Previous Next
Bağla

Tələbələri arasında İnformatika üzrə olimpiada başladı

30-04-2018 10:54
Tələbələri arasında İnformatika üzrə olimpiada başladı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” artıq 12-ci ildir ki keçirilir,

Bu il 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş Olimpiadanın əsas məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq yarışlara cəlb edilməsidir.

Xeberler.az-ın məlumatına görə, iki mərhələdən ibarət Olimpiadanın birinci mərhələsindən öncə 1 ay müddətində www.olimpiada.az  saytında respublikanın ali təhsil müəssisələrini təmsil edən komandaların qeydiyyatı həyata keçirilib.

Hər komanda 1 müəllim (rəhbər qismində) və 3 tələbədən (bakalavr) təşkil olunur. Hər bir ali təhsil müəssisəsi üzrə maksimum 4 komanda Olimpiadanın birinci mərhələsinə buraxılıb.

Ötən 10 ildə hər il orta hesabla 10-15 ali təhsil müəssisəsindən 40-50 komanda (160 - 200 iştirakçı) Olimpiadanın birinci mərhələsinə qoşulub.

Bu il isə respublika üzrə 25 ali təhsil müəssisəsindən 62 komanda www.olimpiada.az saytında qeydiyyatdan keçib və yarışda iştirak hüququ qazanıb.

Paytaxt ilə yanaşı, regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələri, əsasən də, Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt və Lənkəran Dövlət Universitetlərinin, Azərbaycan Texnologiya Universiteti, eləcə də Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri də bu il Olimpiadaya xüsusi maraq göstərir.

Cari ildə bu yarışda müxtəlif komandaların tərkibində 25 xanım iştirakçı təmsil olunur.

Olimpiadanın birinci mərhələsi 29 aprel 2018-ci il tarixində Bakı Mühəndislik Universitetində keçirilib.

Yarış beynəlxalq “ACM/ICPC” (Ali məktəb tələbələrindən ibarət komandalar arasında informatika üzrə beynəlxalq olimpiada) qaydaları üzrə keçirilir. Qaydalara əsasən, hər bir təhsil müəssisəsi üzrə ən yaxşı nəticə göstərən yalnız bir komanda Olimpiadanın final mərhələsinə vəsiqə qazanacaq və ən yaxşı nəticə göstərən 4 komanda qalib elan ediləcək.

Qaliblər (I-IV yerlər) “Nar” operatoru və “BestComp Group” şirkətinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və Diplomlarla mükafatlandırılacaq.

Məlumat üçün bildirək ki, final mərhələsi 5 may 2018-ci tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək.

 

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Tələbələr arasında İnformatika Olimpiadası başladı

29-04-2017

İnformatika üzrə Ümumrespublika Olimpiadası başladı

16-04-2016

İnformatika üzrə Ümumrespublika Olimpiadasına start verildi

29-04-2019

İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilib

30-04-2016

İnformatika Olimpiadasının qalibləri mükafatlandırılıb-Foto

24-05-2017

İnformatika üzrə olimpiadanın final mərhələsi mayda keçiriləcək

20-04-2015

İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilir

02-05-2015

Informatika üzrə Ümumrespublika Olimpiadası keçirilir

16-04-2012

İnformatika Olimpiadasının qalibləri açıqlanıb

10-05-2017

İnformatika üzrə Ümumrespublika Olimpiadası keçiriləcək

27-03-2017

İnformatika üzrə “X Ümumrespublika Olimpiadası”nın qalibləri mükafatlandırıldı

15-05-2015

İnformatika üzrə Ümumrespublika Olimpiadası başa çatır

29-04-2016

İnformatika üzrə X Ümumrespublika Olimpiadasına start verilib

06-04-2015

İnformatika üzrə X Ümumrespublika Olimpiadasının finalı olub

04-05-2015

Ümumrespublika olimpiadasının qalibləri məlum oldu

07-05-2019

Nar İnformatika Olimpiadasına dəstək olub

25-05-2017

Bakı Dövlət Universiteti “İnformatika-2009” Olimpiadasında qalib gəldi

18-05-2009

İnformatika Olimpiadasının qalibləri açıqlandı

07-05-2018

Nar İnformatika Olimpiadasının qaliblərini mükafatlandırdı

21-05-2018

İnformatika Olimpiadasının final mərhələsi keçirilib

08-05-2017

Nar İnformatika Olimpiadasının qaliblərini mükafatlandırıb

17-05-2018

Ali məktəb tələbələri arasında informatika üzrə XII Ümumrespublika Olimpiadası keçirilib

03-09-2018

“Ali məktəb tələbələri arasında İnformatika üzrə IX Ümumrespublika Olimpiadası”nın 1-ci mərhələsi keçirilib

15-04-2014

İnformatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri açıqlandı

03-05-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə