"INMerge” İnnovasiya Sammiti yeni təşəbbüslər və innovasiyalarla bağlı mühüm əhəmiyyət kəsb edən platformadır.
Xeberler.az məlumat verir ki, bunu “PAŞA Holdinq” MMC-nin baş icraçı direktoru Cəlal Qasımov təmsil etdiyi qurumun təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge” İnnovasiya Sammitinin 2-ci günündə bildirib.
"Hazırda şirkətlər üçün ən böyük risk yenilik etməməkdir. Bu gün texnologiyalar, istehlakçı ehtiyacları dəyişir. 5-10 il əvvəl rəqəmsal marketinqin ümumi marketinq büdcəsindəki payı xeyli aşağı idi. Amma hazırda bu göstərici artır. Odur ki, şirkətlər ilk növbədə yenilik etməməyin ən böyük risk olduğunu anlamalıdırlar", - o qeyd edib.
Holdinq rəsmisinin sözlərinə görə, hazırda şirkətlər dəyişiklikləri qəbul etməli, innovasiyalara, yeni təşəbbüslərə açıq olmalıdırlar: "Bu mənada "INMerge” İnnovasiya Sammiti və bunun kimi platformalar mühüm əhəmiyyət kəsb edir. Belə tədbirlərə müxtəlif ölkələrdən daha çox insanın iştirak etməsinə çalışırıq".
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri