Google Android mobil əməliyyat sisteminin rəsmi bloqunda Android Wear istifadəçilərinin üzünü güldürəcək yenilikləri yayıb.
Xəbərlər xarici mətbuta istinadən məlumat verir ki, Android Wear artıq proqramların ekran üzərində davamlı fəaliyyətini təmin edəcək. Ağıllı saat istifadəçiləri ekran parlaqlığının azalması və bununla da proqramların ekranda aktiv olaraq işinin sonlanması problemiylə qarşılaşmayacaq.
Digər tərəfdən platformaya WiFi, yəni kabelsiz şəbəkə bağlantısı dəstəyi əlavə olunur, bununla da ağıllı saat ilə ağıllı telefon arasındakı arasındakı əlaqə kəsilməyəcək.
Android Wear əməliyyat sistemi jest dəstəyinə də sahibdir. Ağıllı saatları daha asan və əyləncəli şəkildə istifadə etmək mümkündür. Mesajlara cavab verilərkən ekranda birbaşa emosiyalar çəkilir. Çox sayda yeniliyə ev sahibliyi edən Android Wear yenilənməsinin önümüzdəki həftələrdə ağıllı saatlara da təqdim edilməsi gözlənilir.
Sevil Rəsulzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri