Previous Next
Bağla

Dünyada hər 10 nəfərin 7-si smartfon sahibi olacaq

03-06-2015 17:31
Dünyada hər 10 nəfərin 7-si smartfon sahibi olacaq

İsveçin telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson” şirkəti “Mobility Report” hesabatının yeni redaksiyasını dərc edərək mobil məlumat ötürmə bazarındakı vəziyyəti təhlil edib və 100 operatordan alınan məlumatlar əsasında proqnozlar verib.

Xəbərlər-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hazırda dünyada smartfon istifadəçilərinin sayı 2,6 milyarda yaxındır. 2020-ci ilədək bu sayın 6,1 milyarda çataraq stasionar telefon rabitəsi abunəçilərinin sayını üstələməsi gözlənilir. Dünyada 6,1 milyard aktiv smartfonun nüfuzetmə səviyyəsi 70 faiz təşkil edəcək.

Mobil rabitə abunəçilərinin əksəriyyəti adi mobil telefon sahibi olaraq qalır, lakin bu vəziyyət sürətlə dəyişir və 2016-cı ilədək smartfon istifadəçilərinin sayının çoxalacağı proqnozlaşdırılır.

Sürətli artımın səbəblərindən biri ondan ibarətdir ki, Asiya-Sakit okean regionunda, Yaxın Şərq və Afrikada adi mobil telefon sahibləri smartfonlardan istifadəyə keçir, çünki ucuz smartfonların sayı durmadan artır.

“Ericsson” həmçinin proqnozlaşdırır ki, beş ildən sonra mobil şəbəkələrə qoşulanların ümumi sayı 9,2 milyardadək artacaq və onlar planetin insanların məskunlaşdığı ərazilərinin 90 faizini əhatə edəcək.

Həmçinin qeyd olunur ki, yaxın beş ildə mobil internet trafikinin həcmi doqquz dəfə artacaq. Həcmin artması əsasən istifadəçilərin smartfon və planşetlərdə onlayn baxmağa üstünlük verdikləri videokontent sayəsində mümkün olacaq. 2020-ci ildə mobil trafikin 60 faizinin videobaxışının payına düşəcəyi gözlənilir. 2014-cü ildə bu göstərici 45 faiz olub. Videotrafikin ortaillik artım tempi mütəxəssislər tərəfindən 55 faiz səviyyəsində qiymətləndirilir. Sosial şəbəkələrin trafiki ümumi trafikin 15 faizini təşkil edəcək. Bu rəqəmin 2020-ci ilədək dəyişməsi proqnozlaşdırılır.  

Hesabatda o da deyilir ki, 2015-ci ilin birinci rübündə mobil rabitə abunəçilərinin qlobal miqyasda sayı 108 milyon artıb. Daha çox artım (26 milyon abunəçi) Hindistanda qeydə alınıb. Afrikada və Çində mobil abunəçilərin sayının artması müvafiq olaraq 21 və 8 milyon təşkil edib.  

Analitiklərin proqnozuna görə, 2020-ci ilədək dünyada internetə qoşulan qurğuların sayı 26 milyarda bərabər olacaq. Bura smartfonlardan başqa “Əşyaların interneti”, “M2M” həlləri və s. daxildir.

Bildirilir ki, mobil məlumat ötürmə bazarının inkişafının stimulyatorlarından biri beş ildən sonra kommersiya istifadəsinə veriləcək “5G” texnologiyası olacaq. “Ericsson” “5G” şəbəkələrinin prototiplərini ABŞ-da və İsveçdə laboratoriya şəraitində və açıq havada sınaqdan keçirir. Hazırda nail olunan maksimal sürət 5Qbit/saniyə təşkil edir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Mobil internet şəbəkələrinə qoşulmaların sayı artıb

Mobil internet şəbəkələrinə qoşulmaların sayı artıb

08-09-2015
Cisco: “Dünya İP trafikin həcmi 2019-cu ilədək iki dəfə artacaq”

Cisco: “Dünya İP trafikin həcmi 2019-cu ilədək iki dəfə artacaq”

04-06-2015
Dünya əhalisinin yarısından çoxu internetdən istifadə edə bilmir

Dünya əhalisinin yarısından çoxu internetdən istifadə edə bilmir

22-09-2015
Rəqəmli televiziyaya qoşulan ev təsərrüfatlarının  sayı 1,65 milyarda çatacaq

Rəqəmli televiziyaya qoşulan ev təsərrüfatlarının sayı 1,65 milyarda çatacaq

27-05-2015
“LTE” abunəçilərinin sayı 1,4 milyard nəfərə çatacaq

“LTE” abunəçilərinin sayı 1,4 milyard nəfərə çatacaq

16-06-2015
Mobil qurğu istifadəçilərinin sayı 5,5 milyardı ötəcək

Mobil qurğu istifadəçilərinin sayı 5,5 milyardı ötəcək

20-07-2017
LTE abunəçilərinin sayı 1 milyarda çata bilər

LTE abunəçilərinin sayı 1 milyarda çata bilər

17-11-2015
2016-cı ildə smartfonların dünyada tədarükü 2 milyarda çatacaq

2016-cı ildə smartfonların dünyada tədarükü 2 milyarda çatacaq

02-06-2015
Ödənişli TV abunəçilərinin sayı 900 milyona çatıb

Ödənişli TV abunəçilərinin sayı 900 milyona çatıb

22-06-2015
Smartfon istifadəçilərinin sayı 58 faiz artacaq

Smartfon istifadəçilərinin sayı 58 faiz artacaq

23-12-2016
İnternetə qoşulan qurğuların sayı 8 milyardı ötüb

İnternetə qoşulan qurğuların sayı 8 milyardı ötüb

16-06-2016
Yer kürəsinin hər ikinci sakini İnternetdən istifadə edəcək

Yer kürəsinin hər ikinci sakini İnternetdən istifadə edəcək

27-05-2015
Daşınan elektronika mobil trafikin artımına təsir edəcək

Daşınan elektronika mobil trafikin artımına təsir edəcək

05-02-2015
Azərbaycanda mobil telefon istifadəçilərinin sayı artıb

Azərbaycanda mobil telefon istifadəçilərinin sayı artıb

28-07-2022
Smartfonlar vasitəsilə İnternet trafikin həcmi səkkiz dəfə artacaq

Smartfonlar vasitəsilə İnternet trafikin həcmi səkkiz dəfə artacaq

01-06-2015
Hər gün dünyada 2 milyon mobil telefon satılır

Hər gün dünyada 2 milyon mobil telefon satılır

17-07-2010
Azərbaycanda SMS və danışıq dəqiqələrinə təlabat kəskin azalıb

Azərbaycanda SMS və danışıq dəqiqələrinə təlabat kəskin azalıb

05-09-2025
Mobil telefon istifadəçilərinin sayı 5 milyard nəfərə çatıb

Mobil telefon istifadəçilərinin sayı 5 milyard nəfərə çatıb

26-07-2010
SİM kartların sayı Yer kürəsi əhalisinin sayına yaxınlaşıb

SİM kartların sayı Yer kürəsi əhalisinin sayına yaxınlaşıb

04-06-2015
Dünyada rominq abunəçilərinin sayı 900 milyona çatacaq

Dünyada rominq abunəçilərinin sayı 900 milyona çatacaq

28-01-2020
2020-ci ilədək onlayn ödənişlərin həcmi neçə faiz artacaq?

2020-ci ilədək onlayn ödənişlərin həcmi neçə faiz artacaq?

16-06-2015
4G şəbəkəsi abunəçilərinin sayı 1 milyardı ötüb

4G şəbəkəsi abunəçilərinin sayı 1 milyardı ötüb

11-03-2016
Bu il smartfonlar bazarında 7 faizlik artım proqnozlaşdırılır

Bu il smartfonlar bazarında 7 faizlik artım proqnozlaşdırılır

08-06-2016
Son 5 ildə Azərbaycanda mobil telefon abunəçilərinin sayı artıb

Son 5 ildə Azərbaycanda mobil telefon abunəçilərinin sayı artıb

26-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə