Previous Next
Bağla

Britaniyada internetdən istifadə 20 ildən sonra məhdudlaşa bilər

06-05-2015 10:52
Britaniyada internetdən istifadə 20 ildən sonra məhdudlaşa bilər

Böyük Britaniya sakinləri üçün internetə çıxış yaxın vaxtlarda məhdudlaşa, bəzi istifadəçi kateqoriyası üçün hissələrə bölünə və ya bağlana bilər. “The Telegraph” nəşrinin məlumatına görə, qlobal şəbəkənin gələcəyini mayın 11-də Böyük Britaniya Milli Akademiyasının funksiyasını yerinə yetirən elmi mərkəz müzakirə edəcək.

Xəbərlər-in Rabitə və Yüksək Texnologiyalar saytına istinadən verdiyi məlumata görə, görüş iştirakçılarının səsləndirməyi planlaşdırdığı problemlərdən biri rabitənin təşkili üçün istifadə olunan magistral və marşrutlayıcıların buraxılış qabiliyyətidir. Bir sıra yerlərdə avadanlıq artıq öhdəsinə düşən vəzifəni yerinə yetirə bilmir, istifadəçilərin tələb və istəkləri isə durmadan artır. Mütəxəssislər bildirir ki, internetin tempi artmaqda davam etsə və məlumatların ötürülməsi üçün prinsipial yeni texnologiyalar yaranmasa, artıq on ildən sonra minimum mövcud infrastrukturu ikinci dəfə qurmaq lazım gələcək, bu isə internetdən istifadə tariflərinin xeyli artmasına səbəb olacaq.

Lakin dünyanın ən qocaman elmi cəmiyyətinin üzvlərini digər problem narahat edir. Belə ki, Böyük Britaniya internet istifadəçilərinin tələbatı üçün ölkədə istehsal olunan elektrik enerjisinin 8 faizini sərf edir ki, bu da üç atom elektrostansiyasının məhsuldarlığına bərabərdir. Bu göstərici hər dörd ildə iki dəfə çoxalır. Nəzəri baxımdan 2035-ci ilədək internet Britaniyada istifadə olunan bütün enerjini sərf edə bilər.   

Aston Universitetinin optik kommunikasiyalar sahəsində professoru Endryu Ellis bildirib ki, biz daha çox enerji hasil edə bilmərik, bu səbəbdən internetdən istifadəni ya azaltmaq, ya da məhdudlaşdırmaq lazım olacaq.

Professorun fikrincə, mövcud infrastrukturun yenidən qurulması internet tariflərinin artması ilə yanaşı, enerji şəbəkəsinin əlavə yüklənməsinə səbəb olacaq. “Buna görə insanlar internetin bahalaşmasına hazır olmalıdırlar”, - o qeyd edib.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnternet 2023-cü ildə çökə bilər

05-05-2015

Cisco: “Dünya İP trafikin həcmi 2019-cu ilədək iki dəfə artacaq”

04-06-2015

Oyun kompüterləri çoxlu enerji sərf edir

07-09-2015

Bioloji kompüterlə daha effektiv hesablama dövrünə keçid edilir

04-02-2025

Britaniyada internetə aid qərar qəbul edilib

10-11-2015

Britaniya hər il internetdən 155 milyard dollar qazanır

01-11-2010

Dünyada hər 10 nəfərin 7-si smartfon sahibi olacaq

03-06-2015

Kubada Wi-Fi ilə təchiz edilən 35 mərkəz açılıb

04-07-2015

KATV1 sürətli internet üçün mənzil daxilində kabellərdən istifadəni məsləhət görür

19-06-2020

Britaniyalılar mobil telefona həftədə iki iş gününü sərf edir

12-05-2015

“Azərbaycanda internet tariflərinin ucuzlaşması hər zaman diqqət mərkəzimizdədir”

18-01-2015

"X" Britaniyada qadağan edilə bilər

09-01-2026

“ İnternetin keyfiyyəti ilə bağlı şikayətlər alırıq”

30-06-2016

İnternet qiymətləri kəskin düşərsə AİF, RİTN qarşısında piket keçirməkdən imtina edə bilər

22-01-2009

Azərbaycanda internetdən istifadə edənlərin sayı artıb

22-09-2015

Dünya əhalisinin yarısından çoxu internetdən istifadə edə bilmir

22-09-2015

RYTN daha keyfiyyətli internet üçün səylərini gücləndirir

01-12-2015

“Mobil İnternet fərdi kompüterlərdən istifadəni azaltmır”

01-06-2015

Qəbələdə İnternet xidmətlərindən istifadə edənlərin sayı artıb

23-07-2015

İnternet-mağaza təsis edən perspektivli ölkələrin adı açıqlanıb

09-04-2015

Yaponiya alimlərinin yeni kəşfi

25-02-2015

İnternetin yaranmasından 25 il keçir

23-08-2016

Nazirlik Azərpoçt xidmətini dayandırdı

01-07-2015

Google hava şarları ilə İnternet paylayacaq

31-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə