KOBİA AzTU tələbələrinin startapına “Startap” şəhadətnaməsi verib

27-04-2026 / 20:52

Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH qruplarının tələbəsi Kənan Rzayev və İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin tələbəsi Fərid Mustafayevin həmtəsisiçisi olduqları “Tanz Technologies” MMC-nin “ChatX” startapı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Startap” şəhadətnaməsinə layiq görülüb. “Startap” şəhadətnaməsi innovativ fəaliyyətlə məşğul olan mikro və kiçik sahibkarlar üçün nəzərdə tutulmuş rəsmi dövlət sənədidir.

Xeberler.az məlumat verir ki, “ChatX” startapı süni intellekt texnologiyalarına əsaslanan və müştəri xidmətlərini vahid platformada birləşdirən idarəetmə sistemidir. Startap bu statusu aldığı tarixdən etibarən innovasiya fəaliyyətindən əldə edilən gəlirlər üzrə 3 il müddətinə mənfəət və ya gəlir vergisindən azad olunur.

Qeyd edək ki, “ChatX” startapı AzTU İnkubasiya Mərkəzinin "Startaplara dəstək" platformasının iştirakçısı olub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə