Previous Next
Bağla

Taryel Vəliyev: “Seçkilərin virtual keçirilməsi obyektivliyin qarşısını alar”.

01-11-2010 15:21
Taryel Vəliyev: “Seçkilərin virtual keçirilməsi obyektivliyin qarşısını alar”.

Azərbaycanın ən müstəqil İKT portalı olan Xeberler.az-ın Seçki və İKT layihəsi davam edir. Müsahibimiz namizədliyini 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən irəli sürmüş Taryel Vəliyevdir.

- Taryel müəllim, seçki marafonunda internet və yeni medianın imkanlarından necə istifadə edirsiniz?

- Seçki təşviqatı zamanı, internetdən və yeni medianın imkanlarından maksimum istifadə etməyə çalışıram. Təşviqat zamanı internetin imkanlarından istifadə etmək bu günki günün tələblərindən biridir. əsasən, facebook sosial şəbəkəsində öz təbliğatımı aparıram.  Öz seçicilərimlə görüşlərimi, mütəmadi olaraq seçki ilə bağlı xəbərlərimi www.uluturk.info saytında yayımlayırıq. Bundan başqa həmin saytda mənim reklam çarxımda yerləşdirilib. Bununla yanaşı bizim təşkilat Yahoo qrupda da fəaliyyət göstərir. Bu qrupun  1000-ə yaxın üzvü var. Seçicilərlə görüşlərim və çəkilmiş fotoları mütəmadi olaraq burada da yayımlayırıq.

- Azərbaycanda internet son illərdə kütləviləşməyə başlasa da, hələ də elə insanlar var ki, internet haqda anlayışları yoxdur. Sizcə internetdəki təbliğatın effekti olacaqmı?

- Seçki təbliğatında internet təbliğatın elə də bir önəmi yoxdur. Sadəcə olaraq, internet təbliğat bu gün Azərbaycanda tanınmaq üçün aparılır. Təbii ki, seçki marafonuna qoşulan hər bir şəxs, internetdə tanınmağa da üstünlük verir. Bu gün internet vasitəsi ilə aparılan təbliğat ən çox ictimai və siyasi mühütdə, özünü təsdiq, özünü tanıtma məqsədi güdür. Ancaq, sadə seçici üçün bu elə də effektli bir üsul deyil.

-Ümumiyyətlə, maraqlanmısız ki, sizin dairədən olan insanların neçə faizi internetin imkanlarından yararlanır?

- Mənim namizəd olduğum dairənin təxminən 1 və ya 2 faizi belə internetdən istifadə etmir. Namizədliyimi irəli sürdüyüm dairə işğal altındakı rayon olduğu üçün, internetdən istifadə edənlərin sayı azlıq təşkil edir. Buradakı əhali əsasən Azərbaycanın 60 rayonuna paylaşıblar və onların çoxu da təsərrüfatla məşğul olan insanlardır. Onlardan Bakı və Sumqayıt ərazisində yaşayan insanlar, xüsusən də gənc təbəqə internetdən istifadə edir. Böyük əksəriyyət 96%, 97% internetdən istifadə etmir. 

- Sosial şəbəkələr və bloqlar. Sizcə təbliğat üçün hansı daha üstündür?

- Bloqlarda məhdud sayda insanlarla əlaqə saxlamaq mümkündür. Ancaq, sosial şəbəkələrdə bu belə deyil. Burda bir çox insanla əlaqə yaratmaq imkanların var. Buna görə də təbliğat üçün ən əsas sosial şəbəkələrdir.

- Seçicilərlə görüşlərinizi bloqunuzda və ya youtube-də yayımlamaq fikiriniz varmı?

- Görüşlərimi facebookda və uluturk.info saytında yerləşdirirəm.

- Internet portallara reklam verəcəksinizmi? Verəcəksizsə hansı şərtləri ödəyən saytlara üstünlük verəcəksiz?

- Reklamı uluturk.info saytına vermişəm. Digər portallara reklamlarımın verilməsini ehtiyac bilməmişəm.

-Bəziləri düşünür ki, Azərbaycanda siyasi vəziyyət mürəkkəbləşsə facebook, youtube, tvitter kimi saytlara qadağa qoyulacaq. Sizcə belə bir hal ola bilərmi? Əgər olsa nə kimi tədbirlərə əl atacaqsınız?

- Mən düşünmürəm ki, bu gün belə bir şey yaşansın. Çünki, Azərbaycanda siyasi gərginlik yarada biləcək elə bir müxalif güc yoxdur. Belə bir halın yaşanması qarşılığında belə. Sosial şəbəkələrə qadağaların olmasına inanmıram.

- Bu yaxınlarda deputatlığa namizədlərdən biri belə bir təklif irəli sürdü ki, seçkilərdən əvvəl virtual seçki keçirilsin. Onun fikrincə bu addım seçkiləri daha da şəffaf edər. Siz bu fikirlə razısınızmı? Sizcə belə bir şeyə ehtiyac varmı?

- Seçkilərin virtual keçirilməsi obyektivliyin qarşısını alar. Çünki, Azərbaycan cəmiyyəti  nə qədər elektronlaşsa belə, böyük əksəriyyət internetdən istifadə qaydalarını bilmir. Əgər seçilər virtual yolla keçirilsə, onda əhali özləri bu prosesi bilmədikləri üçün kimlərinsə yardımından istifadə edəcəklər. Belə olan təqdirdə kim seçkilərin obyektiv olacağına zəmanət verə bilər? Belə bir halın olması, seçkilərdə obyektivliyin və şəffaflığın qarşısını alar.

- Namized.com saytındakı internet səsverməsində hazırda 4-cü yerdəsiniz. Sizcə 7 noyabrda daha yaxşı nəticələr yaşanacaqmı?

- Onu deyə bilərəm ki, mən internet səsvermələrinə önəm vermirəm . Bu saytlar obyektivliyi göstərmir. Dediyim kimi bizim dairənin seçicilərin heç 1%-də internetdən istifadə etmir. Burdakı səsvermə heç bir önəm daşımır. Sadəcə bunu formal olaraq, seçkiyə hazırlıq kimi qiymətləndirmək olar. 

- Xeberler.az-ın yeni layihəsi olan “Seçki və İKT” haqqında nə deyə bilərsiniz?

- Bugünki gün üçün önəm daşıyan bir portaldr. Sizə uğurlar azulayıram.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Qubad İbadoğlu: “Seçkilər ən az 10 il sonra virtual yolla keçirilə bilər”.

Qubad İbadoğlu: “Seçkilər ən az 10 il sonra virtual yolla keçirilə bilər”.

03-11-2010
Nəsiman Yaqublu: “Mən internetin imkanlarından o qədər də istifadə etmirəm”.

Nəsiman Yaqublu: “Mən internetin imkanlarından o qədər də istifadə etmirəm”.

26-10-2010
Samir Əsədli: “Mənim namizəd olduğum dairədə heç 1% insan da internetdən istifadə etmir.”

Samir Əsədli: “Mənim namizəd olduğum dairədə heç 1% insan da internetdən istifadə etmir.”

28-09-2010
Qənimət Zahid: “Virtual seçki yeni texnologiyalardan kənarda qalan vətəndaşların siyasi proseslərdən kənarda saxlanması demək olardı”.

Qənimət Zahid: “Virtual seçki yeni texnologiyalardan kənarda qalan vətəndaşların siyasi proseslərdən kənarda saxlanması demək olardı”.

20-10-2010
Elşən Musayev: “Internet mənim üçün ən çox informasiya bazası rolunda çıxış edir”.

Elşən Musayev: “Internet mənim üçün ən çox informasiya bazası rolunda çıxış edir”.

28-10-2010
Araz Quliyev: “Xaçmazda internet problemleminin aradan qaldırılması üçün əlimizdən gələn hər şeyi edəcəyik”.

Araz Quliyev: “Xaçmazda internet problemleminin aradan qaldırılması üçün əlimizdən gələn hər şeyi edəcəyik”.

16-10-2010
Bəxtiyar Hacıyev : “Biz internetdən təbliğat üçün yox, təşkilatlanmaq üçün istifadə edirik”

Bəxtiyar Hacıyev : “Biz internetdən təbliğat üçün yox, təşkilatlanmaq üçün istifadə edirik”

24-10-2010
Anar Qasımov: “İnternetdə təbliğatın seçki üçün çox mühüm əhəmiyyəti olacağına inanıram”

Anar Qasımov: “İnternetdə təbliğatın seçki üçün çox mühüm əhəmiyyəti olacağına inanıram”

04-10-2010
Aydın Xan Əbilli: «Mən təklif edərdim ki, bizim seçki məcəlləsində dəyişiklik olsun və virtual seçki keçirilsin»

Aydın Xan Əbilli: «Mən təklif edərdim ki, bizim seçki məcəlləsində dəyişiklik olsun və virtual seçki keçirilsin»

24-09-2010
Razi Nurullayev: “Seçicilərlə görüşlərimi həm bloqumda, həm də facebookda yerləşdirəcəm”.

Razi Nurullayev: “Seçicilərlə görüşlərimi həm bloqumda, həm də facebookda yerləşdirəcəm”.

29-09-2010
Azər Həsrət: “İnternetin imkanlarından tam gücüylə istifadə etməyə çalışıram”

Azər Həsrət: “İnternetin imkanlarından tam gücüylə istifadə etməyə çalışıram”

27-09-2010
Facabook  və digər bu kimi  sosial şəbəkələrdə seçki təşviqatı qadağan oluna bilərmi ?

Facabook və digər bu kimi sosial şəbəkələrdə seçki təşviqatı qadağan oluna bilərmi ?

29-07-2010
“Bütün tərəfdarlarımı namized.com-da səsverməni dayandırmağa çağırıram”

“Bütün tərəfdarlarımı namized.com-da səsverməni dayandırmağa çağırıram”

01-11-2010
Sosial media və seçkilər: Namizədlər yeni mediadan necə yararlanır?

Sosial media və seçkilər: Namizədlər yeni mediadan necə yararlanır?

24-09-2010
Deputatlığa iddia edən Azər Həsrət reklam qiymətlərini açıqladı

Deputatlığa iddia edən Azər Həsrət reklam qiymətlərini açıqladı

22-09-2010
BU GECƏ TƏBLİĞAT-TƏŞVİQAT KAMPANİYASINA START VERİLƏCƏK

BU GECƏ TƏBLİĞAT-TƏŞVİQAT KAMPANİYASINA START VERİLƏCƏK

14-10-2010
SEÇKİ 2008 QHT Koalisiyasının  açıqlaması

SEÇKİ 2008 QHT Koalisiyasının açıqlaması

19-09-2008
Rabitə naziri veb-kameralara texniki baxış mərkəzində olub

Rabitə naziri veb-kameralara texniki baxış mərkəzində olub

05-11-2010
Secki2010.info-da səsvermə başa çatdı

Secki2010.info-da səsvermə başa çatdı

04-11-2010
Seçkiqabağı kampaniya: internet televiziyaları ənənəvi televiziyaları əvəz edir

Seçkiqabağı kampaniya: internet televiziyaları ənənəvi televiziyaları əvəz edir

30-08-2013
Elektron səsvermənin hüquqi qüvvəsi yoxdur

Elektron səsvermənin hüquqi qüvvəsi yoxdur

05-11-2010
“Parlament seçkiləri onlayn mediada” mövzusunda seminar keçirilib

“Parlament seçkiləri onlayn mediada” mövzusunda seminar keçirilib

01-10-2010
DEPUTATLIĞA NAMİZƏDƏ QARŞI FACEBOOK TƏXRİBATI

DEPUTATLIĞA NAMİZƏDƏ QARŞI FACEBOOK TƏXRİBATI

26-09-2010
Azərbaycanda parlament seçkilərində “Elektron səsvermə” sistemindən istifadə olunacaq

Azərbaycanda parlament seçkilərində “Elektron səsvermə” sistemindən istifadə olunacaq

03-11-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə