Previous Next
Bağla

Dünya əhalisinin 76 faizi internetdən istifadə edir

04-11-2026 13:24
Dünya əhalisinin 76 faizi internetdən istifadə edir

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) araşdırmalarına əsasən, cari ildə dünyada internet istifadəçilərinin sayı 6,3 milyard nəfərə çatıb ki, bu da dünya əhalisinin 76 faizini təşkil edir. Bununla belə, təxminən 2 milyard insan hələ də internetə çıxış imkanından məhrumdur.

Xeberler.az BMT-nin yaydığı məlumata istinadən məlumat verir ki, 2025-ci illə müqayisədə internet istifadəçilərinin sayı 200 milyon nəfər artıb. MDB ölkələrində isə əhalinin 93 faizi internetdən istifadə edir. Ötən il bu göstərici 91 faiz olub.

Qlobal internet əhatəsinin genişlənməsinə baxmayaraq, rəqəmsal bərabərsizlik ciddi problem olaraq qalır. Belə ki, yüksəkgəlirli ölkələrdə əhalinin 93 faizi internetdən istifadə etdiyi halda, aşağıgəlirli ölkələrdə bu göstərici cəmi 32 faiz təşkil edir.

“İnternetə çıxışın olmadığı süni intellekt dövründə insanlar təhsildən tutmuş məşğulluğadək çoxsaylı imkanlardan məhrum olurlar”, – deyə BTİ-nin baş katibi Dorin Boqdan-Martin bildirib. O, hər kəs üçün əlçatan və keyfiyyətli internet bağlantısının genişləndirilməsinin vacibliyini vurğulayıb.

BTİ-nin Telekommunikasiyanın İnkişafı Bürosunun direktoru Kosmas Lakison Zavazava isə rəqəmsal bacarıqların inkişaf etdirilməsinin əhəmiyyətinə diqqət çəkib. Onun sözlərinə görə, zəruri biliklər və internetə tam çıxış imkanları olmadan müasir texnologiyaların üstünlükləri əhalinin əhəmiyyətli bir hissəsi üçün əlçatmaz qala bilər.

Gender və yaş fərqləri qalmaqdadır

BTİ-nin statistikası əhalinin müxtəlif qrupları arasında internetə çıxış imkanlarında fərqlərin olduğunu göstərir. Dünyada kişilərin 79 faizi, qadınların isə 74 faizi internetdən istifadə edir. MDB ölkələrində bu göstəricilər müvafiq olaraq 93 və 92 faizdir.

Gənclər internetə ən çox çıxış imkanına malik yaş qrupu olaraq qalırlar. Belə ki, 15–24 yaşlı insanların 86 faizi internetdən istifadə edir. Əhalinin digər yaş qruplarında bu göstərici 74 faizdir. MDB ölkələrində isə müvafiq göstəricilər 97 və 92 faiz təşkil edir.

Şəhər və kənd əhalisi arasında da fərq mövcuddur. Dünya üzrə şəhər sakinlərinin 82 faizi, kənd əhalisinin isə 63 faizi internetdən istifadə edir. MDB ölkələrində bu fərq nisbətən azdır – müvafiq olaraq 94 və 89 faiz.

Texnologiyaların əlçatanlığı qeyri-bərabərdir

BTİ-nin məlumatına əsasən, dünyada 10 yaşdan yuxarı əhalinin 84 faizi mobil telefona sahibdir. Lakin yüksəkgəlirli ölkələrdə bu göstərici 95 faizi ötdüyü halda, aşağı gəlirli ölkələrdə cəmi 57 faizdir.

Planet əhalisinin 97 faizi ən azı 3G mobil şəbəkəsinin əhatə dairəsində yaşasa da, daha müasir texnologiyalara çıxış imkanları qeyri-bərabər paylanıb. Belə ki, 5G şəbəkəsi dünya əhalisinin orta hesabla 59 faizi üçün əlçatandır. Yüksəkgəlirli ölkələrdə bu göstərici 86 faizə çatdığı halda, aşağı gəlirli ölkələrdə cəmi 4 faizdir.

MDB ölkələrində əhalinin 87 faizi 4G şəbəkəsindən, yalnız 10 faizi isə 5G texnologiyasından istifadə edir.

Mobil internetdən istifadə həcmləri də ölkələrin gəlir səviyyəsinə görə fərqlənir. Yüksəkgəlirli ölkələrdə mobil genişzolaqlı internet üzrə bir abunəçiyə düşən orta aylıq trafik həcmi 20 GB təşkil edir. Bu, aşağı gəlirli ölkələrdəki göstəricidən (3,4 GB) təxminən altı dəfə çoxdur.

Bununla yanaşı, rabitə xidmətlərinin qiyməti tədricən azalır. Mobil genişzolaqlı internet xidmətlərinin median qiyməti adambaşına düşən ümumi milli gəlir (ÜMG) 1,2 faizini, sabit genişzolaqlı internet xidmətlərinin qiyməti isə 2,3 faizini təşkil edir. MDB ölkələrində hər iki göstərici ÜMG-nin 0,9 faizinə bərabərdir.

Cari ildə dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr və kiçik ada inkişaf etməkdə olan dövlətlər ilk dəfə mobil genişzolaqlı internetin əlçatanlığı üzrə beynəlxalq hədəf göstəricisinə nail olublar. Bu ölkələrdə xidmətin qiyməti adambaşına düşən ÜMG-nin 2 faizini təşkil edib.

Lakin ən az inkişaf etmiş ölkələrdə bu xidmətin median qiyməti hələ də ÜMG-nin 6,1 faizinə bərabərdir. Eyni zamanda, dünya ölkələrinin 30 faizi nə mobil, nə də sabit genişzolaqlı internetin əlçatanlığı üzrə müəyyən edilmiş hədəflərə nail olub.

BTİ-nin araşdırmasında vurğulanıb ki, süni intellektin inkişafı ilə əlaqədar rəqəmsal infrastruktura çıxış və müvafiq bacarıqlara yiyələnmək getdikcə daha böyük əhəmiyyət kəsb edəcək. Texnoloji tərəqqinin üstünlüklərinin ölkələr və sosial qruplar arasında nə dərəcədə bərabər bölüşdürüləcəyi məhz bu amillərdən asılı olacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Şəhər və kəndlərində əhalinin internetdən istifadə göstəriciləri açıqlanıb

Şəhər və kəndlərində əhalinin internetdən istifadə göstəriciləri açıqlanıb

10-03-2025
Azərbaycanda internetdən istifadə edənlərin sayı artıb

Azərbaycanda internetdən istifadə edənlərin sayı artıb

22-09-2015
Yer kürəsinin hər ikinci sakini İnternetdən istifadə edəcək

Yer kürəsinin hər ikinci sakini İnternetdən istifadə edəcək

27-05-2015
İnternet istifadə etməyən gənclər hansı regionda yaşayır?-Hesabat

İnternet istifadə etməyən gənclər hansı regionda yaşayır?-Hesabat

23-11-2017
İnternetdən ən çox hansı yaş qrupu istifadə edir?

İnternetdən ən çox hansı yaş qrupu istifadə edir?

02-08-2017
Azərbaycan İKT reytinqində 9 pillə irəlidə

Azərbaycan İKT reytinqində 9 pillə irəlidə

01-12-2015
BMT: Dünyada 2,6 milyard insan hələ də internetə qoşulmayıb

BMT: Dünyada 2,6 milyard insan hələ də internetə qoşulmayıb

13-09-2023
Dünya əhalisinin yarısından çoxu internetdən istifadə edə bilmir

Dünya əhalisinin yarısından çoxu internetdən istifadə edə bilmir

22-09-2015
Azərbaycanda kişilər internetdən daha çox istifadə edir

Azərbaycanda kişilər internetdən daha çox istifadə edir

01-09-2016
Dünyada 3,9 milyard nəfərin interneti yoxdur

Dünyada 3,9 milyard nəfərin interneti yoxdur

20-09-2016
ABŞ-da 5 yaşa kimi əhalinin 80 faizi internet istifadəçisidir

ABŞ-da 5 yaşa kimi əhalinin 80 faizi internet istifadəçisidir

18-03-2011
Qazaxıstanda əhalinin yalnız 12,5 faizi İnternetə qoşulub

Qazaxıstanda əhalinin yalnız 12,5 faizi İnternetə qoşulub

30-10-2009
Dünyada internetin sürəti 14 faiz artıb

Dünyada internetin sürəti 14 faiz artıb

18-12-2015
70 faiz internet xidmətləri fiber-optik kabel üzərindən göstərilir

70 faiz internet xidmətləri fiber-optik kabel üzərindən göstərilir

07-03-2024
Uşaqların 72 faizi mobil qurğulardan istifadə edir

Uşaqların 72 faizi mobil qurğulardan istifadə edir

29-10-2013
Azərbaycan internet istifadəçiləri göstəricilərinə görə öndədir

Azərbaycan internet istifadəçiləri göstəricilərinə görə öndədir

22-10-2015
Azərbaycanda adambaşına düşən internet trafikinin həcmi artıb

Azərbaycanda adambaşına düşən internet trafikinin həcmi artıb

05-09-2019
İstifadəçilər İnternetə daha çox hansı vasitə ilə qoşulur?

İstifadəçilər İnternetə daha çox hansı vasitə ilə qoşulur?

16-07-2015
Azərbaycanda əhalinin 73%-i internetdən istifadə edir

Azərbaycanda əhalinin 73%-i internetdən istifadə edir

17-01-2015
Azərbaycanda internet istifadəçilərinin sayı 2,5 faiz artıb

Azərbaycanda internet istifadəçilərinin sayı 2,5 faiz artıb

26-04-2021
Yer Kürəsi əhalisinin üçdə biri internetə qoşulacaq

Yer Kürəsi əhalisinin üçdə biri internetə qoşulacaq

20-10-2010
 Beynəlxalq Qadınlar Günü qeyd edilir

Beynəlxalq Qadınlar Günü qeyd edilir

08-03-2018
Cisco: “Dünya İP trafikin həcmi 2019-cu ilədək iki dəfə artacaq”

Cisco: “Dünya İP trafikin həcmi 2019-cu ilədək iki dəfə artacaq”

04-06-2015
24 aprel - Beynəlxalq İKT-də Qızlar Günüdür

24 aprel - Beynəlxalq İKT-də Qızlar Günüdür

24-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə