Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev dekabrın 2-də Baku Expo Mərkəzində Bakutel-2015 XXI Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub.
Prezident İlham Əliyev BakuTel - 2015 21-сi Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransının iştirakçılarını təbrik edib.
Xeberler.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli sərgi və konfrans iştirakçıları! Sizi səmimi qəlbdən salamlayır və BakuTel – 2015 21-ci Azərbaycan beynəlxalq sərgi və konfransının işə başlaması münasibətilə təbrik edirəm”.
İlham Əliyev qeyd edib ki, Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində dinamik inkişaf edən ölkələr sırasındadır: “Respublikamızda informasiya cəmiyyətinin əsaslarının qurulması yolunda mühüm addımlar atılır. Genişzolaqlı internet xidmətlərinin, ən yeni texnologiyaların istifadəsi və rəqəmli televiziya yayımı genişləndirilir, müasir idarəetmənin təmin olunması və şəffaflığın gücləndirilməsi üçün “elektron hökumət” quruculuğu istiqamətində ardıcıl iş aparılır. “Bir pəncərə” prinsipi üzrə təşkil edilmiş elektron xidmətlərin istifadəçilərinin sayı sürətlə artmaqdadır”.
Dövlət başçısı bildirib ki, ölkəmiz Azerspace-1 və Azersky peyklərini orbitə çıxararaq dünya kosmik ailəsinə qoşulub: “Azərbaycanın təşəbbüskarı olduğu və mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilən “Trans-Avrasiya Böyük İnformasiya Magistralı” və “Avropa – Yaxın Şərq İnformasiya Magistralı” layihələri uğurla həyata keçirilir. Texnologiya parklarının yaradılması, qabaqcıl texnologiyaların təhsildə tətbiqi, istehsal və investisiya yönümlü innovativ layihələrə dövlət dəstəyi ölkədə və regionda yüksək texnologiyalar sektorunun inkişafına xidmət edir”.
Prezident deyib ki, ənənəvi xarakter almış bu sərgi və konfrans son nailiyyətlərin nümayişi, təcrübə mübadiləsi və işgüzar əlaqələr baxımından böyük imkanlara malikdir: “Bu il milli pavilyonları ilə təmsil olunan ölkələrin sayının daha da çoxalması tədbirinizin əhatə dairəsinin genişləndiyini göstərir. Əminəm ki, iştirakçı dövlətlərin təmsilçiləri, alimləri, mütəxəssisləri, ictimaiyyət və biznes nümayəndələri arasında səmərəli görüşlər, konfransda dinləniləcək məruzə və çıxışlar beynəlxalq əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşməsinə öz töhfəsini verəcəkdir. Sizə bu məsul və şərəfli işinizdə yeni uğurlar arzulayıram”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri