Previous Next
Bağla

Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı keçirilir

28-10-2025 11:13
Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı keçirilir

Bakı Dövlət Universiteti (BDU), Beynəlxalq Türk Akademiyası və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı və Payız məktəbinin açılış mərasimi keçirilir.

Xeberler.az məlumat verir ki, mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev XXI əsrin bəşəriyyət üçün yeni bir dönüş nöqtəsi olduğunu bildirib. Qeyd edib ki, texnologiyalar inkişaf etdikcə süni intellekt sistemləri insan düşüncəsinin sərhədlərini aşır. Lakin bu texnologiyanın real gücü onun etika ilə tamamlandığı, insanyönümlü və məsuliyyətli şəkildə tətbiq edildiyi zaman ortaya çıxır. Bu baxımdan süni intellektin etik ölçülərini müzakirə etmək təkcə elmi məsələ deyil, həm də mənəvi və milli məsuliyyətdir. Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası” ölkəmizin gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirir. Bu strateji sənəddə süni intellektin “etik dəyərlər çərçivəsində və məsuliyyətlə istifadəsi”, “insanyönümlü yanaşma, şəffaflıq, ədalət və etibarlılıq” kimi prinsiplər dövlət siyasətinin ayrılmaz hissəsi kimi təsbit olunub: “Azərbaycan bu sahədə regionda nümunə yaratmaq əzmindədir. Bakı Dövlət Universiteti isə bir əsrdən çox tarixə malik, elmi və mənəvi düşüncənin beşiyi olaraq süni intellektin etik və elmi tərəflərinin araşdırılmasına xüsusi diqqət yetirir. Son illərdə universitetdə bu istiqamətdə mühüm addımlar atılıb. Beynəlxalq Türk Akademiyası ilə birlikdə Süni intellektin etikası kafedrası təsis edilib və onun tərkibi formalaşdırılmaqdadır. Bu kafedra süni intellektin istifadəsi zamanı etik, hüquqi, sosial və digər məsuliyyət tərəflərini də öyrədir. Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində gənclər tərəfindən süni intellekt tətbiqli layihələr, startaplar hazırlanır, “Ağıllı nəqliyyat”, “Rəqəmsal laboratoriya”, “Etik alqoritm” kimi yenilikçi təşəbbüslər həyata keçirilir, müsabiqələrdə nailiyyətlər əldə edilir. Tədqiqat mərkəzlərində etik risklərin qiymətləndirilməsi, məlumatların məxfiliyinin qorunması, alqoritmik ədalət və şəffaflıq sahəsində elmi araşdırmalar aparılır. Beynəlxalq əməkdaşlıq çərçivəsində Türkiyə, Qazaxıstan, Özbəkistan və digər ölkələrin universitetləri ilə birgə etik və hüquqi tədqiqat layihələrinin reallaşdırılması nəzərdə tutulur. Bu gün BDU-nun qarşısında bu sahədə duran əsas vəzifə yalnız süni intellekt sistemləri yaratmaq deyil, insana xidmət edən, ədalət və etika prinsipləri ilə tənzimlənən elmi mədəniyyət formalaşdırmaqdır”, - deyə o əlavə edib.

Rektor diqqətə çatdırıb ki, Türk dünyasının inkişafı və həmrəyliyi yalnız iqtisadi əlaqələrin gücləndirilməsi ilə deyil, elm, təhsil, mədəniyyət və ortaq dəyərlər üzərində qurulmuş möhkəm bir mənəvi körpü ilə mümkündür: “Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və dərin strateji baxışları türk xalqlarının həmrəyliyi, qarşılıqlı hörmət və əməkdaşlıq ruhu üçün əbədi bir ideyanın təməlini qoyub. Bu ideya bu gün Türk dünyasının inteqrasiya proseslərində, birgə layihələrində və gələcəyə yönəlmiş strateji baxışında öz əksini tapır. Məhz bu ideyaların davamı olaraq, Türk dünyası dövlətlərinin başçılarının uzaqgörən təşəbbüsləri ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində yeni bir mərhələyə – elm, texnologiya, süni intellekt və innovasiya sahəsində ortaq ekosistemin formalaşması mərhələsinə qədəm qoyulub. Bu ekosistem yalnız texnoloji tərəqqini deyil, həm də etik məsuliyyəti, insan mərkəzli yanaşmanı və ortaq dəyərlər üzərində qurulmuş elmi əməkdaşlığı özündə birləşdirir. BDU tərəfindən elm və təhsildə yeni çağırışlara cavab olaraq “Türk dünyasında süni intellekt etikası Mərkəzi”nin yaradılması kimi təşəbbüs irəli sürmək istərdik. Bu təşəbbüs türk dövlətlərinin müvafiq universitetlərinin elmi potensialının birləşdirilməsinə, süni intellekt sahəsində ortaq elmi-praktik platformanın qurulmasına və gələcəyin etik prinsiplərə əsaslanan texnoloji inkişaf modelinin yaradılmasına yönəldilməlidir. 31 oktyabradək davam edəcək Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı və Payız məktəbində dünyanın 10 ölkəsindən aparıcı universitet və elmi mərkəzlərin nümayəndələri, alimlər, ekspertlər və tələbələr iştirak edirlər. Bu beynəlxalq platforma təkcə süni intellektin texnoloji tərəflərini deyil, onun etik, sosial və hüquqi aspektlərini müzakirə etmək, həmçinin ortaq elmi baxış və standartların formalaşdırılmasına töhfə vermək məqsədi daşıyır. Tədbir çərçivəsində süni intellektin etik prinsipləri, tədris proqramlarına inteqrasiyası, məsuliyyətli texnologiya anlayışı, eləcə də insanyönümlü innovasiya modelləri kimi aktual mövzular ətrafında geniş fikir mübadiləsi aparılacaq”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Süni intellekt etikası üzrə beynəlxalq tədbir keçiriləcək

13-08-2025

Elçin Babayev: BDU-da Süni intellekt etikası kafedrası yaradılıb

16-10-2025

Süni intellekt və verilənlər elmi üzrə II Avrasiya Forumu keçirilir

16-10-2025

BDU-da Süni intellekt etikası üzrə birinci Gənclər Forumu keçiriləcək

06-08-2025

Biologiyada süni intellektin tətbiqinə dair elmi müzakirə aparılıb

25-12-2025

“İslam dünyasında süni intellekt indeksinin tərtib olunması” konfransı keçiriləcək

01-12-2025

BDU-da Süni İntellekt Etikası üzrə I Gənclər Forumu keçirilir

19-09-2025

ICESCO süni intellekt üzrə İslam dünyasının Etika Xartiyasını təqdim edib

13-09-2024

“İnformasiya savadlılığı və süni intellekt” adlı elmi seminar keçirilib

25-04-2025

BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir

17-02-2026

BDU-da ICESCO-nun elm və texnologiya müşaviri ilə görüş olub

25-04-2025

Süni intellektlə bağlı xüsusi standartlar hazırlanır

08-12-2025

Deputat: Süni intellekt sistemləri regionlar və sosial həssas qruplara əlçatan olmalıdır

07-10-2025

Süni intellekt üzrə prioritet sektorların siyahısı hazırlanacaq

19-03-2025

Azərbaycan ilə süni intellekt sahəsində güclərimizi birləşdirəcəyik

29-09-2025

Süni intellektin tətbiqi, innovasiyası və perspektivləri” təlimi keçirilib

29-04-2025

BDU-da süni intellekt mövzusunda elmi sessiya keçirilib

12-03-2025

4SİM: Bir çox sahələrdə süni intellektin istifadəsi sınaqdan keçirilir

11-04-2025

Süni intellektin psixoterapiyada tətbiqi imkanları müzakirə olunub

30-10-2025

Qırğızıstanda türk dövlətlərinin süni intellekt üzrə sammiti keçiriləcək

21-09-2024

“Müasir incəsənət məkanında süni intellekt” mövzusunda konfrans keçirilir

11-04-2025

BDU ilə COMSTECH arasında əməkdaşlıq əlaqələri qurulur

17-03-2025

“Süni İntellekt Texnologiyaları və Aerokosmik Problemlər” Konfransı keçirilib

10-07-2025

Süni intellekt texnologiyalarının təhsildə tətbiqinə dair görüş keçirilib

30-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə