Previous Next
Bağla

Blokchain layihəsi maliyyə sahəsində geniş imkanlar yaradacaq

01-02-2019 13:02
Blokchain layihəsi maliyyə sahəsində geniş imkanlar yaradacaq

Azərbaycanda “Blokchain” əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması ilə bağlı layihənin təqdimatı keçirilib.

Xeberler.az  bildirir ki, bu barədə AMB-nin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, bu, regionda həyata keçiriləcək ilk mühüm layihədir.

“Bu gün dünyada “4-cü sənaye inqilabı” mövzusu olduqca aktualdır. Sənaye inqilabında iqtisadiyyatın transformasiyası sahəsində yeni texnologiyaların, xüsusi ilə də paylanma reyesterlərinin böyük informasiya massivlərinə çıxışı olan texnologiyaların tətbiqi olduqca yenidir və bu, iqtisadi transformasiyada böyük yeniliklər gətirəcək. Bizim IBM-lə bağladığımız müqavilə rəqəmsallaşma strategiyasının yaradılmasını nəzərdə tutur. Bu baxımdan biz dünən ilkin təqdimatda bu texnologiyaların genişləndiyinin şahidi olduq və bunun bizim maliyyə sahəsində geniş imkanlar yaradacağını gördük. Bu texnologiyaların tətbiqinin maliyyə-bank sektorunda dərin islahatlar, bütövlükdə bu sektorun effekliliyinin artırılması, əhalinin rahatlığının təmin olunması, eləcə də əhali və maliyyə institutlarının xərclərinin azaldılması, dövlət idarəetməsinin sinxronlaşdırılması, kağız daşıyıcılardan çıxılması, təhlükəsizliyin tam təmin olunması, mərkəzləşdirilmənin azaldılması istiqamətində potensial imkanlar yaratmasının şahidi olduq. AMB digər dövlət insitutları ilə birlikdə vahid koordinasiya şəklində mühüm istiqamətlərdən biri olan iqtisadiyyatın transformasiyası və bu zaman yeni texnologiyalar, rəqəmsallaşma strategiyasından istifadə etməklə bu layihənin Azərbaycanda yayılması, xüsusilə də maliyyə sektorunun yeni bir formasının yaradılmasında çox ciddi səylər göstərəcək”, - deyə E.Rüstəmov vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankında “Blockchain” əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması və müvafiq ekspert xidmətinin cəlb edilməsi ilə bağlı dünyada bu sahədə qabaqcıl təcrübəyə malik olan IBM East Europe/Asia Ltd şirkəti ilə satınalma müqaviləsi bağlanıb. Müqavilə ilə müəyyən olunan fəaliyyət istiqamətlərini əhatə edən detallı fəaliyyət planı hazırlanıb və plan üzrə işlərin realizasiyasına start verilib. Bu sahədə aparılan işlərin davamı olaraq Mərkəzi Bankda icraçı IBM East Europe/Asia Ltd şirkətinin ekspertlərinin, bir sıra kredit təşkilatlarının, Maliyyə Bazarlarına Nəzarət Palatasının və əlaqədar dövlət qurumlarının iştirakı ilə müvafiq görüşlər keçirilib.

Görüşlər zamanı “Blockchain” texnologiyası və bu sahədə qabaqcıl təcrübələr ilə bağlı ümumi məlumat verilmiş, “Rəqəmsal hökumətin və elektron cəmiyyətin əsasını təşkil edən rəqəmsal identifikasiya”, “Rəqəmsal identifikasiyanın tətbiq sahələri”, “Öz müştərini tanı siyasəti” mövzularında müvafiq təqdimatlar nümayiş etdirilmiş və iştirakçı qurumlarla geniş fikir mübadiləsi aparılıb. Layihənin müvəffəqiyyətlə tamamlanması və strateji olaraq digər istiqamətlər üzrə genişləndirilməsi ilə bağlı fəaliyyət əlaqədar təşkilatlarla davam etdiriləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
AMB blockchain əsaslı sistemin yaradılması üçün podratçıları müəyyən edib

AMB blockchain əsaslı sistemin yaradılması üçün podratçıları müəyyən edib

03-08-2018
Mərkəzi Bankda İnnovasiyalar günü keçirilib

Mərkəzi Bankda İnnovasiyalar günü keçirilib

28-10-2019
Azərbaycanda Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiya hazırlanır

Azərbaycanda Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiya hazırlanır

29-11-2022
Dünya Bankı ilə maliyyə idarəçiliyinin rəqəmsallaşdırılması müzakirə edilib

Dünya Bankı ilə maliyyə idarəçiliyinin rəqəmsallaşdırılması müzakirə edilib

12-11-2025
BƏƏ ilə rəqəmsal maliyyə həllərinin tətbiqi istiqamətləri müzakirə olunub

BƏƏ ilə rəqəmsal maliyyə həllərinin tətbiqi istiqamətləri müzakirə olunub

09-12-2025
Azərbaycan Qazaxıstan ilə maliyyə nəzarətində süni intellektin tətbiqini müzakirə edib

Azərbaycan Qazaxıstan ilə maliyyə nəzarətində süni intellektin tətbiqini müzakirə edib

13-06-2026
Sığorta sektorunun rəqəmsal transformasiyası müzakirə edilib

Sığorta sektorunun rəqəmsal transformasiyası müzakirə edilib

21-04-2025
"Kriptoaktivlər bazarı haqqında" qanun layihəsi hazırlanıb

"Kriptoaktivlər bazarı haqqında" qanun layihəsi hazırlanıb

26-02-2026
Bakıda maliyyə və texnologiyalar sərgisi keçiriləcək

Bakıda maliyyə və texnologiyalar sərgisi keçiriləcək

21-02-2020
Elektron informasiya sistemləri üzrə İşçi Qrupun iclası keçirilib

Elektron informasiya sistemləri üzrə İşçi Qrupun iclası keçirilib

09-01-2026
AzerTelecom şirkətinin kommersiya rəhbəri maliyyə texnologiyalarından danışıb

AzerTelecom şirkətinin kommersiya rəhbəri maliyyə texnologiyalarından danışıb

28-11-2018
Maliyyə və rəqəmsal texnologiyalar həftəsi keçiriləcək

Maliyyə və rəqəmsal texnologiyalar həftəsi keçiriləcək

10-05-2019
Elman Rüstəmov: Rəqəmsal manatla bağlı araşdırma aparırıq

Elman Rüstəmov: Rəqəmsal manatla bağlı araşdırma aparırıq

31-07-2021
Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

06-04-2026
Bakıda III Beynəlxalq Bankçılıq Forumu keçirilib

Bakıda III Beynəlxalq Bankçılıq Forumu keçirilib

16-11-2018
ASA: Rəqəmsallaşma sığorta sektorunda yeni imkanlar açıb

ASA: Rəqəmsallaşma sığorta sektorunda yeni imkanlar açıb

14-02-2025
“Azərpoçt” Beynəlxalq Maliyyə Korporasiyası ilə tərəfdaşlığa başlayıb

“Azərpoçt” Beynəlxalq Maliyyə Korporasiyası ilə tərəfdaşlığa başlayıb

11-06-2020
“Dördüncü sənaye inqilabında trendlər” mövzusunda tədbir keçirilib

“Dördüncü sənaye inqilabında trendlər” mövzusunda tədbir keçirilib

23-02-2022
Rəqəmsal iqtisadiyyat, müasir çağırışlar və real imkanlar mövzusunda konfrans keçirilib

Rəqəmsal iqtisadiyyat, müasir çağırışlar və real imkanlar mövzusunda konfrans keçirilib

14-02-2020
“Bank sektorunda blokçeyin texnologiyası araşdırılmalıdır”

“Bank sektorunda blokçeyin texnologiyası araşdırılmalıdır”

23-11-2017
“Azərpoçt” Mərkəzi Bankın məlumat-axtarış sisteminə qoşulub

“Azərpoçt” Mərkəzi Bankın məlumat-axtarış sisteminə qoşulub

17-09-2020
Azərbaycanda maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyası hazırlanır

Azərbaycanda maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyası hazırlanır

24-11-2022
Rəqəmsal ödənişlərlə bağlı dövlət proqramının 25 faizi icra olunmayıb

Rəqəmsal ödənişlərlə bağlı dövlət proqramının 25 faizi icra olunmayıb

08-12-2021
"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi ilə bağlı görülən işlər açıqlanıb

"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi ilə bağlı görülən işlər açıqlanıb

30-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə