Previous Next
Bağla

Facabook və digər bu kimi sosial şəbəkələrdə seçki təşviqatı qadağan oluna bilərmi ?

29-07-2010 10:31
Facabook  və digər bu kimi  sosial şəbəkələrdə seçki təşviqatı qadağan oluna bilərmi ?


Seçki prosesi rəsmi olaraq başlamasa da, artıq Facebook  və bu kimi digər sosial şəbəkələrdə təşviqata start verilib. Bir sıra şəxslər seçki ilə bağlı debatlar təşkil edib, suallara cavab verib hətta öz platformalarını açıqlayıblar. Buna rəğmən bəzi rəsmilər  də  seçkidə iştirak niyyəti olanların qabaqcadan İnternetdə  təbliğat-təşviqat kompaniyasına başlamasının qanuna  zidd ola biləcəyini  vurğulayırlar.
 
Bəs görəsən bu nə dərəcədə qanunidir? Bununla bağlı qanunvericilik tələbləri nədən ibarətdir. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün buna münasibətini öyrəndik.

- Osman müəllim , seçkidən öncə, seçki prosesi  başlamamış, namizədlik iddiası olanların üçün  İnternetdən, sosial şəbəkələrdən istifadənin qadağan edilməsi doğrudurmu ?
Bu absurd və anlaşılmaz bir iddiadır. Kim irəli sürüb deyə bilmərəm. Amma axı bu İnternet , İnformasiya  texnologiyaları vətəndaşlara  məhz elə buna görə lazımdır da . Mövcud yerli və beynəlxalq  normalara görə hər  bir  vətəndaşın ifadə azadlığı var İstənilən formada informasiya münasibətləri qura bilər , o  cümlədən internet  vasitəsilə.  Vətəndaş namizəd kimi qeydə alınmayıbsa, ümumiyyətlə bunun seçki ilə bağlı fəaliyyətini internetdə məhdudlaşdırmaqdan söhbət getməsi absurddur. Bu sadəcə  ifadə azadlığıdır və yalnız konstitusiya ilə məhdudlaşdırıla bilər  nəinki hansısa bir təlimatlarla.
 
- Osman müəllim ,  Mərkəzi Seçki Komitəsinin katibi Natiq Məmmədov isə belə təşviqatı düzgün hesab etmir. Onun fikrincə bu seçkilər başladıqdan sonra qeyri-bərabər mühit yaradacaq. İstənilən halda Facebook və tvitter sosial şəbəkələrdən seçki platformasını çatdırmaq təşviqat deməkdir
- Bilmirəm hörmətli Natiq müəllim nəyə əsaslanıb.  Bəlkə tam ayrı bir məslə haqqında fikir  bildirmək istəyib. Hər halda mən bu fikirdəyəm, çünki  o kifayət qədər savadlı bir hüquqşünasdır. Ancaq bir  daha vurğulayıram ki , seçkidə namizəd kimi qeydə alınana qədər istənilən adamın İnternetdən , o  cümlədən Facebookdan, tvitterdən, sosial şəbəkələrdən istifadə etməsi sərbəst bir şeydir. Qanunvericilik, beynəlxalq normalar  bunu məhdudlaşdırmır .  Üstəlik seçkiyə start verilmədən bu tip məsələlər  ümumiyyətlə seçki qanunvericiliyi ilə tənzimlənmir axı.
Eyni zamanda mən düşünürəm ki hətta cəmiyyət, dövlət də bunu nəinki qadağan etməli , əksinə təşviq etməlidir ki , vətəndaşların yetərli və effektiv formada informasiya almaq imkanları olsun
 
-Bəs  namizəd kimi qeydə alındıqdan sonra bu tip resurslardan istifadə ilə  bağlı müəyyən şərtlər irəli sürülə bilərmi ?
 Bəli bununla  bağlı  artıq MSK tərəfindən müəyyən qaydalar hazırlana bilər. Belə ki , KİV subyektləri və ya elektron KİV  subyektlərində təşviqatla bağlı müəyyən nomalar olduğu kimi , MSK müəyyən edə bilər ki AzNet dəki bir  sıra İnternet resurslarda təbliğat və reklam xarakterli  fəaliyyət  tənzimlənsin . Fikrimcə bu normaldır və gərək bu tip resursların sahibləri  bunları nəzərə alsınlar.  
 
-Osman müəllim. Siz  qeyd etdiniz ki  namizədlərin seçki təşviqatında müəyyən milli internet resurslarımıza təşviqatla  bağlı  seçki qanununun müddəaları  şamil oluna bilər .  Bu tip resurslara namizədin , məsələn öz bloqu , və ya  onun Facebook və Tvitter kimi şəbəkələrdəki hesabları da aid oluna bilərmi?
Əlbəttə yox. Vətəndaşın bloqu onun şəxsi malıdır, istədiyi formada, təbii ki qanunvericiliyə zidd informasiya yaymadan, reklam və özünü təbliğ etmək üçün  istifadə edə bilər  Eləcədə Facebook və ya digər sosial resurslardan. Fikrimcə seçki prosesində iştirak etmək iddiasında olan  İnternet resursları- məsələn reklam kompaniyasında iştirak etmək istəyən, namizədləri reklam etmək istəyən milli internet resurslarımız  bu haqda niyyətlərini qabaqcadan MSK ya bildirməsi də faydalı ola bilər.
 
-Osman müəllim . Sizcə bu ilki seçkilərdə İnternetdən , ümumiyyətlə informasiya texnologiyalarından istifadə hansı səviyyədə olacaq?
Ele indidən proqnozlaşdırmaq olar ki, bu seçki kompaniyasında İnternetdən  istifadə səviyyəsi xeyli yüksək olacaq. Artıq namizədliyini vermək istəyənlər bu prosesə qoşulublar. Vətəndaşlarla əlaqə üçün , öz  seçki komandasının aktiv fəaliyyəti üçün İnternetin imkanlarından yaralanmağa  başlayıblar ki , bu da fikrimcə normal və düzgün addımdır. Belə ki ölkəmizdə  İnternetdən istifadə edənlərin sayı  sürətlə  artmaqdadır . Hazırda Azərbaycanda yalnız Fasebook istifadəçilərinin sayı təxminən 300 min nəfərdir.
Minlərlə istifadəçinin özəl bloqu var . Bir sözlə  bu seçkilərdə kimsə İKT-nin imkanlarından effektiv istifadə edəcəksə digərlərindən xeyli şanslı olacağı qaçılmazdır. Əksər inkişaf etmiş ölkələrdəki parlament və prezident seçkilərinin təcrübəsi də bunu göstərir
 

Xeberler.az/Elmar

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

SEÇKİ 2008 QHT Koalisiyasının açıqlaması

19-09-2008

Nəsiman Yaqublu: “Mən internetin imkanlarından o qədər də istifadə etmirəm”.

26-10-2010

Taryel Vəliyev: “Seçkilərin virtual keçirilməsi obyektivliyin qarşısını alar”.

01-11-2010

BU GECƏ TƏBLİĞAT-TƏŞVİQAT KAMPANİYASINA START VERİLƏCƏK

14-10-2010

Aydın Xan Əbilli: «Mən təklif edərdim ki, bizim seçki məcəlləsində dəyişiklik olsun və virtual seçki keçirilsin»

24-09-2010

Samir Əsədli: “Mənim namizəd olduğum dairədə heç 1% insan da internetdən istifadə etmir.”

28-09-2010

Məntəqə seçki komissiyalarında “veb-kamera”ların quraşdırılması prosesi başlayıb

30-11-2009

Rabitə naziri veb-kameralara texniki baxış mərkəzində olub

05-11-2010

Seçkiqabağı kampaniya: internet televiziyaları ənənəvi televiziyaları əvəz edir

30-08-2013

Seçkidə ödənişsiz efir vaxtı və dərc üçün yer ayıracaq KİV-in adı açıqlandı

24-09-2010

Qubad İbadoğlu: “Seçkilər ən az 10 il sonra virtual yolla keçirilə bilər”.

03-11-2010

Qənimət Zahid: “Virtual seçki yeni texnologiyalardan kənarda qalan vətəndaşların siyasi proseslərdən kənarda saxlanması demək olardı”.

20-10-2010

Araz Quliyev: “Xaçmazda internet problemleminin aradan qaldırılması üçün əlimizdən gələn hər şeyi edəcəyik”.

16-10-2010

Anar Qasımov: “İnternetdə təbliğatın seçki üçün çox mühüm əhəmiyyəti olacağına inanıram”

04-10-2010

Bəxtiyar Hacıyev : “Biz internetdən təbliğat üçün yox, təşkilatlanmaq üçün istifadə edirik”

24-10-2010

Elşən Musayev: “Internet mənim üçün ən çox informasiya bazası rolunda çıxış edir”.

28-10-2010

Azərbaycanda parlament seçkilərində “Elektron səsvermə” sistemindən istifadə olunacaq

03-11-2010

Parlament seçkiləri ilə əlaqədar «Aztelekom» İB və Bakı Telefon Rabitə İstehsalat Birliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilib

28-10-2010

Deputatlığa iddia edən Azər Həsrət reklam qiymətlərini açıqladı

22-09-2010

“Veb-kamera”lar sınaqdan keçirilib

31-10-2010

Razi Nurullayev: “Seçicilərlə görüşlərimi həm bloqumda, həm də facebookda yerləşdirəcəm”.

29-09-2010

Azər Həsrət: “İnternetin imkanlarından tam gücüylə istifadə etməyə çalışıram”

27-09-2010

Səsvermə günü məntəqələrin cəmi 10 faizində veb-kameralar quraşdırılacaq

18-10-2010

“Yeni Müsavat” qəzeti baş redaktorsuz qaldı

01-10-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə