Previous Next
Bağla

Bakutel-də iştirak etmək istəyən startapçıların nəzərinə

21-10-2016 13:33
Bakutel-də  iştirak etmək istəyən startapçıların nəzərinə

Məlumat verdiyimiz kimi, bu il də Azərbaycanda regionun ən böyük informasiya-texnologiyaları sərgi-konfransı Bakutel keçiriləcək.

Noyabrın 29-da açılış mərasimi baş tutacaq sərgiyə hazırlıq işləri görülür.

Qeyd edək ki, sərgi Iteca Caspian şirkəti  tərəfindən təşkil edilir və dekabrın 2-nə qədər davam edəcək.

Bir müddət əvvəl məlumat vermişdik ki , bu il Azərbaycan startapları üçün sərgidə geniş yer ayrılacaq.

Qeyd edildi ki, startapçılar öz layihələrini iştirakçılara təqdim edə biləcək.

Caspian şirkətinin layihə rəhbəri  Zivər Məmmədova  Xeberler.az-a bildirib ki, bu il şirkət Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə startapların sərgidə geniş təmsil edilməsi üçün xüsusi işlər görür.

Onun sözlərinə görə, bu məsələ diqqətdədir və  hazırlıq işləri başa çatdıqdan sonra  ictimaiyyətə ətraflı məlumat veriləcək.

Zivər Məmmədova  deyib ki, Bakutel sərgisini şirkətlər və iştirakçılar faydalı etməyə çalışırlar, bunun üçün də yeni ideyalara açıqdırlar.

O, sərgidə işirak etmək istəyən startapçılara da müraciət edib:

“ Bu il startaplar üçün xüsusi tədbirlər planı nəzərdə tutulur. Yeni ideyası, məhsulu, layihəsi olan şəxslər sərgidə iştirakla bağlı şirkətimizə müraciət edə bilər. Biz həmişə yeni ideyalara dəstək veririk. Onlar bizə müraciət etsinlər, sonra bu məsələ ilə bağlı görüş təşkil edib, müzakirələr aparmaq  olar”.

Qeyd edək ki, bu il sərgidə bir çox yeniliklərin olacağı gözlənilir.

Xatırladaq ki, ötən il məşhur Google şirkəti də sərgidə iştirak etmişdi. Bu il isə Dell şirkətinin ilk dəfə sərgiyə qatılacağı gözlənilir.

Bununla yanaşı, yeni məhsullar-sərgi çərçivəsində “Gözdən əlil uşaqlar üçün səsli kitabxana”, “Muzeylərin rəqəmsamlaşdırlması” layihələrinin təqdimatı baş tutacaq.

Eyni zamanda, sərgi çoxsaylı konfrans və forumlarla müşayət olunacaq. 

Sərgi-konfransın iş günləri ərzində “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Rusiya Federasiyasının Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Sinqapurun Rabitə və İnformasiya Nazirliyi arasında e-hökumət sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun  imzalanması nəzərdə tutulub.

 

 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu il BakuTel-də startaplara yer ayrılacaq?

04-10-2016

BakuTel-2016-nın keçiriləcəyi tarix açıqlandı

04-10-2016

Bu il Bakutel-də ən son texnologiyalar təqdim ediləcək

21-11-2016

“Bakutel-də İKT şirkətlər arasında ciddi rəqabət olur”

02-11-2016

Bakıda Bakutel 2008 sərgisi öz işinə başlayır

11-11-2008

BTİ-nin baş katibinin startapçılarımızla görüşü gözlənilir

28-11-2016

Bakutel 2015-də iştirak edəcək ölkələrin adı təsdiqlənib

26-10-2015

Bakıda “BakuTel-2010” sərgisi açıldı

24-11-2010

“Bakutel-də 10 mindən çox ziyarətçi olacaq”

01-12-2015

Bakutel 2015-də 200-dən artıq şirkətin iştirakı gözlənilir

14-09-2015

Bakutel 2015 - Fotolarda

02-12-2015

Azərbaycan texnologiya sərgisində iştirak edəcək

08-06-2015

İlham Əliyev Bakutel-2016 sərgisi ilə tanış olub-Foto

30-11-2016

Bakıda yerləşən Uşaq evlərinin sakinləri Bakutel-2018 sərgisinə ekskursiya edib

07-12-2018

“Bakutel aparıcı biznes rəhbərlərinin görüş yeridir”

05-12-2017

Bakutel-in rəsmi saytı yenilənib

18-10-2016

Sabah Bakutel 2015 sərgisi keçiriləcək

01-12-2015

Ölkəmiz beynəlxalq İKT sərgi-forumunda təmsil olunub

20-04-2016

Bakutel sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib

02-12-2019

BakuTel sərgisində Microsoft Windows 8 əməliyyat sistemi nümayiş olundu

07-11-2012

Haulin Zao startapçılarımızla görüşüb-Foto

29-11-2016

“Bakutel-2013” sərgisində “Teleradio” İB-nin stendi yeni texnologiyaların nümayişi ilə təmsil olunacaq

22-11-2013

NRYTN ilə Rusiyanın Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş təsdiqlənib

26-06-2021

Bakutel 2015 təxirə salına və ya ləğv oluna bilərmi?

20-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə