Previous Next
Bağla

Bakutel 2015 təxirə salına və ya ləğv oluna bilərmi?

20-11-2015 15:52
Bakutel 2015 təxirə salına və ya ləğv oluna bilərmi?

Məlumdur ki, regionun ən böyük tədbirlərindən biri olan Bakutel  sərgisi 20 ildən artıqdır ki, hər il telekommunikasiya bazarının aparıcı iştirakçılarını Azərbaycanda bir araya toplayır.

Qeyd edək ki, Bakutel  hər il Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) dəstəyi və təşkilatçılığı ilə  keçirilir. 

Xəbər verdiyimiz kimi, ölkəmiz bu il  dekabrın 2-5-də Bakıda keçiriləcək  Bakutel 21-ci beynəlxalq sərgi-konfransına hazırlaşır.

Bu istiqamətdə görülən işlərlə bağlı Xeberler.az-da mütəmadi məlumatlar yayımlanır.

Hazırda sərgiyə hazırlıqlar davam edir. Artıq bir neçə   xarici ölkə də sərgidə iştirakını təsdiqləyib. Ümumiyyətlə, bu il  sərgidə 200-dən artıq  şirkətin iştirakı  gözlənilir.

Lakin son vaxtlarda RYTN ətrafında baş verən hadisələr sərgi ilə bağlı ictimaiyyətdə müəyyən naratlıqlar yaradıb.

Bir çox İT şirkətlər maraqlanırlar ki, məlum səbəblərdən  sərgi ləğv edilə və ya  vaxtı dəyişdirilə  bilərmi?

Xeberler.az olaraq bizə ünvlanan bu  narahatlıqları nəzərə alaraq   sərginin keçirilməsinə məsul qurumlarala  məsələni dəqiqləşdirməyə çalışıb.

Bakutel sərgisininin təşkilat işlərini həyata keçirən İteca şirkətindən Xeberler.az-a bildirilib ki, hazırda sərgi ilə bağlı hazırlıqlar davam edir, sərginin təxirə salınması və vaxtının dəyişdirilməsi gözlənilmir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məsələ ilə bağlı Xeberler.az-a bildirilib ki, Bakutel  bu il də  keçiriləcək.  Bildirilib ki, tədbirin əsasən sərgi ilə bağlı hissəsi təşkil ediləcək və bununla bağlı hər hansı problem yoxdur.

Qeyd edək ki, sərgi-konfrans çərçivəsində RYTN tərəfindən bəzi  ikitərəfli görüşlər, icaslar, qısa konfransların da keçirilməsi nəzərdə tutulurdu.

Bununla bağlı isə Nazirlikdən bildirilib ki, sərgi çərçivəsində keçirilməsi nəzərdə tutulan bəzi konfranslar və forumların təxirə salınacağı da istisna olunmur.

Sərginin ləğvi ilə bağlı fikirləri şərh edən Azərbaycan İnternet Forumunun prezidenti Osman  Gündüz deyib ki, bu tip sərgilər ölkənin tanıdılması, ölkə İKT sektorunun uğurlarını təqdim etmə baxımından , eyni zamanda İT sahəsində fəaliyyət göstərən şirkətlərin beynəlxalq  şirkətlərlə işbirliyi qurub əməkdaşlıq yaratması üçün  yaxşı bir vasitədir:

"Sərgilər yalnız hansısa məhsulların təqdimatından ibarət deyil, sərgi keçirilən ərəfədə böyük toplantılar, qarşılıqlı müzakirə forumları, işgüzar görüşlər  və bizim üçün əhəmiyyət kəsb edən tədbirlər də təşkil olunur".

Osman  Gündüz deyib ki,  artıq ölkədə Bakutel 2015 sərgisi ilə bağlı  xeyli hazırlıqlar görülüb:

"Tədbirin təşlikatçısı İteca şirkəti olsa da , bu  cür böyük fomatlı tədbirin keçirilməsində hər il RYTN yaxından iştirak edib və əslində elə RYTN-nın dəstəyi ilə bu tədbir müəyyən qədər canlı olurdu".

Onun sözlərinə görə, Bakutel-in ləğv edilməsi indiki məqamda  düzgün olmazdı:

“Əksinə Azərbaycan çalışmaldır ki, bu imkandan  daha çox faydalansın. Belə ki, sərgidə şirkətlər öz məhsullarını və xidmətlərini  təqdim etsinlər, xarici şirkətlərlə  əməkdaşlığı möhkəmləndirməyə cəhd etsinlər, keçirilən toplantılarda, forumlarda  və tədbirlərdə aktiv iştirak estinlər”.

Osman Gündüz onu da diqqətə çatdırıb ki,  bu formatda  sərgilərin  gələcəkdə hər il yox, bir neçə ildən bir keçirilməsini yenidən nəzərdən keçirmək lazımdır.

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakutel 2015-də 200-dən artıq şirkətin iştirakı gözlənilir

14-09-2015

Bakutel 2015 - Fotolarda

02-12-2015

Bakutel 2017-də hansı yeniliklər olacaq?

19-09-2017

Osman Gündüz : BakuTel-in hər il keçirilməsi effekt vermir

07-12-2018

İlham Əliyev Bakutel-2016 sərgisi ilə tanış olub-Foto

30-11-2016

“BakuTel-2010” sərgisində İKT yeniliklərinin naviqatoru

21-11-2010

Gələn il Bakutel sərgisinin keçiriləcəyi tarix açıqlandı

17-12-2015

Bakıda “BakuTel-2010” sərgisi açıldı

24-11-2010

Bu il Bakutel-də ən son texnologiyalar təqdim ediləcək

21-11-2016

Sabah Bakutel 2015 sərgisi keçiriləcək

01-12-2015

Bakutel 2015-də iştirak edəcək ölkələrin adı təsdiqlənib

26-10-2015

BTİ-nin baş katibinin startapçılarımızla görüşü gözlənilir

28-11-2016

Bakutel-2016 başladı-Fotolar

29-11-2016

Bakutel-in rəsmi saytı yenilənib

18-10-2016

BakuTel sərgisində Microsoft Windows 8 əməliyyat sistemi nümayiş olundu

07-11-2012

Bakutel 2011-də müvafiq xidmətlər üçün virtual kartlar təqdim edilir

25-11-2011

Şirkətlər Bakutel-də iştirak üçün nə qədər ödəyir? –Araşdırma

28-11-2017

Bakıda Bakutel 2008 sərgisi öz işinə başlayır

11-11-2008

“Bakutel aparıcı biznes rəhbərlərinin görüş yeridir”

05-12-2017

“Bakutel-də İKT şirkətlər arasında ciddi rəqabət olur”

02-11-2016

Bakutel sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib

02-12-2019

Prezident İlham Əliyev Bakutel-2015 sərgisi ilə tanış olub

02-12-2015

Bakutel-də iştirak etmək istəyən startapçıların nəzərinə

21-10-2016

Bakıda 16-cı “BakuTel” sərgi və konfransı keçiriləcək

11-11-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə