Previous Next
Bağla

Houlin Zao Bakutel iştirakçılarına məktubu göndərib

29-11-2016 14:34
Houlin Zao Bakutel iştirakçılarına  məktubu göndərib

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Houlin Zaonun Bakıda keçirilən 22-ci Bakutel Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransının iştirakçılarına təbrik məktubu göndərib.

Xeberler.az-ın məlumatına görə, təbrik məktubunda bildirilib ki, Azərbaycan diversifikasiya yolu ilə enerji resurslarından asılılığı azaltmaqla iqtisadi artıma nail olmaq və keyfiyyətli iş yerləri kimi yeni mənbələr  yaratmaq yolundadır.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, informasiya və telekommunikasiya sektoru Azərbaycanın gələcək inkişafının əsas aspektidir.

Artıq İKT neft və təbii qaz sektorundan daha mühüm milli gəlir mənbəyinə çevrilməkdədir. Bu gün Azərbaycanda İnternet əhalinin çox hissəsinin həyatının ayrılmaz tərkib hissələrindən birinə çevrilib. İKT sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkədə sosial-iqtisadi inkişafa öz töhfəsini verməkdədir. 2003-cü ildə İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində Prezident İlham Əliyevin  “qara qızıl”ı “insan qızılına”  çevirək tezisini səsləndirməsindən sonra yeni inkişaf kursu müəyyən edən Azərbaycan hazırda regionun aparıcı dövlətlərindən biridir”, - deyə H.Zao qeyd edib.

 H.Zao bildirib ki, BTİ bütün dünya xalqlarını birləşdirmək ideyasına tam sadiqdir: “BTİ hər kəsin İKT-nin üstünlüklərindən tam yararlanması və Minilliyin İnkişaf Məqsədlərinə (MİM) uyğun olaraq,  İKT-dən geniş istifadəsi üçün şərait yaradır. Bu səbəbdən biz hələ 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatı və YUNESKO ilə birlikdə Rəqəmsal Rabitə üzrə Genişzolaqlı Komissiyanın yaradılmasında əsas vasitəçi olmuşuq. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə bu işdə bizə dəstək verdiyinə görə təşəkkürümüzü bildiririk.

Ənənəvi olaraq uzun illərdir təşkil olunan Bakutel sərgisi sahə üzrə liderləri bir araya toplayan illik seçim forumuna çevrilib. Bu sərgi özəl sektora son nailiyyətlərini və gələcək planları nümayiş etdirmək üçün əlverişli imkan yaradan bir platforma rolu oynayır. Bakutel-2016 sərgisinin ziyarətçilərinin səhiyyə, təhsil, nəqliyyat və mədəniyyət  sahələri daxil olmaqla, rəqəmli iqtisadiyyatın bütün sektorlarına dair faydalı, qabaqcıl layihələr, xidmətlər və həllərlə tanış olmaq imkanı əldə etməsi təqdirəlayiqdir. Bu il Bakutel çərçivəsində bir neçə mühüm ikitərəfli sazişlərin imzalanması və yüksək səviyyəli görüşlərin keçirilməsi, görmə qabiliyyəti məhdud olan insanlar üçün “Danışan kitabxana” və “Google art project”- muzeylərin rəqəmləşdirilməsi” kimi perspektivli layihələrin təqdimatı sərginin nüfuzunu artırır. Fürsətdən istifadə edib, Bakutel 2016 sərgi-konfransının bütün iştirakçılarına  uğurlar arzulayıram”, - deyə təbrik məktubunda vurğulanıb.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
 Prezidentin “BakuTel-2013” iştirakçılarına müraciəti

Prezidentin “BakuTel-2013” iştirakçılarına müraciəti

02-12-2013
“BakuTel-2010” sərgisində İKT yeniliklərinin naviqatoru

“BakuTel-2010” sərgisində İKT yeniliklərinin naviqatoru

21-11-2010
BTİ-nin baş katibinin startapçılarımızla görüşü gözlənilir

BTİ-nin baş katibinin startapçılarımızla görüşü gözlənilir

28-11-2016
İlham Əliyev Bakutel-2016 sərgisi ilə tanış olub-Foto

İlham Əliyev Bakutel-2016 sərgisi ilə tanış olub-Foto

30-11-2016
Microsoft yeni məhsullarını təqdim edir

Microsoft yeni məhsullarını təqdim edir

30-11-2016
Haulin Zao  startapçılarımızla görüşüb-Foto

Haulin Zao startapçılarımızla görüşüb-Foto

29-11-2016
Bu il üç ölkənin rabitə naziri Bakıya gələcək

Bu il üç ölkənin rabitə naziri Bakıya gələcək

25-11-2019
Prezident  BTİ-nin baş katibini  qəbul edib

Prezident BTİ-nin baş katibini qəbul edib

29-11-2016
Bakutel 2015-də  200-dən artıq şirkətin iştirakı gözlənilir

Bakutel 2015-də 200-dən artıq şirkətin iştirakı gözlənilir

14-09-2015
Gələn il Bakutel sərgisinin keçiriləcəyi tarix açıqlandı

Gələn il Bakutel sərgisinin keçiriləcəyi tarix açıqlandı

17-12-2015
Bakutel 2015 - Fotolarda

Bakutel 2015 - Fotolarda

02-12-2015
“Bakutel sərgisi işgüzar əlaqələr baxımından böyük imkana malikdir”- Prezident

“Bakutel sərgisi işgüzar əlaqələr baxımından böyük imkana malikdir”- Prezident

02-12-2015
Bakutel 2017-də hansı yeniliklər olacaq?

Bakutel 2017-də hansı yeniliklər olacaq?

19-09-2017
Nazir Rəşad Nəbiyev BTİ-nin Baş katibi  ilə videokonfrans formatında görüşüb

Nazir Rəşad Nəbiyev BTİ-nin Baş katibi ilə videokonfrans formatında görüşüb

22-10-2021
Bakıda “BakuTel-2010” sərgisi açıldı

Bakıda “BakuTel-2010” sərgisi açıldı

24-11-2010
Azərbaycan beynəlxalq İKT sərgidə təmsil olunur

Azərbaycan beynəlxalq İKT sərgidə təmsil olunur

25-09-2017
Bakutel-2016 başladı-Fotolar

Bakutel-2016 başladı-Fotolar

29-11-2016
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının səlahiyyətli konfransında təmsil olunur

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının səlahiyyətli konfransında təmsil olunur

29-10-2018
Bu il Bakutel-də ən son texnologiyalar təqdim ediləcək

Bu il Bakutel-də ən son texnologiyalar təqdim ediləcək

21-11-2016
Bakıda Bakutel 2008 sərgisi öz işinə başlayır

Bakıda Bakutel 2008 sərgisi öz işinə başlayır

11-11-2008
BakuTel-2016-nın keçiriləcəyi tarix açıqlandı

BakuTel-2016-nın keçiriləcəyi tarix açıqlandı

04-10-2016
Azərbaycan qızıl medalla təltif edildi

Azərbaycan qızıl medalla təltif edildi

19-05-2015
Bakıda QİƏT-ə üzv-ölkələrin İT nazirlərinin toplantısı keçirilib

Bakıda QİƏT-ə üzv-ölkələrin İT nazirlərinin toplantısı keçirilib

04-11-2009
Bakutel-2018-ə həsr olunan mətbuat konfransı keçirilib

Bakutel-2018-ə həsr olunan mətbuat konfransı keçirilib

03-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə