Previous Next
Bağla

BMU-da “Huawei” şirkətinin nümayəndələri ilə görüş keçirilib

18-07-2025 13:24
BMU-da “Huawei” şirkətinin nümayəndələri ilə görüş keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Çinin İKT sahəsində nəhəng korporasiyası olan “Huawei” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Xeberler.az məlumat verir ki, rektor Yaqub Piriyev Çin ilə Azərbaycan arasında dostluq, tərəfdaşlıq münasibətlərini önə çəkərək hər iki ölkə rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində əlaqələrin daha da möhkəmləndiyini, həmçinin təhsil sahəsində əməkdaşlığın genişləndiyini vurğulayıb. Texnoloji çağda universitet-sənaye əməkdaşlığının əhəmiyyətinin artdığını deyən Yaqub Piriyev BMU ilə şirkət arasında əlaqələrin yaranmasını müsbət qiymətləndirib. Son zamanlar BMU-nun Çin ali məktəbləri ilə əməkdaşlığına dair mühüm görüşlərin keçirildiyini, razılaşmaların əldə olunduğunu söyləyən rektor beynəlxalq şirkətlərlə tərəfdaşlığın genişləndirilməsinin tədris prosesi, tələbələrin müvafiq sahələr üzrə peşəkar hazırlanmasına verdiyi töhfələri qeyd edib. Habelə mühəndislik və IT sahəsi üzrə ixtisaslaşan BMU-da keyfiyyətli tədris aparıldığını, habelə universitetin tədqiqat potensialını, müasir laboratoriyaları və Texnoparkının imkanlarını diqqətə çatdırıb.

“Huawei” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə vitse-prezidenti Angela Lin BMU ilə tanışlığın və yaranan əməkdaşlıq imkanlarının məmnunluq doğurduğunu bildirib. Şirkət haqqında məlumat verən vitse-prezident görüşün BMU - “Huawei” arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb. Angela Lin BMU rəhbərliyini şirkətin təşəbbüsü ilə gələn ay Çinə təşkil olunacaq “Rektorların nümayəndə heyətinin səfəri”ndə iştiraka dəvət edib. Bildirib ki, bu səfər zamanı təhsilin rəqəmsallaşması istiqamətində yeniliklər öyrəniləcək. Çindəki rəqəmsal transformasiya prosesləri ilə yaxından tanışlıq fürsəti yaradacaq bu səfər çərçivəsində, eyni zamanda, “Huawei” şirkətinin dünya üzrə lider olan İKT texnologiyaları barədə ətraflı məlumat əldə ediləcək.

Sonra tərəflər arasında informasiya texnologiyaları və rəqəmsallaşma sahəsində əməkdaşlığın qurulması, tədris və infrastrukturun inkişafına yönəlmiş birgə layihələrin icrası məsələləri müzakirə olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
BMU ilə Özbəkistan universiteti arasında memorandum imzalanıb

BMU ilə Özbəkistan universiteti arasında memorandum imzalanıb

18-02-2025
“Bayraktar Teknoloji Azərbaycan” ilə BMU arasında memorandum imzalanıb

“Bayraktar Teknoloji Azərbaycan” ilə BMU arasında memorandum imzalanıb

10-04-2025
BMU Çinin tanınmış təhsil texnologiyaları şirkəti ilə əməkdaşlığa başlayır

BMU Çinin tanınmış təhsil texnologiyaları şirkəti ilə əməkdaşlığa başlayır

23-10-2024
BMU ilə İRİA arasında növbəti əməkdaşlıq mərhələsi müzakirə edilib

BMU ilə İRİA arasında növbəti əməkdaşlıq mərhələsi müzakirə edilib

05-12-2025
“Bayraktar Teknoloji Azərbaycan”ın rəhbər heyəti BMU-da olub

“Bayraktar Teknoloji Azərbaycan”ın rəhbər heyəti BMU-da olub

27-12-2024
BDU-nun rektoru “Huawei” şirkətinin nümayəndələri ilə görüşüb

BDU-nun rektoru “Huawei” şirkətinin nümayəndələri ilə görüşüb

03-03-2025
BMU-da Kibertəhlükəsizlik laboratoriyasının açılışı olub

BMU-da Kibertəhlükəsizlik laboratoriyasının açılışı olub

03-05-2024
BMU ilə “Sabah Academy” əməkdaşlıq edib

BMU ilə “Sabah Academy” əməkdaşlıq edib

15-04-2024
BMU Texnoparkı “Innovation Lab” sertifikatına layiq görülüb

BMU Texnoparkı “Innovation Lab” sertifikatına layiq görülüb

27-08-2025
Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun nümayəndə heyəti BMU-da olub

Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun nümayəndə heyəti BMU-da olub

25-10-2024
“BoostCamp 7.0” tədris layihəsinin bağlanış mərasimi keçirilib

“BoostCamp 7.0” tədris layihəsinin bağlanış mərasimi keçirilib

12-02-2024
BMU ilə “Center of Agile Communication” MMC arasında Anlaşma Memorandumu imzalanıb

BMU ilə “Center of Agile Communication” MMC arasında Anlaşma Memorandumu imzalanıb

07-03-2024
BDU ilə “Huawei” arasında əməkdaşlıq memorandumu imzalanıb

BDU ilə “Huawei” arasında əməkdaşlıq memorandumu imzalanıb

30-09-2025
AzTU-da “Huawei” şirkətinin “Açıq qapı” günü keçirilib

AzTU-da “Huawei” şirkətinin “Açıq qapı” günü keçirilib

08-05-2025
BMU-da Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi keçirilib

BMU-da Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi keçirilib

28-10-2024
Nazir Huawei şirkətinin vitse-prezidenti ilə görüşüb

Nazir Huawei şirkətinin vitse-prezidenti ilə görüşüb

07-07-2017
ETN-nin nümayəndə heyəti “Huawei”nin texnoloji yenilikləri ilə tanış olub

ETN-nin nümayəndə heyəti “Huawei”nin texnoloji yenilikləri ilə tanış olub

13-02-2026
Dövlət Xidmətinin rəisi "Huawei" şirkətinin vitse-prezidenti ilə görüşüb

Dövlət Xidmətinin rəisi "Huawei" şirkətinin vitse-prezidenti ilə görüşüb

04-11-2023
BMU-da informasiya texnologiyaları üzrə yeni fakültə yaradılıb

BMU-da informasiya texnologiyaları üzrə yeni fakültə yaradılıb

13-09-2024
AMEA YTP-ı BMU ilə əməkdaşlıq edəcək

AMEA YTP-ı BMU ilə əməkdaşlıq edəcək

12-05-2017
“TEKNOFEST”in rəsmi nümayəndəsi BMU tələbələri ilə görüşüb

“TEKNOFEST”in rəsmi nümayəndəsi BMU tələbələri ilə görüşüb

16-01-2025
BANM “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

BANM “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

19-03-2024
AzTU ilə “Huawei” şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

AzTU ilə “Huawei” şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

09-06-2022
BMU-nun 4 komandası Dünya Robototexnika Çempionatının finalına vəsiqə qazanıb

BMU-nun 4 komandası Dünya Robototexnika Çempionatının finalına vəsiqə qazanıb

09-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə