Brauzerlərin istifadə statistikaları

08-10-2010 / 17:47

Dünyada brauzerlər cəbhəsində olduqca ciddi rəqabət gedir və bu çox bəyəndiyim haldır. Nəticə etibarı ilə, daha faydalı alətləri istifadə edə bilirik. Xüsusən, Google-un bazara daxil olmağı rəqabəti bir az daha qızışdırdı. Sentyabr ayının nəticələri isə daha maraqlıdır. Uzun müddətdən bəri ilk dəfə Internet Explorer 50%-in altına düşdü. Hətta bu hal təkcə dünyanın ortalama istifadəsində deyil, Azərbaycan istifadəçiləri arasında da gerçəkləşdi.
Məlumatlar sahəsi üzrə olduqca tanınmış bir araşdırma şirkəti olan StatCounter-un açıqlamalarına söykənir.

Bu çox maraqlı haldır ki, IE-nin ümumi bazar payı dünya üzrə 50%-dən aşağı düşüb. Firefox, Safari və Opera demək olar ki, stabildirlər. Kiçik, artımlar var. IE-nin azalan bazar payını demək olar ki, Chrome üzrəinə götürür.


Dünya üzrə sentyabr statistikası:
1. Internet Explorer: 49.87%
2. Firefox: 31.5%
3. Chrome: 11.54%
4. Safari: 4.42%
5. Opera: 2.03%

Bunlar ümumi dünya üzrə olan statistik göstəricilərdir. Amerikada isə Microsoftun məhsulunun hakim mövqeyi davam edir.
1. Internet Explorer: 52.3%
2. Firefox: 27.21%
3. Chrome: 9.87%
4. Safari: 9.16%
5. Opera: 0.66%

Burada Microsoft daha yüksəkdə, Opera isə dünya bazarındakı mövqeyindən olduqca uzaqda durur.

Çox maraqlı nəticələrdən biri Avropadadır. Burada Firefox demək olar ki, Internet Explorer-ə olduqca yaxınlaşıb. Avropanın Internet Explorerə qarşı olduqca sərt məvqeyi və Internet Explorerin Windows məhshullarında default olaraq gəlməməyi bu nəticəyə gətirib:
1. Internet Explorer: 40.26%
2. Firefox: 38.97%
3. Chrome: 11.32%
4. Safari: 4.48%
5. Opera: 4.32%

Nəhayət mənə ən maraqlı gələn məqam, Eyni şirkətin Azərbaycan üçün verdiyi statistik məlumatlar.


Həm dünya, həm də Amerikadan fərqli olaraq, Azərbaycanda Internet Explorerin bazar payı azdır — 41.88%. Çox maraqlı, həm də sevindirici statistikadır. Eyni zamanda, browserlərin sıralaması da Azərbaycan üzrə çox fərqlənir.
Demək olar ki, Explorer ciddi şəkildə sıxışdırılıb. IE6 isə ümumi bazarın 9.74%-ni tutur. IE8 isə 19.81% ilə ən çox istifadə ediləndir.
Internet Explorerin bazarda bu qədər geriləməsi nə qədər sevindirici olsa da, ikinci yerdə Firefoxun olmamağı xoşa gələn deyil. Opera ikinciliyi 29.31%-lə əldə edib. Operanın ikinci olmağına səbəb əlbəttə wap saytlarıdır. Yəni mobil yox sırf wml dəstəkli köhnə formada qurulmuş wap saytlar.

1. Internet Explorer: 41.88%
2. Opera: 29.31%
3. Firefox: 17.51%
4. Chrome: 9.47%
5. Safari: 1.34%

Operanın JavaScriptlərlə arasının yaxşı olmamağı bir qədər problem yaradır. Dünyadakı kimi ikinci sırada FireFoxun olmağı daha əla olardı. Heç olmasa Firefox və Chrome-un cəmi bazar payı digərlərindən üstün olsa idi, yeni web standartlarına uyğun saytları etmək olardı.

mənbə: weboxu.com


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.