Previous Next
Bağla

Botnetin sahibi Ermənistanda yaxalanıb

17-02-2011 01:09
Botnetin sahibi Ermənistanda yaxalanıb

Hollandiya polisinin “Kibercinayətkarlıqla mübarizə” şöbəsi milyonlarla botnetin idarə edilməsinin qarşısını alıb. Yoluxmuş kompyuterlərə isə “müalicə” üçün avtomatik olaraq təlimatlar göndəriləcək. 

Məlumat üçün bildirək ki, ingilis sözü olan botnet “robot” və “network” sözlərindən yaradılıb, avtonom proqram təminatında işə salınmış bir neçə hostdan ibarət olan kompyuter şəbəkəsidir. Bu cür şəbəkə daxilində olan bot dedikdə bədniyyətliyə yoluxmuş fərdi kompyuterin resurslarından istifadə etməklə istədiyi əməliyyatı həyata keçirməyə imkan verən ziyankar proqram təminatlı kompyuter nəzərdə tutulur. Botnetlərdən serverlərə hücum, məsafədən kompyuterdən parolların seçilməsi və ya spamın göndərilməsi məqsədilə istifadə edilir. 

Təhqiqatlar zamanı 143 idarə edilən server aşkar edilib. Məlumata görə, bu botnet 30 milyon zombi-kompyuteri əhatə edib. Cəmi bir ay ərzində onun aktivliyi ilə bağlı aparılan müşahidələr zamanı bu şəbəkə 3 milyon kompyuteri yoluxdura bilib. 

Kibercinayətkarlıqla mübarizə şöbəsi əməliyyatın həyata keçirilməsində Niderland Məhkəmə Təhqiqatları İnstitutu, Kompyuter insidentlərinə cavabvermə Mərkəzi və kibermübarizə üzrə ixtisaslaşan Fox-IT şirkətinin köməyindən yararlanıb. Təhqiqatlara həmçinin serverləri bədniyyətlilər tərəfindən botnetin idarəsi üçün istifadə edilən Hollandiyada ən iri hostonq-provayder olan LeaseWeb də cəlb edilib. 

Zərərsizləşdirilmiş botnetin sahibi Ermənistanda yaxalanaraq həbs edilib. 

«Защита информации. Inside» jurnalının məlumatına görə, ötən ilin noyabr ayında Böyük Britaniyada məşhur ziyankar botnet olan Koobface-in 3 idarə edilən serveri bağlanılmışdır. Bu haqda SecDev Group-un aparıcı əməkdaşı Narta Vilnev bildirib. Ekspert ingilis provayderi olan Coreix vasitəsilə qoşulan 3 serverin Koobface-ə məxsus olduğunu sübut edə bilib. SecDev ingilis polisini də təhqiqatlara cəlb edəndən sonra provayder serverlərin şəbəkəyə çıxışını bağlayıb. 

Koobface soxulcanı 2 ildən çoxdur ki, məşhur viruslar sırasına daxildir. O, Facebook istifadəçilərinin kompyuterlərindən yoluxma üçün aktiv istifadə edən ilk botnetdir. İstifadəçi kompyuterlərini ziyankar şəbəkəyə cəlb etmək üçün botnet artıq yoluxmuş kompyuterlərin kontaktları üzrə gülməli videoçarxa müraciət etmək təklifi göndərir. Bunun üçün isə istifadəçidən flash-pleyeri yükləmək tələb olunur. Linkdən keçəndən sonra hədəf seçilmiş kompyuterdə ziyankar Java proqramı quraşdırılır. Koobface Facebook-dan əlavə MySpace, Twitter və digər sosial şəbəkələr vasitəsilə yayılır. 

Koobface-in digər maraqlı özəlliyi isə onun yoluxmaya yetrəli qədər davamlı olan Mac OS X idarəetməsi ilə kompyuterlərdə çalışa bilməsidir. 

Koobface öz qurbanlarının kompyuterlərini yoluxduraraq istifadəçiləri antivirus proqramlarının mövcud olduğu yalandan bildirilən və viruslardan “müalicə” üçün bank hesabı və ya SMS-lə ödəmələrin tələb edildiyi səhifələrə istiqamətləndirir. 

//ikt.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Koobface virusu Facebook-dan əl çəkmir

08-01-2009

250 min kompüteri zombi maşınına çevirən botnet məhv edildi

05-01-2010

Tural Məmmədov: "Botnet"ə yoluxan "zombi kompüterlər"in sayı yüksəkdir

13-12-2021

İnterpolun axtardığı erməni haker tutulub

06-11-2010

Yanvarda ümumi elektron məktublaşmanın 75%-i spamın payına düşüb

11-02-2009

Microsoft Facebook`u viruslardan təmizləyir

08-04-2009

Android-də bu şəbəkə ləğv edildi

29-08-2017

Milyonlarla Android qurğusu təhlükədədir

08-02-2018

162 mindən çox WordPress sayt geniş miqyaslı DDoS hücumlar üçün istifadə olundu

14-03-2014

Emotet yenidən canlanır

20-04-2022

Gədəbəydə ilk kompüter mərkəzi açılıb

06-02-2009

USB tipli qurğulardakı virusun qarşısını almaq üçün pulsuz proqram istifadəyə verildi

01-04-2009

Linux-da təhlükəli virus!

17-09-2009

Ən iri texnologiya məhsulları şirkəti olan HP Türkiyədə istehsala başlayır

07-01-2010

Barak Obamın seçkiqabağı ştabı İPhone üçün proqram istehsal edir.

10-10-2008

Lent.az portalı haker hücumuna məruz qalıb

21-11-2009

“Google” smartfon üçün səs tərcüməçisi proqramı yaradıb

14-01-2011

Yeni bank troyanı aşkar edilib

31-01-2018

Sosial şəbəkələr elektron poçtdan güclü çıxdı

10-03-2009

Facebook və Twitter-ə edilən hacker hücumlarının məqsədi araşdırılır

10-08-2009

“Google” smartfon üçün səs tərcüməçisi proqramı yaradıb

19-01-2011

USB tipli qurğulardakı virusun qarşısını almaq üçün pulsuz proqram istifadəyə verildi

04-04-2009

«Azercell» naviqasiya xidmətini istifadəyə verdi

16-03-2011

«General Motors» telefonla idarə olunan maşınlar hazırlayır

24-07-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə