Previous Next
Bağla

BANM-də Beynəlxalq Robot Olimpiadası keçirilib

21-06-2026 10:30
BANM-də Beynəlxalq Robot Olimpiadası keçirilib

Bakı Ali Neft Məktəbinin (BANM) ev sahibliyi etdiyi “Azerbaijan International Robotics Olympiad- AIRO 2026” Beynəlxalq Robot Olimpiadasının açılış mərasimi keçirilib.

Xeberler.az məlumat verir ki, tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Ali Məktəbin Beynəlxalq Robot Olimpiadası kimi nüfuzlu tədbirlərə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib. Rektor qeyd edib ki, bu cür yarışlar gənclərin robototexnikaya marağını daha da artırır. BANM-də tezliklə Robototexnika Mərkəzinin yaradılacağını da bildirən rektor bu sahəyə xüsusi diqqətin ayrılmasının vacib olduğunu vurğulayıb.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva bu cür müsabiqələrin gənclərin istedadlarının aşkarlanması üçün əvəzolunmaz platforma olduğunu qeyd edib. O bildirib ki, mühəndis düşüncəsinin inkişafı, gənclərin bilik və bacarıqlarının artırılması bu günün tələbidir və Bakı Ali Neft Məktəbi bu missiyanın öhdəsindən uğurla gəlir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Rəqəmsal səriştələrin inkişafı departamentinin müdiri Vüsalə Qurbanova, “Azerbaijan International Robotics Olympiad”ın baş koordinatoru İmamir Mirzoyeva, “XBOT AZ” şirkətinin təsisçisi Erika Xu da çıxış edərək Beynəlxalq Robot Olimpiadasının uğurlu təşkili və əhəmiyyətindən danışıblar.

Tədbir çərçivəsində Bakı Ali Neft Məktəbi, XBOT və Çinin Yushu Technology Co., Ltd. şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Qeyd edək ki, olimpiada BANM, Gənclər və İdman Nazirliyi, AzeRobot Education, İRİA, Bakı Abadlıq Xidməti, Maestro School, AKTA, XBOT və digər tərəfdaşların dəstəyi ilə keçirilir.

Artıq ikinci dəfədir təşkil olunan və 8 yaşdan yuxarı şagirdləri, tələbələri və robototexnika həvəskarlarını birləşdirən yarış texnologiya sahəsindəki gənc istedadların öz bacarıqlarını nümayiş etdirməsi üçün unikal platformadır.

Yarışda iştirak etmək üçün 8 fərqli ölkədən 733 iştirakçı, 356 komanda qeydiyyatdan keçib.

Yarışın xüsusi qonaqları sırasında Tokioda keçirilən “All Japan Robot Sumo Tournament” nümayəndələri, Rumıniyada təşkil olunan "Robochallenge" yarışının baş koordinatorları, həmçinin Türkiyədən olan sahə mütəxəssisləri yer alır. Onlar “Mega Sumo”, “Mini Sumo” və digər kateqoriyalarda beynəlxalq hakimlər kimi çıxış edirlər.

Yarışın yekununda qaliblər elan ediləcək. Hər bir kateqoriyada fərqlənən iştirakçılara medallar, diplomlar və qiymətli mükafatlar təqdim olunacaq. Xüsusilə “Mega Sumo”, “Mini Sumo” və “Mini Sumo kids” kateqoriyalarının qalibləri Yaponiya, Rumıniya və Yunanıstanda keçiriləcək beynəlxalq robot yarışlarında ölkəmizi təmsil etmək hüququ qazanırlar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
BANM tələbələri AIRO 2025-də 3-cü yerə layiq görülüblər

BANM tələbələri AIRO 2025-də 3-cü yerə layiq görülüblər

23-05-2025
III Robot Olimpiadasının qalibləri müəyyənləşib

III Robot Olimpiadasının qalibləri müəyyənləşib

08-06-2019
Azərbaycan 1-ci Robototexnika yarışmasında təmsil olunub

Azərbaycan 1-ci Robototexnika yarışmasında təmsil olunub

31-10-2019
Azərbaycan Dünya Robot Olimpiadasında təmsil olunub

Azərbaycan Dünya Robot Olimpiadasında təmsil olunub

14-11-2019
BANM rektoru “TEKNOFEST-2025”də iştirak edəcək tələbələrlə görüşüb

BANM rektoru “TEKNOFEST-2025”də iştirak edəcək tələbələrlə görüşüb

02-05-2025
Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib

Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib

20-07-2016
I Robot Olimpiadasının qalibləri-Foto

I Robot Olimpiadasının qalibləri-Foto

23-06-2017
Robot Olimpiadasının Azərbaycan üzrə növbəti seçim yarışı keçiriləcək

Robot Olimpiadasının Azərbaycan üzrə növbəti seçim yarışı keçiriləcək

21-08-2018
BANM-da “Hult Prize On Campus” mərhələsi keçirilib

BANM-da “Hult Prize On Campus” mərhələsi keçirilib

18-02-2025
Bakı Ali Neft Məktəbinin rəsmi saytının təqdimatı keçirilib-Foto

Bakı Ali Neft Məktəbinin rəsmi saytının təqdimatı keçirilib-Foto

16-04-2015
Dünya Robot Olimpiadasının finalçıları üçün düşərgə təşkil ediləcək

Dünya Robot Olimpiadasının finalçıları üçün düşərgə təşkil ediləcək

15-07-2019
Azərbaycanda III Robot Olimpiadası keçiriləcək

Azərbaycanda III Robot Olimpiadası keçiriləcək

22-05-2019
Bakı Ali Neft Məktəbinin tələbələri NASA-nın müsabiqəsində iştirak edəcək

Bakı Ali Neft Məktəbinin tələbələri NASA-nın müsabiqəsində iştirak edəcək

18-10-2021
Dünya Robot Olimpiadasının bağlanış və mükafatlandırma mərasimi olub

Dünya Robot Olimpiadasının bağlanış və mükafatlandırma mərasimi olub

22-09-2024
Azərkosmos Bakı Ali Neft Məktəbində seminar keçirib

Azərkosmos Bakı Ali Neft Məktəbində seminar keçirib

12-02-2019
Bakıda ilk dəfə Robopark təşkil olunacaq

Bakıda ilk dəfə Robopark təşkil olunacaq

13-11-2019
BANM-in startap layihələri beynəlxalq müsabiqənin əsas mükafatlarını qazandı

BANM-in startap layihələri beynəlxalq müsabiqənin əsas mükafatlarını qazandı

24-12-2020
"Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırıb

"Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırıb

13-09-2025
BANM tələbələri “Huawei” şirkətinin təşkil etdiyi beynəlxalq müsabiqənin qalibi oldular

BANM tələbələri “Huawei” şirkətinin təşkil etdiyi beynəlxalq müsabiqənin qalibi oldular

10-08-2022
“2021 Dünya Robot Olimpiadası”na seçmə mərhələsi üçün son qeydiyyat tarixi müəyyənləşib

“2021 Dünya Robot Olimpiadası”na seçmə mərhələsi üçün son qeydiyyat tarixi müəyyənləşib

26-05-2021
Bakı Ali Neft Məktəbi Bərpaolunan Enerji Mərkəzi yaradır

Bakı Ali Neft Məktəbi Bərpaolunan Enerji Mərkəzi yaradır

12-05-2015
BANM-in 30 komandası “Teknofest-2025”in finalına vəsiqə qazanıb

BANM-in 30 komandası “Teknofest-2025”in finalına vəsiqə qazanıb

17-09-2025
         Bakı Ali Neft Məktəbinin  5 komandası “Teknofest”in finalında

Bakı Ali Neft Məktəbinin 5 komandası “Teknofest”in finalında

28-03-2023
BANM və Asan Kadr ikinci Karyera sərgisi keçirəcək

BANM və Asan Kadr ikinci Karyera sərgisi keçirəcək

06-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə