Ölkəmizin ən böyük rəqəmsal giriş ekosistemi olan “digital.login” platforması “mygov” tətbiqinə inteqrasiya edilərək artıq “mygov ID” olaraq vətəndaşlara xidmət göstərir. Yeni rəqəmsal həllin başlıca üstünlüyü dövlət və özəl informasiya sistemləri vahid rəqəmsal girişi bir tətbiqdə, yəni “mygov”un çətiri altında birləşdirməsidir. Bu o deməkdir ki, vətəndaşlar “mygov ID” hesablarına aid əsas əməliyyatları “mygov” tətbiqi üzərindən icra edə bilirlər.
Xeberler.az məlumat verir ki, “mygov ID” vasitəsilə dövlət və özəl informasiya sistemlərinə “SİMA İmza”, “Asan İmza”, FİN kod və digər üsullarla daxil olmaq, şəxsi məlumatları yeniləmək, parolu dəyişmək və təhlükəsizlik səviyyəsini artırmaq üçün ikifaktorluautentifikasiyanı aktivləşdirmək mümkündür. Eyni zamanda, mobil nömrə və elektron poçt ünvanlarının əlavə olunması və idarə edilməsi imkanı birbaşa tətbiq vasitəsilə artıq vətəndaşlar üçün əlçatandır.
Bundan əlavə, “mygov ID”də “QR login” və “mobil tətbiqlər arası login” funksionallıq imkanı da yaradılıb. Bu yenilik sayəsində istifadəçilər “mygov ID ilə daxil ol” düyməsi vasitəsilə “mygov” tətbiqi üzərindən inteqrasiya edilmiş mobil tətbiqlərə rahat girə bilirlər.
Qeyd edək ki, “mygov ID” artıq 240-dan çox dövlət və özəl qurumların informasiya sisteminə vahid rəqəmsal girişi təmin edir. Hazırda “mygov ID”nin istifadəçi sayı 4,8 milyonu ötüb, sistem üzərindən aylıq ortalama 9 milyondan çox əməliyyat həyata keçirilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları