Previous Next
Bağla

Emotet yenidən canlanır

20-04-2022 16:24
Emotet yenidən canlanır

Kaspersky-nin məlumatına görə, dünyanın ən təhlükəli botnetlərindən biri olan Emotet 2021-ci ilin noyabrında geri qayıtdıqdan sonra ilk dəfə olaraq ciddi şəkildə aktivləşib. Hücuma məruz qalan istifadəçilərin sayı fevralda 2843-dən martda 9086-ya, hücum cəhdlərinin sayı isə fevralda 16897-dən martda 48597-yə yüksələrək üç dəfədən çox artış göstərib. Rusiyada bu müddət ərzində hücuma məruz qalan istifadəçilərin sayı 60%-dən çox artıb.

Xeberler.az bildirir ki, Emotet həm digər cihazlara hücum etmək üçün istifadə edilən yoluxmuş cihazların eynivaxtlı və idarə olunan şəbəkəsidir, həm də maliyyə məlumatları da daxil olmaqla, yoluxmuş cihazlardan müxtəlif növ məlumatları çıxara bilən zərərli proqramlar toplusudur. Emotet-in fəaliyyəti 2021-ci ilin əvvəlində müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarının birgə səyləri nəticəsində dayandırılmışdı, lakin ötən ilin sonundan başlayaraq botnet yenidən səhnədədir.

Emotet cihazları daha çox zərərli Microsoft Office makrosunun əlavə olunduğu spam e-poçtları vasitəsilə yoluxdurur. Bu makro əvvəlcə zərərli PowerShell əmrini, sonra isə idarəetmə serveri ilə əlaqə quran və növbəti zərərli modulları daxil edən yükləyicini işə salmağa imkan verir. Onlar yoluxmuş cihazda çoxlu müxtəlif işləri yerinə yetirə bilərlər. Kaspersky tədqiqatçıları 16 moduldan 10-nu təhlil edə biliblər ki, onların əksəriyyəti Emotet tərəfindən ötən illər ərzində bu və ya digər formada istifadə olunub.

Emotet-in cari versiyası virusa yoluxmuş qurğular vasitəsilə sonradan şəbəkəyə yayılan, poçt ünvanlarını və Thunderbird və Outlook tətbiqlərindən məktubların özlərini, həmçinin tanınmış brauzerlərdən şifrələri toplayan avtomatlaşdırılmış spam göndərişləri yarada bilir.

“Emotet dünyanın bir çox təşkilatına hücum etmək üçün istifadə edilən qabaqcıl botnetdir. Keçən il bu botnetin fəaliyyətinin dayandırılması dünya üzrə təhdidlərin sayını əhəmiyyətli dərəcədə azaltmağa imkan verdi. İndi, Emotet-in fəaliyyətinin yenidən canlanması zamanı hücumların sayı hələ də keçmişdəki miqyasla müqayisə olunmayacaq dərəcədə azdır. Ancaq aydındır ki, botnet operatorları daha da fəallaşıb və təhlükənin irəlidə daha da geniş yayılmağa davam edəcəyi ehtimalı yüksəkdir”, - deyə Kaspersky-nin kibertəhlükəsizlik mütəxəssisi Aleksey Şulmin bildirib.

Kaspersky-nin Emotet-lə mübarizə üzrə qlobal əməliyyatı haqqında filmə buradan baxa bilərsiniz: https://www.tomorrowunlocked.com/.

Emotet-in modulları haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz: https://securelist.ru/emotet-modules-and-recent-attacks/104986/

Emotet və digər anoloji botnetlərdən qorunmaq üçün mütəxəssislər şirkətlərə aşağıdakı tədbirləri görməyi tövsiyə edir:

• Emotet haqqında xəbərləri, onun inkişafını, məsələn, Kaspersky Resource Center vasitəsilə izləmək;

• əsas yoluxma mənbəyi spam olduğundan, müdafiə zamanı daxil olan məktublara xüsusi diqqət yetirmək: sənədləri və arxivləri açmamaq, naməlum göndəricilərdən gələn məktublardakı keçidlərə klikləməmək. Göndərən etibarlı biri olsa belə, göndərilən sənədi əvvəlcə diskə yazmaq, antivirusla yoxlamaq və yalnız bundan sonra açmaq;

• onlayn bank əməliyyatları üçün iki faktorlu autentifikasiyadan istifadə etmək;

  • Kaspersky Security kimi effektiv təhlükəsizlik həlli quraşdırmaq və onu cihazınızı boşluqlara qarşı daima yoxlayacağı şəkildə quraşdırmaq. Bu, cihazınızı ən son viruslar və casus proqramlarına qarşı ən yaxşı şəkildə qorumağa kömək edəcək;

• təcavüzkarlar korporativ şəbəkəyə nüfuz etmək üçün proqram təminatında boşluqlar axtardığı üçün istifadə olunan bütün proqramları, o cümlədən, əməliyyat sistemi və tətbiqləri müntəzəm olaraq yeniləmək;

• şübhəli linklərə keçid etməmək və etibarsız mənbələrdən alınan şübhəli əlavələri açmamağı öyrətmək üçün xüsusi təlimlər vasitəsilə işçilərin rəqəmsal savadlılığını artırmaq. İşçilərin fişinq e-poçtlarını tanımağı öyrəndiyindən əmin olmaq üçün təlimi simulyasiya edilmiş fişinq hücumu ilə tamamlamaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bank troyanları 430 min istifadəçiyə hücum edib

08-08-2019

Kaspersky kütləvi zərərli poçt göndərişləri aşkarlayıb

04-05-2022

Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

05-12-2022

Kaspersky bank troyanı QakBot-un yeni versiyasına yoluxmalarda artım qeydə alıb

03-09-2021

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020

Kaspersky: Azərbaycanda hər onuncu cihazda zərərli internet proqram bloklanıb

04-06-2021

Kaspersky kriptoqraflarla mübarizə üçün yeni alət hazırlayıb

28-04-2022

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020

Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

24-07-2020

Kaspersky mindən çox qeyri-aktiv domen aşkar edib

10-07-2020

Kaspersky: Azərbaycanda Microsoft SQL Server-dən istifadə edilən hücumların sayı artır

23-11-2022

Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı artıb

16-04-2020

2021-ci ildə Kaspersky tərəfindən 380 min zərərli fayl aşkarlanıb

20-12-2021

Kaspersky Lab fişinq hücumların artması barədə xəbərdarlıq edir

03-10-2019

Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

07-07-2022

Kaspersky: Zərərli bank proqramları dünyadakı istifadəçilərə hücum edir

16-07-2020

Kriptoqraf troyanlar Azərbaycan istifadəçilərini də hədəfə alıb

23-09-2021

“PipeMagic” ilə edilən kiberhücumların coğrafiyası genişlənib

16-10-2024

Bir milyon istifadəçi video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib

20-06-2019

Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

17-05-2018

Azərbaycan zərərli hücuma məruz qalan istifadəçilərin sayına görə 7-ci yeri tutub

03-06-2022

Covid-19 vaksini hazırlayan şirkətlərə qarşı kiber hücumlar edilib

29-12-2020

Kaspersky: WhatsApp-la Triada troyanı yayılır

25-08-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə