Previous Next
Bağla

BDU-nun rektoru “Huawei” şirkətinin nümayəndələri ilə görüşüb

03-03-2025 11:58
BDU-nun rektoru “Huawei” şirkətinin nümayəndələri ilə görüşüb

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev “Huawei” şirkətinin nümayəndələri ilə görüşüb.

Xeberler.az bildirir ki, görüşdə tərəflər arasında informasiya texnologiyaları və rəqəmsallaşma sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və sözügedən sahədə tədrisin və infrastrukturun inkişafı üçün birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib.

Rektor Elçin Babayev qonaqlara universitetin tarixi, fəaliyyəti, strukturu, tədris və elmi fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, BDU Çinin nüfuzlu universitetləri və tədqiqat institutları ilə sıx əməkdaşlıq edir. Universitetin 12 beynəlxalq ikili diplom proqramından biri Çinin Anhui Universiteti ilə həyata keçirilir. Dövlət-universitet-sənaye konsepsiyasını uğurla həyata keçirən BDU beynəlxalq şirkətlərlə də əməkdaşlıqda maraqlıdır.

“Huawei” şirkətinin vitse-prezidenti Angela Lin şirkətin təhsil sahəsindəki təcrübəsini və resurslarını BDU ilə paylaşmağa hazır olduqlarını bildirib.

Görüşün sonunda tərəflər gələcək əməkdaşlıq istiqamətləri üzrə konkret addımlar atmaq qərarına gəliblər. Belə ki, yaxın zamanda BDU-da İKT sahəsi üzrə bir qrup müəllim və tələbə süni intellekt, 5G sahələri üzrə təlimlərə cəlb ediləcək. BDU-da “İKT istedadları” adlı proqram fəaliyyətə başlayacaq.

Universitetlə “Huawei” şirkəti arasında İKT bacarıqlarının inkişaf etdirilməsi, tədqiqat, tədris, bilik və təcrübə mübadiləsi sahələrində konkret addımları əks etdirən fəaliyyət planı təsdiqlənəcək.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

BDU əməkdaşları “Huawei”in 5G təlimlərində iştirak edirlər

11-03-2025

BDU ilə Malayziya İnnovasiya Universiteti memorandum imzalayıb

05-11-2025

BDU ilə “Huawei” arasında əməkdaşlıq memorandumu imzalanıb

30-09-2025

BDU ilə Özbəkistan Universiteti arasında anlaşma memorandumu imzalanıb

19-02-2025

BDU-da ICESCO-nun elm və texnologiya müşaviri ilə görüş olub

25-04-2025

“Huawei” BDU-da rəqəmsal təhsil və idarəetmə sistemləri ilə bağlı təqdimat edib

17-07-2025

BMU-da “Huawei” şirkətinin nümayəndələri ilə görüş keçirilib

18-07-2025

BDU əməkdaşları “Huawei”in sertifikatına layiq görülüblər

26-05-2025

BDU və “Codelandia” arasında əməkdaşlıq memorandumu imzalanıb

07-03-2025

BDU-da “Elsevier” ilə əməkdaşlıq imkanları müzakirə olunub

13-08-2025

BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir

17-02-2026

BDU-da “Elsevier”in nümayəndəsi ilə görüş keçirilib

21-08-2025

BDU tələbələri “Bayraktar Teknoloji Azerbaycan”da təcrübə keçəcəklər

09-01-2025

BDU-da iki elektron tədris auditoriyası istifadəyə verilib

17-09-2024

BDU-nun Tədris Elektron Mərkəzinin açılışı olub

25-11-2010

BDU-da Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi açılıb

25-06-2022

BDU ilə COMSTECH arasında əməkdaşlıq əlaqələri qurulur

17-03-2025

Süni intellekt etikası üzrə beynəlxalq tədbir keçiriləcək

13-08-2025

Beynəlxalq Kosmik Hava Təşəbbüsü üzrə proqramın rəhbər heyətinin illik yığıncağı keçirilib

07-02-2025

Dövlət Xidmətinin rəisi "Huawei" şirkətinin vitse-prezidenti ilə görüşüb

04-11-2023

BDU-da Yüksək Texnologiyalar Mərkəzi fəaliyyət göstərəcək

01-09-2016

BDU yüksək texnologiyalar istiqamətində araşdırmalar üçün avadanlıqlar alıb

03-07-2015

BDU Pakistanın Süni İntellekt və Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlığa başlayır

28-11-2025

BDU və 4SİM arasında anlaşma memorandumu imzalanıb

06-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə