Previous Next
Bağla

Bakıda III Beynəlxalq Bankçılıq Forumu keçirilib

16-11-2018 10:20
Bakıda III Beynəlxalq Bankçılıq Forumu keçirilib

Noyabrın 15-də Bakıda "Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid" adlı III Beynəlxalq Bankçılıq Forumu keçirilib.

Xeberler.az  bildirir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB), Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən forumun məqsədi iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslərin və qarşıdakı çağırışların, rəqəmsallaşma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlərin, müasir bank məhsullarının, komplayens sahəsindəki yeniliklər və risklərin, həmçinin qeyd olunanların mövcud hüquqi çərçivəyə uyğunluğu və adaptasiyası imkanlarının, bu proseslərin bankların maliyyə dayanıqlığının daha da gücləndirilməsinə təsiri məsələlərinin, eləcə də digər əlaqədar mövzuların müzakirə edildiyi platforma olmaqdır.

Tədbirdə çıxış edən Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev bildirib ki, "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın icrası ilə "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"ndə rəqəmsal ödənişlərin genişləndirilməsi ilə bağlı nəzərdə tutulan hədəflərə nail olunacaq. Qiymətləndirmələrə görə, nağdsız ödənişlərin illik həcmi təqribən 17 milyard manat artacaq. Bu isə nağdsız ödənişlərin payının hər il 7 faiz artmasına imkan verəcək. Nəticədə, bütövlükdə iqtisadi dövriyyələrdə nağd ödənişlərin payı 74 faizdən 40 faizədək azalacaq. "2018-ci ildə ölkədə makroiqtisadi sabitlik təmin edilib. İlin sonunadək bu sabitlik tədbirləri birmənalı olaraq müsbət xarakterli olacaq. İlin sonunadək bu sabitlik, xüsusilə də manatın məzənnəsinin sabitliyi qorunacaq", - deyə A.Quliyev vurğulayıb.

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev diqqətə çatdırıb ki, hazırda ölkəmizdə 30 kommersiya bankı fəaliyyət göstərir ki, onlardan 28-i özəl, 2-si dövlət bankıdır. Bu ilin 9 ayı ərzində bank aktivlərinin həcmi 4.6 faiz artaraq 29.2 milyard manat, kredit portfelinin həcmi 5 faiz artaraq 11.9 milyard manatı ötüb. Sektorun kapitallaşma səviyyəsi əhəmiyyətli dərəcədə yüksələrək, 4.1 milyard manatı ötüb. Əhalinin banklardakı əmanətlərində 8.4 faiz artım müşahidə edilib, əmanətlərin həcmi 8.2 milyard manata çatıb. "Hazırkı şəraitdə milli bank sistemimizin inkişafı üçün yeni drayverlərə böyük ehtiyac var. Hesab edirik ki, digitallaşma bu drayverlərdən biri ola bilər və eyni zamanda, banklarla müştərilər arasında qarşılıqlı inamın daha da güclənməsinə və şəffaflığın artmasına xidmət etmiş ola bilər. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan cəmiyyəti bütövlükdə və ayrıca götürülmüş bank sektoru yeni yüksək texnologiyalara əsaslanan xidmət və işlərin tətbiqinə tam hazırdır. Hesab edirik ki, dövlət proqramlarının reallaşması ilə maliyyə texnologiyalarının tətbiqi yaxın 2 il ərzində 2 dəfədən çox artacaq. Bu da ki, təbii olaraq bank sektorunda kəskin rəqabət mühiti formalaşdıracaq", - deyə Z.Nuriyev qeyd edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışov deyib ki, "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın qəbul olunmasında məqsəd nağdsız ödəniş mühitinin əhəmiyyətli genişlənməsi, nağd dövriyyənin həcminin minimumlaşdırılması, rəqəmsal ödəniş xidmətlərinin institusional hüquqi bazasının gücləndirilməsi, xidmətlərin çeşidi, keyfiyyəti və tətbiqinin genişləndirilməsidir. Ölkədə sabit makromühitin olması həyata keçirilən kompleks islahatların məntiqi nəticəsidir ki, ötən ilin son rübündən iqtisadiyyatda başlayan pozitiv dinamika bu gün də davam edir. Ölkədə ümumi daxili məhsulun həcmində 0,8 faiz, qeyri-neft ÜDM-də 1 faiz artım olub. İ.Alışov Maliyyə Bazarlarına Nəzarət Palatasının bankların hər birində cari rəqəmsallaşmanın vəziyyətini, inkişaf planlarını təhlil etdiyini, müvafiq islahatların müəyyən edilərək banklarla fərdi qaydada müzakirələr aparıldığını deyib. Qeyd edib ki, ölkədə fəaliyyət göstərən 30 bankdan 24-də internet bankçılıq, 25 bankda mobil bankçılıq həlləri tətbiq olunub. Doqquz ayda ümumilikdə cari hesablar üzərindən aparılan əməliyyatların 25 faizi elektron ödənişlər hesabına həyata keçirilib. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, bu gün dövriyyədə olan plastik kartlar bütün informasiyanı özündə toplayıb. Yəni, istehlakçının münasibətini, gözləntilərini plastik kartda tapmaq mümkündür. Plastik kartların verdiyi informasiya böyük bir Big Datadı. Bunun emalı rəqəmsal ödənişlər nöqteyi-nəzərindən çox əhəmiyyətlidir. Ən vacib məsələ yeni texnologiyaların tətbiqi ilə yanaşı, real sektorla bank sektorunun münasibətlərinin növbəti mərhələyə keçməsini təmin etməkdən ibarətdir.

Ölkəmizdə aparılan iqtisadi islahatların müsbət nəticələr verdiyini deyən icraçı direktor qeyd edib ki, Dünya Bankı Azərbaycanda biznes mühiti ilə bağlı renkinqi açıqlayıb. Azərbaycan dünyanın 190 ölkəsi arasında 25-ci yerdədir. Bu, Azərbaycanın iqtisadi islahatlarının beynəlxalq ictimaiyyət tərəfindən çox möhtəşəm qiymətləndirməsidir. Çünki bu gün ölkəmizdə biznes mühiti Dünya Bankının hesablamalarına görə, Fransa, Belçika, Niderland, Avstriya kimi ölkələri geridə qoymaqla ilk 25-yə daxil olub.

Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov ölkədə nağdsız ödənişlərin genişləndirilməsinin hər zaman diqqət mərkəzində olduğunu və bu məsələnin hazırda da aktuallığını itirmədiyini diqqətə çatdırıb. Bildirib ki, dünyada rəqəmsallaşma və nağdsız iqtisadiyyat quruculuğu istiqamətində çox böyük işlər görülür. Bugünkü forum rəqəmsallaşma və maliyyə texnologiyalarının tətbiqinin genişləndirilməsi istiqamətində effektiv təcrübə mübadiləsi üçün gözəl platformadır. Burada səslənən fikirlər və təkliflər rəqəmsal bankçılıq və nağdsız iqtisadiyyata transformasiyaya təkan verəcək.

Forumda xarici və yerli spikerlər tərəfindən rəqəmsal bankçılığa və nağdsız iqtisadiyyata transformasiya məsələləri ilə bağlı mövzular ətrafında təqdimatlar edilib, geniş fikir və təcrübə mübadiləsi aparılıb.

Beynəlxalq Bankçılıq Forumunda ABŞ, Yaponiya, Avropa, Çin və MDB ölkələrindən 100-ə yaxın beynəlxalq təşkilat və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edib.

Forum çərçivəsində ABA tərəfdaş şirkətləri mükafatlandırıb.

Tədbir panel iclaslarla işini davam etdirib. Panel iclaslarda "Gələcək ödəniş texnologiyaları", "İnnovasiyaların bankın əməliyyat proqramına tətbiqi", "Bank hesabının məsafədən açılması", "Nağdsız cəmiyyətə gedən yol", "Blokçeyn əsaslı rəqəmsal identifikasiya sistemi", "Rəqəmsal bankçılıq: rəqəmsal kanalların inkişaf strategiyası" və s. mövzularda təqdimatlar dinlənilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rəqəmsal ödənişlər müzakirə olunub

01-11-2017

Taleh Kazımov: "Ölkədaxili nağdsız əməliyyatların həcmi 20 milyard manata çatıb"

24-11-2022

2026-cı ilədək Azərbaycanda rəqəmsal ödənişlərin həcmi 25 faiz artacaq

13-06-2023

9 ayda "Milli Ödəniş Sistemləri" ilə edilən əməliyatlar 590 milyard manat olub

19-11-2025

Rəqəmsal ödənişlərlə bağlı dövlət proqramının 25 faizi icra olunmayıb

08-12-2021

Rəqəmsal ödənişlərlə bağlı 2 illik proqram təsdiqləndi

27-09-2018

IV Beynəlxalq Bankçılıq Forumu keçirilib

06-11-2019

“Bank sektorunda blokçeyin texnologiyası araşdırılmalıdır”

23-11-2017

İnternet bankçılıq xidmətilə aparılan müştəri köçürmələrinin həcmi artıb

12-03-2026

Azərbaycanda Visa Cashless Forum-u keçirilib

12-02-2020

Mobil bankçılıq xidməti vasitəsilə müştəri köçürmələrinin həcmi artıb

10-03-2025

Ekspert: Dövlət proqramının icrası ilə bağlı ziddiyyətli fikirlər var

09-12-2021

Maliyyə və rəqəmsal texnologiyalar həftəsi keçiriləcək

10-05-2019

ABA: “Card-to-card” əməliyyatları ilə bağlı yeni tələblər müəyyən ediləcək

19-11-2025

Mərkəzi Bank Ani Ödənişlər Sistemini pilot rejimində təqdim edib

12-08-2020

Vüsal Qasımlı 8-ci Beynəlxalq Bankçılıq Forumunda çıxış edib

03-12-2024

Azərbaycan Mərkəzi Bankı və Mastercard şirkəti tərəfindən Naxçıvanda layihə həyata keçirilir

08-06-2018

Beynəlxalq Bank elektron bankçılıq xidmətləri üzrə liderdir

01-03-2019

İİTKM-də rəqəmsal ödənişlərə dair proqramın ilkin nəticəsi müzakirə edilib

12-10-2021

Azərbaycanda “Apple Pay” və “Google Pay” ilə aparılmış ödənişlərin məbləği açıqlandı

13-06-2023

"Maliyyə texnologiyalarının təkmilləşdirilməsi zəruridir"

13-06-2023

9-cu Beynəlxalq Bankçılıq Forumu keçirilir

19-11-2025

Ötən il ödəniş kartlarının 80 faizi təmassız ödənişləri dəstəkləyib

10-03-2025

Azərbaycanda internet bankçılığın inkişafını tormozlayan səbəblər

09-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə