Previous Next
Bağla

BMT süni intellektin uşaqlara təhlükələri barədə xəbərdarlıq edir

02-02-2026 07:19
BMT süni intellektin uşaqlara təhlükələri barədə xəbərdarlıq edir

Süni intellekt vasitəsilə yaradılan böyük həcmdə zərərli məzmun internetdə yayılır. Bununla əlaqədar BMT strukturları uşaqların zorakılıqdan, istismardan və psixoloji travmalardan qorunması üçün təcili kompleks tədbirlərin görülməsinə çağırış edib.

Xeberler.az məlumat verir ki, tövsiyə və rəhbər prinsiplərdən ibarət birgə bəyanatı hazırlayan qurumlardan biri olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Telekommunikasiyanın İnkişafı Bürosunun direktoru Kosmas Zavaza uşaqların üzləşdiyi təhlükələrin geniş dairəsi barədə məlumat verib. Söhbət “qruminq”dən (böyüklərin uşağa və onun ailə üzvlərinə etimad qazanmaq və sonradan onu yoldan çıxarmaq məqsədilə uzunmüddətli yaxın və etibarlı münasibətlər qurması), “dipfeyk”lərdən (insanın zahiri görkəmini manipulyasiya edən video və ya audioyazılar), rəqəmsal xidmətlərə zərərli funksiyaların yerləşdirilməsindən, kiberzorakılıqdan (rəqəmsal texnologiyalardan istifadə etməklə internet üzərindən təqib və hədə-qorxu) və qəbuledilməz məzmuna çıxışdan gedir.

Uşaqların müdafiəsi sahəsində fəaliyyət göstərən təşkilatlar bildirirlər ki, cinayətkarlar uşağın internetdə davranışını, emosional vəziyyətini və maraqlarını təhlil etmək üçün süni intellektdən istifadə edə, cəlbetmə və manipulyasiya strategiyasını daha dəqiq qura bilərlər.

2026-cı ilin əvvəlində uşaqların müdafiəsi məsələləri ilə məşğul olan bir sıra BMT qurumları “Süni intellekt və uşağın hüquqları haqqında” Birgə Bəyanatı imzalayıblar. Sənəddə ciddi risklərin mövcudluğu və cəmiyyətin hələlik onların öhdəsindən gəlməyə hazır olmadığı birbaşa qeyd olunur.

Bəyanatda uşaqların, müəllimlərin, valideynlərin və qəyyumların süni intellekt barədə bilik səviyyəsinin aşağı olması, habelə dövlət orqanlarında süni intellektin tənzimlənməsi, məlumatların qorunması və texnologiyaların uşağın hüquqlarına təsirinin qiymətləndirilməsi sahəsində texniki hazırlığın yetərli olmaması vurğulanır.

Texnologiya nəhənglərinin roluna ayrıca diqqət yetirilir. Bəyanatda qeyd olunur ki, süni intellekt əsasında işləyən alətlərin əksəriyyəti, eləcə də onların əsasını təşkil edən modellər, metodlar və sistemlər hazırda uşaqların maraqları və rifahı nəzərə alınmadan hazırlanır.

“Biz həqiqətən narahatıq və istəyirik ki, özəl sektor fəal iştirakçı olsun, digər BMT qurumları və tərəfdaşlarla birlikdə formalaşdırdığımız ümumi prosesin bir hissəsinə çevrilsin. Texnologiyalar inkişaf aləti ola bilər, lakin eyni zamanda zərər də vura bilər”, – deyə Zavaza bildirib.

O, həmçinin şirkətlərin məhsullarını daha təhlükəsiz etməyə hazır olduqlarına əminliyini ifadə edib: “Əvvəlcə onların innovasiyaların məhdudlaşdırılacağından ehtiyat etdiklərini hiss edirdik, lakin bizim mesajımız çox aydındır: süni intellektdən məsuliyyətli istifadə etməklə gəlir əldə etmək, biznes aparmaq və bazar payını qorumaq mümkündür”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
BMT süni intellektin uşaqlara mənfi təsiri barədə xəbərdarlıq edib

BMT süni intellektin uşaqlara mənfi təsiri barədə xəbərdarlıq edib

26-01-2026
BMT: Süni intellekt uşaqlara qarşı kiberhücumları daha da artırır

BMT: Süni intellekt uşaqlara qarşı kiberhücumları daha da artırır

11-03-2026
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

01-06-2026
Uşaqların rəqəmsal təhlükəsizliyi üçün fərdi məlumatların qorunması vacibdir

Uşaqların rəqəmsal təhlükəsizliyi üçün fərdi məlumatların qorunması vacibdir

04-06-2025
“Rəqəmsal mühitdə uşaqların müdafiəsi” mövzusunda konfrans keçirilib

“Rəqəmsal mühitdə uşaqların müdafiəsi” mövzusunda konfrans keçirilib

23-12-2025
Dövlət Komitəsi “Roblox” ilə bağlı valideynlərə tövsiyələr verib

Dövlət Komitəsi “Roblox” ilə bağlı valideynlərə tövsiyələr verib

06-02-2026
DİN: Uşaqların kibermühitdə müdafiəsi üçün valideyn nəzarəti şərtdir

DİN: Uşaqların kibermühitdə müdafiəsi üçün valideyn nəzarəti şərtdir

04-06-2025
Prezident uşaqların zərərli məzmundan qorunması barədə Sərəncam imzalayıb

Prezident uşaqların zərərli məzmundan qorunması barədə Sərəncam imzalayıb

27-02-2026
Nazir müavini: Məktəblərdə uşaqların internetdən istifadəsinə nəzarət gücləndirilib

Nazir müavini: Məktəblərdə uşaqların internetdən istifadəsinə nəzarət gücləndirilib

08-06-2026
BMT süni intellekt üzrə qlobal dialoqun ilk iclasına hazırlaşır

BMT süni intellekt üzrə qlobal dialoqun ilk iclasına hazırlaşır

22-04-2026
Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

20-02-2020
İnternet trafikinin filtrasiyası ölkə sərhədlərində aparıla bilər

İnternet trafikinin filtrasiyası ölkə sərhədlərində aparıla bilər

18-10-2019
Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyinə nəzarət edilməlidir

Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyinə nəzarət edilməlidir

06-02-2026
Uşaqların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Treninqlər keçiriləcək

Uşaqların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Treninqlər keçiriləcək

11-11-2011
Bu gün “Uşaqların internetdə təhlükəsizliyi” adlı layihənin təqdimati keçirilib

Bu gün “Uşaqların internetdə təhlükəsizliyi” adlı layihənin təqdimati keçirilib

25-11-2008
Uşaqların internetdə təhlükəsizliyi necə qorunur?

Uşaqların internetdə təhlükəsizliyi necə qorunur?

26-10-2015
Uşaqların internet dünyası araşdırıldı

Uşaqların internet dünyası araşdırıldı

07-07-2018
"Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanuna dəyişiklik ediləcək

"Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanuna dəyişiklik ediləcək

18-12-2025
“Zəhra Pezeşkian: Uşaqların rəqəmsal qorunmasında qlobal səviyyədə çətinliklər qarşıya çıxır

“Zəhra Pezeşkian: Uşaqların rəqəmsal qorunmasında qlobal səviyyədə çətinliklər qarşıya çıxır

23-12-2025
Şagirdləri internetdə zərərli məlumatlardan necə qorumaq olar?

Şagirdləri internetdə zərərli məlumatlardan necə qorumaq olar?

15-09-2016
Uşaqlar üçün İnternetdə hansı təhlükələr var? –Müzakirə

Uşaqlar üçün İnternetdə hansı təhlükələr var? –Müzakirə

25-04-2018
Uşaqların təhlükəsizliyini qoruyan yeni mobil tətbiq

Uşaqların təhlükəsizliyini qoruyan yeni mobil tətbiq

02-12-2015
Uşaqların kibermühitdə müdafiəsi mövzusunda dəyirmi masa keçirilib

Uşaqların kibermühitdə müdafiəsi mövzusunda dəyirmi masa keçirilib

04-06-2025
Azərbaycanda “Uşaqların İnternetdə Təhlükəsizliyi” adlı layihə həyata keçirilir

Azərbaycanda “Uşaqların İnternetdə Təhlükəsizliyi” adlı layihə həyata keçirilir

03-11-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə