Previous Next
Bağla

Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

20-02-2020 13:43
Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

Azərbaycanda valideynlərin yarıdan çoxu (52%) uşağı ilə təhlükəsiz onlayn davranış qaydalarını müzakirə edib. Böyüklərin təxminən 14% -i hələ də uşaqlarla bu barədə danışmayıb, lakin bunu zəruri hesab edirlər - bu “Kaspersky” şirkətinin 2019-cu ilin sonunda Azərbaycanda apardığı araşdırmanın nəticələridir.

Xeberler.az bildirir ki, uşağı zərərli məzmundan və digər onlayn təhlükələrdən qorumaq üçün valideynlər ilk növbədə uşaqlarla etibarlı münasibət qurmalı və şəbəkədəki təhlükəsiz davranış
qaydaları haqqında danışmalıdırlar. Uşaqların əksəriyyəti məktəbə getdikdə şəxsi gadjetə sahib olurlar və valideynlərin onlarla təmasda olması xüsusilə vacibdir.

Azərbaycanda 7-10 yaş arası uşaqların təxminən 30% -nin smartfon və ya planşeti var, yeniyetmələr arasında isə (11-14 yaş) isə bu göstərici 67% -ə çatır. Sorğunun nəticələrinə görə, respondentlərin əksəriyyəti (68%) övladlarının gadjetlə və ya şəbəkədə hərəkətlərinə nəzarət edir, 17%-i isə bunu zəruri saydığı hallarda edirlər.

Eyni zamanda, Azərbaycanda valideynlərin 70% -i uşağının yerini və hərəkətini izləməyi zəruri hesab etmirlər. Azərbaycanda hər beş valideyndən ikisi (41%) uşaqları haqqında sosial şəbəkələrdə hansı məlumatların açıq olduğunu bilmir. Buna 25-35 yaş arası insanlar daha çox diqqət yetirirlər, belə ki, bu yaş kateqoriyasından olan respondentlərin 86% uşağının səhifələrində hansı məlumatları dərc etdiklərini bildiklərini söylədi. Bu məlumatlar arasında yaş (37%), hobbi (17%), məktəbin nömrəsi (19%), ev ünvanı (17%), ev və ya cib telefonu (17%), qohumların adları (15%), uşaqların öz şəkilləri (10%) və digərləri var. Azərbaycanda bəzi valideynlər övladlarının sosial şəbəkələrdə dərc etdikləri məlumatlardan narahatdırlar. Sorğuda iştirak edən böyüklərin əksəriyyəti (59%) uşağın bölüşdüyü videoları bəyənmirlər, yazılardan daha az (32%) , dost siyahısından isə 8% valideynlər narahatdırlar.

“Hazırda uşaqlar innovativ texnologiyalardan böyüklərdən daha yaxşı anlayırlar və internetdə çox vaxt keçirirlər. Asanlıqla trendləri seçirlər və bəzən özləri də onları yaradırlar. Ancaq uşağın onlayn mühitdə özünü rahat hiss etməsi o demək deyil ki, valideynlər şəbəkədəki yeni istifadəçini gözləyən təhlükələrə diqqət yetirməməlidirlər”, - bunu “Kaspersky” şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi Müşviq Məmmədov deyib.

Bununla belə, kiber təhdidlərin çox olmasına baxmayaraq, internet hələ də bir çox faydalı və maraqlı məlumat mənbəyidir. Virtual reallığın həm böyüklər, həm də uşaqlar üçün problem yaratmaması üçün valideynlər yeni istifadəçilərlə şəbəkədəki təhlükəsiz davranış qaydaları haqqında danışmalı və etibarlı qoruyucu həllərdən istifadə etməlidirlər.

Valideynlərə uşağın şəbəkədəki problemlərini öyrənmək və anlamaq üçün, həmçinin uşaqları yersiz məzmundan və digər internet təhlükələrdən qorumaq üçün “Kaspersky Safe Kids” həlli yardım edə bilər. “Kaspersky” şirkətinin bu məhsulu bir çox aktual kiber təhdidləri tanıyır və bloklayır, yersiz məzmunu süzgəcdən keçirir və potensial təhlükəli onlayn təmasların qarşısını alır. Bundan əlavə, bu həll vasitəsilə valideynlər uşağın sosial şəbəkədə dərc etdiyi məlumatlardan və dost siyahısındakı dəyişikliklərdən xəbərdar ola bilər, real vaxt rejimində uşağın yerini də öyrənə bilərlər.

Azərbaycanda uşaqların kibertəhlükəsizliyi barədə valideynlərin mövqeyini “Kaspersky”-nin sifarişi ilə “Era” şirkəti 2019-cu ilin oktyabr ayında araşdırıb. Sorğuda 0-18 yaş arası uşaqları olan 300 valideyn iştirak edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Kaspersky” "Təhlükəsiz internet" mövzusunda seminar keçirib

“Kaspersky” "Təhlükəsiz internet" mövzusunda seminar keçirib

06-03-2020
Kaspersky: Valideynlərin dörddə biri yeni doğulmuş körpələrə qadjet verir

Kaspersky: Valideynlərin dörddə biri yeni doğulmuş körpələrə qadjet verir

17-01-2020
Kaspersky: Valideynlər internetdən istifadədə özlərinə nəzarət etmir

Kaspersky: Valideynlər internetdən istifadədə özlərinə nəzarət etmir

24-10-2019
Azərbaycanda uşaqların təxminən üçdə biri hər gün video oyun oynayır

Azərbaycanda uşaqların təxminən üçdə biri hər gün video oyun oynayır

19-05-2020
 “Valideynlər övladını kibertəhlükədən qorumur”

“Valideynlər övladını kibertəhlükədən qorumur”

15-11-2016
Kaspersky-in nümayəndəsi: Kiber təhlükəsizliyin tam təmin edilməsinə dair fərdi həllər təklif edirik

Kaspersky-in nümayəndəsi: Kiber təhlükəsizliyin tam təmin edilməsinə dair fərdi həllər təklif edirik

29-04-2020
Kaspersky Lab Azərbaycanda Yeni il tətilində uşaqların internetdə nə axtardıqlarını müəyyənləşdirib

Kaspersky Lab Azərbaycanda Yeni il tətilində uşaqların internetdə nə axtardıqlarını müəyyənləşdirib

04-02-2019
Kaspersky Lab uşaqların internet maraqlarını  araşdırıb

Kaspersky Lab uşaqların internet maraqlarını  araşdırıb

13-09-2019
Şəbəkə uşaq oyuncağı deyil: uşağı internetdə necə qorumalı

Şəbəkə uşaq oyuncağı deyil: uşağı internetdə necə qorumalı

26-08-2022
Şagirdləri internetdə zərərli məlumatlardan necə qorumaq olar?

Şagirdləri internetdə zərərli məlumatlardan necə qorumaq olar?

15-09-2016
Valideynlər uşaqlarının hansı videolara baxdıqlarını  izləyə biləcəklər

Valideynlər uşaqlarının hansı videolara baxdıqlarını izləyə biləcəklər

01-06-2022
Kaspersky Lab uşaqlar üçün yeni xidmət istifadəyə verib

Kaspersky Lab uşaqlar üçün yeni xidmət istifadəyə verib

29-07-2016
Uşaqların təhlükəsizliyini qoruyan yeni mobil tətbiq

Uşaqların təhlükəsizliyini qoruyan yeni mobil tətbiq

02-12-2015
Uşaqları internetdəki təhlükələrdən necə qorumalı?

Uşaqları internetdəki təhlükələrdən necə qorumalı?

01-02-2017
Sosial mediada uşaqları təhlükələrdən necə qorumalı?

Sosial mediada uşaqları təhlükələrdən necə qorumalı?

20-02-2017
Kaspersky və Skill Cup uşaqların onlayn təhlükəsizliyi üzrə mobil kursa başlayıb

Kaspersky və Skill Cup uşaqların onlayn təhlükəsizliyi üzrə mobil kursa başlayıb

30-06-2021
Kaspersky 2021-ci ilin payızında uşaqların hansı internet məzmunla maraqlandığını araşdırıb

Kaspersky 2021-ci ilin payızında uşaqların hansı internet məzmunla maraqlandığını araşdırıb

14-01-2022
Kaspersky Lab şirkəti uşaqların bu yay nə ilə maraqlandıqlarını araşdırıb

Kaspersky Lab şirkəti uşaqların bu yay nə ilə maraqlandıqlarını araşdırıb

03-09-2018
Kaspersky valideyn nəzarəti məhsullarını sınaqdan keçirib

Kaspersky valideyn nəzarəti məhsullarını sınaqdan keçirib

03-07-2020
Kaspersk Azərbacanda uşaqların əsasən hansı saytlara girdikləri araşdırıb

Kaspersk Azərbacanda uşaqların əsasən hansı saytlara girdikləri araşdırıb

08-09-2021
Uşaqların narkotik saytlara marağı artıb- Reytinq cədvəli

Uşaqların narkotik saytlara marağı artıb- Reytinq cədvəli

02-06-2017
Psixoloq: Valideynlər uşaqların mobil cihazlardan istifadəsinə məhdudiyyət qoymalıdır

Psixoloq: Valideynlər uşaqların mobil cihazlardan istifadəsinə məhdudiyyət qoymalıdır

19-03-2020
Mavi balina oyunu Azərbaycanda bloklanır? - Nazirlikdən cavab

Mavi balina oyunu Azərbaycanda bloklanır? - Nazirlikdən cavab

19-02-2019
Qəbələ məktəbliləri də internet təhlükəsizliyi haqqında təlim aldı

Qəbələ məktəbliləri də internet təhlükəsizliyi haqqında təlim aldı

19-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə