2021 17:58
“Baktelecom” Binəqədi və Sabunçu rayonlarında “Evədək optika” layihəsinin  icrasını sürətləndirdi

“Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) paytaxtın Binəqədi və Sabunçu rayonlarındakı yaşayış massivlərini optik telekommunikasiya xidmətləri ilə təmin etməyə başladı.

“Evədək optika” layihəsi çərçivəsində Biləcəri qəsəbəsində yerləşən “Motodrom” yaşayış massivində 1300 nömrə tutumlu şəbəkə qurulub. Artıq 700-dən çox mənzilin genişzolaqlı xidmətlərə qoşulması təmin edilib, mövcud mis xətlər üzərindən rabitə xidmətləri alan 300 mənzil yeni şəbəkəyə keçirilib.

Əlavə olaraq Biləcəri qəsəbəsinin Xudadat bəy Məlikaslanov küçəsində fiber-optik xətlərin çəkilişi üzrə ikinci mərhələyə start verilib. Sözügedən küçədə sakinlərin rabitə xidmətləri ilə təmin edilməsi üçün 2000 nömrə tutumlu optik şəbəkə qurulub.

Hazırda bu ərazi üzrə müraciətçilərin keyfiyyətli telekommunikasiya xidmətlərinə qoşulması istiqamətində işlər görülür.

Ümumilikdə Binəqədi rayonunun Biləcəri qəsəbəsi bütünlüklə “Evədək optika” layihəsinin əhatə dairəsinə daxil edilib. Ərazidə 10 min nömrə tutumlu genişzolaqlı şəbəkənin mərhələli şəkildə istifadəyə verilməsi nəzərdə tutulub.

“Baktelecom” tərəfindən sözügedən layihənin icrası Sabunçu rayonunun Balaxanı, Maştağa, Kürdəxanı və Nardaran qəsəbələrində də davam etdirilir. Ümumilikdə bu ərazilərdə yaşayan sakinlərin genişzolaqlı rabitə xidmətləri ilə təminatı üçün 1500 nömrəlik optik xətt şəbəkəsinin inşası həyata keçirilir.

Artıq Balaxanı qəsəbəsində müasir telekommunikasiya xidmətlərinin göstərilməsi üçün 400 nömrə tutumlu infrastruktur qurulub. Qəsəbənin Həsən Əliyev küçəsində 200-ə yaxın mənzildə telekommunikasiya xidmətlərinə qoşulma işlərinə başlanılıb.

2021-ci ilin sonunadək Sabunçu rayonunda yaşayan sakinlərin istifadəsi üçün müasir standartlara cavab verən 15 min nömrə tutumlu xətt şəbəkəsinin tikintisi başa çatacaq.

Qeyd edək ki, layihə icra olunan bütün ərazilərdə optik telekommunikasiya şəbəkəsi qurularkən gələcəkdə sakin artımı ehtimalı nəzərə alınıb.

Məlumat üçün bildirək ki, “Evədək optika” layihəsi çərçivəsində Bakı və ətraf ərazilərdə 230 min istifadəçi tutumlu optik şəbəkə yaradılıb. Artıq bu şəbəkə üzərindən 130 min mənzilin müasir standartlarla optik xidmətlərə qoşulması təmin edilib. Sözügedən şəbəkə ən müasir internet bağlantısı olan GPON (Gigabyte Passive Optical Network – Qiqabit tutumlu passiv optik şəbəkə) texnologiyası əsasında qurulur. Bu texnologiya sabit sürətə zəmanət verməklə yanaşı, telefon, internet və televiziya xidmətlərini bir optik xətt üzərindən təqdim etməyə imkan yaradır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Baktelecom” Binə qəsəbəsində optik şəbəkəsini istifadəyə verib

29-04-2021

“Baktelecom” Hövsan qəsəbəsində optik telekommunikasiya xidmətləri təqdim edir

26-04-2021

Evədək optika layihəsinin əhatə dairəsi genişləndirilir

10-09-2019

“Baktelecom” fərdi yaşayış evlərini optik xətlərlə təmin edir

05-08-2020

Evədək optika layihəsinin ikinci mərhələsinə başlanıb

18-04-2019

Baktelecom optik şəbəkəyə keçidin əhatə dairəsini genişləndirir

14-06-2019

“Baktelecom” yeni yaşayış massivi sakinlərini multimedia xidmətləri ilə təmin edir

24-08-2020

Baktelecom 24 min mənzili optik şəbəkəyə keçirib

09-07-2019

“Baktelecom” “İçərişəhər” qoruğunda müasir standartlara cavab verən optik şəbəkəsini istifadəyə verib

03-12-2020

“Baktelecom” Biləcəri sakinlərinə səyyar xidmət göstərib

11-08-2020

Baktelecom İçərişəhər və mərkəzi küçələri optik şəbəkəyə keçirir

01-10-2019

“Baktelecom” Dədə Qorqud massivində optik şəbəkəsini istifadəyə verdi

06-04-2022

“Baktelecom” optik şəbəkəyə keçidi sürətləndirib

22-05-2020

100 minədək evə sürətli internet çəkiləcək

09-04-2018

Şuşa şəhəri optik telekommunikasiya xidmətləri ilə təmin edilib

08-11-2021

Bakı Telefon Rabitəsi yeni ATS-lər tikib

26-07-2017

Naxçıvanda 1 646 abonent genişzolaqlı internetlə təmin olunub

06-04-2023

Naxçıvanda 1 646 abonent genişzolaqlı internetlə təmin olunub

06-04-2023

“Baktelecom” mətbuat işçilərinin binasını optik şəbəkə ilə təmin edib

28-10-2020

Qarabağ və Şərqi Zəngəzurda rabitə infrastrukturu ilə bağlı görülən işlər açıqlanıb

05-01-2026

Sakinlərə pulsuz avadanlıq verildi

14-12-2018

Baktelecom internet qiymətlərini endirdi

01-02-2018

Naxçıvanda telefon abunəçiləri və internet istifadəçilərinin sayı artıb

04-03-2013

Bu ərazilərdə genişzolaqlı internet xidmətinin göstərilməsinə başlanılıb

10-12-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə