“Bank of Baku” ASC ali məktəb tələbələrinə dəstək, cəmiyyətin kompüterləşməsinə öz töhfəsini vermək məqsədilə kompüter əldə etmək üçün yeni “Tələbə” kredit kampaniyasına start verib. Bankdan SİA-ya verilən məlumata görə, adıçəkilən kampaniyadan bütün tələbələrin yararlanması məqsədilə kreditin şərtləri maksimal dərəcədə sadələşdirilib.
Bankın partnyoru olan “DNS Computers” şirkətindən kreditlə kompüter əldə etmək üçün tələbələr şəxsiyyət vəsiqəsini, tələbə bileti və ya qiymət kitabçasını (magistr, aspirant) təqdim etməklə arzularına çata bilərlər. Kreditin müddəti 3 aydan 24 aya qədər, kreditin maksimal həddi 850 ABŞ dolları ilə müəyyən edilib. “Tələbə” kreditini almaq üçün zamin qismində tələbənin valideynlərindən biri və yaxud himayədarının iştirakı vacibdir. Bu zaman valideyn (himayədar) şəxsiyyət vəsiqəsini təqdim etməlidir, valideyndən iş yerindən arayış tələb olunmur.
Qeyd edək ki, kampaniya haqqında əlavə məlumat əldə etmək üçün bankın 145 məlumat mərkəzinə müraciət etmək olar.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri