25-26 oktyabr 2025-ci il tarixində Vyetnamın paytaxtı Hanoy şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) “Kibercinayətkarlığa qarşı” Konvensiyasının dövlətlər tərəfindən təntənəli imzalanma mərasimi keçirilib.
Xeberler.az məlumat verir ki, tədbirdə BMT-nin Baş katibi Antonio Quterreş, Vyetnamın Prezidenti Lıonq Kıonq, ayrı-ayrı dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri, beynəlxalq təşkilatların təmsilçiləri və ekspertlər iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Konvensiyanı Azərbaycan Respublikası adından Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev imzalayıb.
Azərbaycanın Konvensiyanı ilk imzalamış ölkələrdən biri olması Ali Baş Komandanın rəhbərliyi ilə Respublikamızın kibercinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlığa və qlobal kibermühitin təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfənin göstəricisidir.
Beynəlxalq sənəddə kibercinayətkarlıqla mübarizədə dövlətlər arasında hüquqi əməkdaşlığın təmin edilməsi, informasiya-kommunikasiya texnologiyalarından sui-istifadənin qarşısının alınması, elektron sübutların toplanması və təqdim edilməsi mexanizmlərinin beynəlxalq səviyyədə tənzimlənməsi əsas məqsədlər kimi qeyd olunub.
Konvensiya 2025-ci ilin 25-26 oktyabr tarixlərində ümumilikdə 72 ölkə tərəfindən imzalanıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları