Azərbaycanda ilk dəfə qabaqcıl texnologiya şirkəti “Nokia” ilə birgə GPON texnologiyası əsasında 1 Gbit/s sürəti texniki olaraq əldə olunub.
Xeberler.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, ilkin mərhələdə “Baktelecom” bazarda 250 Mbit/s sürət tarifini təqdim edir. Növbəti mərhələlərdə tələbə əsasən 1 Gbit/s sürət tariflərinin təklif olunması planlaşdırılır.