Previous Next
Bağla

BANM “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

19-03-2024 10:45
BANM “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbində (BANM) Çin Xalq Respublikasının “Huawei” şirkətinin Kompüter şəbəkələri laboratoriyası istifadəyə verilib.

Xeberler.az xəbər verir ki, açılış mərasimində BANM-in rektoru Elmar Qasımov çıxış edib. O, laboratoriyanın Bakı Ali Neft Məktəbi və “Huawei” şirkəti arasında 2019-cu ildə yaradılmış əməkdaşlıq çərçivəsində şirkətin dəstəyi ilə qurulduğunu vurğulayıb. Rektor Ali Məktəblə birgə fəaliyyət göstərən “Huawei” ICT Akademiyasının dərslərinin də bu laboratoriyada tədris olunacağı bildirib.

SOCAR-ın Kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova laboratoriyanın açılmasının rəhbərlik tərəfindən yüksək qiymətləndirildiyini deyib. O, rəqəmsallaşmanın SOCAR-ın 2035-ci ilədək Korporativ Strategiyasında prioritet inkişaf istiqamətlərindən biri olduğunu qeyd edib. Aygün Hüseynova ötən il SOCAR nümayəndə heyətinin Çin Xalq Respublikasına səfərini məmnunluqla xatırladaraq səfər çərçivəsində bir sıra görüşlərin keçirildiyini, o cümlədən “Huawei” rəhbərliyi ilə səmərəli danışıqların aparıldığını diqqətə çatdırıb.

Çinin Azərbaycandakı səfirliyinin müşaviri Din Tao ölkələrimiz arasındakı münasibətlərin sürətli inkişafından, Çin şirkətlərinin ölkəmizdəki fəaliyyətindən bəhs edib.

“Huawei” Azərbaycan şirkətinin baş meneceri David Hyu laboratoriyanın fəaliyyətə başlamasını uğurlu əməkdaşlığın bariz nümunəsi kimi dəyərləndirib.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq BANM-də yaradılan bu laboratoriya şəbəkələr, şəbəkə proqramlarının əsasları və informasiya təhlükəsizliyi üzrə dərsləri tədris etmək üçün mühüm platformadır.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakı Ali Neft Məktəbində Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

28-03-2024

BANM tələbələri “Huawei” şirkətinin təşkil etdiyi beynəlxalq müsabiqənin qalibi oldular

10-08-2022

“Huawei” şirkətinin nümayəndələri BANM-da olub

06-03-2025

“Huawei” müsabiqəsinin qalibi:“Bakı Ali Neft Məktəbini seçməkdə düzgün qərar vermişəm”

09-08-2022

“Huawei” Azərbaycanda İKT sahəsi üzrə istedadlı kadrların inkişafına töhfə verir

12-10-2023

BANM ilə "SABAH City" arasında əməkdaşlıq məsələləri müzakirə edilib

08-04-2025

XRİTDX ilə BANM arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

13-06-2024

Bakı Ali Neft Məktəbi Bərpaolunan Enerji Mərkəzi yaradır

12-05-2015

Çin ilə münasibətlər yeni mərhələyə qədəm qoyur

01-04-2024

BANM ilə İspaniya universitetləri arasındakı əməkdaşlıq genişlənir

16-04-2025

BANM rektoru “TEKNOFEST-2025”də iştirak edəcək tələbələrlə görüşüb

02-05-2025

SAP proqram həlləri Bakı Ali Neft Məktəbində tədris olunacaq

15-12-2015

Huawei Azərbaycanda akademiya açır

18-04-2016

Rəqəmsal Biliklər Liseyinin rəsmi açılışı olub

06-11-2025

Huawei Bakıda yeni məhsullar təqdim edib

21-09-2017

BANM tələbəsi “Huawei Azerbaijan”ın “Seeds for the Future” proqramında iştirak edib

11-09-2024

BMU-da “Huawei” şirkətinin nümayəndələri ilə görüş keçirilib

18-07-2025

Nazir Huawei şirkətinin vitse-prezidenti ilə görüşüb

07-07-2017

"Huawei" şirkəti Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

24-06-2019

"Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırıb

13-09-2025

BANM-in 30 komandası “Teknofest-2025”in finalına vəsiqə qazanıb

17-09-2025

BANM-da “Hult Prize On Campus” mərhələsi keçirilib

18-02-2025

SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə ABB əməkdaşlığa başladı

18-06-2022

BANM ilə “SABAH.academy” arasında memorandum imzalanıb

28-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə