Previous Next
Bağla

Bloggerlərin məhkəməsi oktyabrın 1-də davam edəcək

30-09-2009 11:06
Bloggerlərin məhkəməsi oktyabrın 1-də davam edəcək

Proses qurtardıqdan sonra məhkəmə binasının qarşısında Emin Milli ilə Adnan Hacızadəyə azadlıq tələbi ilə şüarlar səsləndirilib

Dünən Səbail rayon Məhkəməsində gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin məhkəməsi başlayıb.

Azadlıq Radiosunun məhkəmədəki müxbiri xəbər verib ki, aşpaz Adnanla Eminlə baxıb «bunları tanımıram, bəlkə də onlar idi, bəlkə də yox. İçəri yarıqaranlıq idi. Sonra müdiriyyət gəldi və mən işimin arxasınca getdim» - deyib.

Polislərdən Zahid Daşdəmirov isə ifadəsində deyib ki, «həmin gün Suriya prezidenti Bakıya gəlirdi, biz əraziyə nəzarət eləyirdik. «Livan» restoranının qarşısından keçəndə bir nəfər bizə dedi ki, içəridə davadır. Girdik içəri, gördük ki, Eminin ayağı cızılıb, Adnanın da burnu qanayıb, dəsmalla tutmuşdu. Biz bu iki nəfəri və Orxanı (Qafarlı -B.B.) götürüb polisə gəldik».

Bu zaman gənc bloqqerlərin vəkilləri sual veriblər: Siz içəri girəndə kimlərsə dalaşırdılarmı?

Polis deyib ki, «mən dalaşanları görmədim. Restoranın sahibi mənə dedi ki, iki stoldan bir-birilərinə bakal atıblar. Mən də yerdə şüşə qırıntıları gördüm».

Vəkillər soruşublar ki, «niyə məhz bu üç nəfəri polisə apardınız?».

Zahid Daşdəmirov buna izah verə bilməyib.

İfadə verən başqa bir polis - Bəşir Bəşərov isə deyib ki, «gördük bunlar xəsarət alıblar, dedik, xəsarət alıblarsa, bunlar dalaşıblar, ona görə apardıq».

Hər iki polis etiraf eləyib ki, içəridə bu iki nəfərdən başqa xəsarət alan görməyiblər.

Bu vaxt prokuror Zahid Daşdəmirovun yadına salıb ki, «sən ifadəndə yazmısan ki, Babək adlı bir nəfər qarnını tutub divara qısılmışdı».

Zahid Daşdəmirov isə deyib ki, «mən xatırlamıram, əgər ifadəmdə yazmışamsa, deməli, elə olub».

***

Bütün arzu edənlər, o cümlədən bəzi jurnalistlər prosesə buraxılmadılar. Məhkəmədə nəinki diktafon və fotoaparatdan istifadəyə imkan verilmədi, hətta mobil telefondan sosial şəbəkələrə mesaj göndərənlər belə prosesdən çıxarılırdılar.

Proses gedə-gedə bir neçə nəzarətçi insanlara nəzarət edirdilər ki, kimsə kənara informasiya ötürməsin. Həmin adamların ya telefonları söndürülür, ya da prosesdən çıxarılırdılar.

Bəzi şahidlərin, o cümlədən polislərin ifadələri zalda güləşə səbəb oldu. Ona görə də həm hakim, həm də nəzarətçilər zaldakı insanlardan nizam-intizama riayət eləməyi tələb etdilər.

Müdafiə tərəfi ilə ittiham tərəfi arasında şahidlərin dindirilməsi ilə bağlı tez-tez mübahisə yaranırdı. Tərəflər bir-birinə şahidlərə yönəldici suallar verməməyi tələb eləyirdilər.

Vəkil İsaxan Aşurovun şahidlərə Emini Milli ilə Adnan Hacızadənin xəsarət aldığını göstərən şəkillərini göstərməsi isə dövlət ittihamçısını özündən çıxardı.

Həmin şəkillərdə gənc bloqqerlərin ifadə verən polislərin iddiasının əksinə olaraq polisə özlərinin getdiyini göstərirdi.

Dövlət ittihamçısı vəkilə irad tutdu ki, bu şəkillər sübutların siyahısına aid edilməyib, ona görə də şahidlərə göstərilməməlidir.

Vəkil Elton Quliyev isə dedi ki, heç bir qanunda göstərilməyib ki, sübutlar prosesin əvvəlində təqdim edilməlidir, bu, prosesin gedişində də edilə bilər:

«Bizim məqsədimiz ədalətli araşdırmaya nail olmaqdır».

***

Proses qurtardıqdan sonra məhkəmə binasının qarşısında Emin Milli ilə Adnan Hacızadəyə azadlıq tələbi ilə şüarlar səsləndirilib.// Azadlıq radiosu

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bloqqerlərin məhkəməsi təxirə salındı

13-10-2009

Bloqqerlərin məhkəməsində şahidlər dindirildi

16-09-2009

Gənc bloqqerlərin məhkəməsi başladı

18-09-2009

Bloggerlərin məhkəməsi bu gün davam edir

09-10-2009

Bloggerlərin məhkəməsi oktyabrın 7-də davam edəcək

02-10-2009

Bloqqerlərin məhkəməsi davam edir

07-10-2009

Blogerlərin iddiası təmin edilmədi!

11-08-2009

Bu gün bloqqerlərin məhkəməsi davam edəcək

01-10-2009

Həbsdə olan bloggerlər ailə üzvləri ilə görüşə biləcəklər

25-11-2009

Blogerlərlə bağlı Bakı Apellyasiya Məhkəməsinə iki şikayət verilib

19-08-2009

Gənc bloggerlərin barəsində hökmdən apellyasiya şikayəti verilib

23-11-2009

Bu gün bloggerlərin məhkəməsidir

16-09-2009

Bloggerlər barəsində cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

09-10-2009

Vəkil İsaxan Aşurov: Bloggerlərin işi saxtalaşdırılıb

19-10-2009

Bloqqerlərin növbəti məhkəmə prosesi keçirilib

07-10-2009

Blogerlərlə bağlı yeni ittiham irəli sürülüb

24-08-2009

Gənc bloggerlərin apellyasiya şikayəti icraata verilib

10-12-2009

Bu gün həbsdə olan blogerlərin şikayətinə baxılacaq

28-08-2009

Bloggerlərin məhkəməsi sentyabrın 16-na qaldı

04-09-2009

Bloggerlərə hökm oxundu

11-11-2009

Vaşinqton həbsdəki jurnalisti və bloqqerləri azad etməyə çağırır

05-11-2010

Blogger Adnan Hacızadə azadlığa buraxıldı

18-11-2010

Həbs olunmuş blogerlərlə bağlı forum bağlanıb

03-08-2009

Blogerlərin işi prokurorluğa göndərildi

25-08-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə