Previous Next
Bağla

CES 2012 sərgisi işə başladı

11-01-2012 13:19
CES 2012 sərgisi işə başladı
ABŞ-ın Las-Veqas şəhərində dünyanın ən iri istehlak elektronikası sərgilərindən biri - Consumer Electronics Show (CES) 2012 öz işinə başlayıb.

Tədbirin təşkilatçısı qismində İstehlak Elektronikası Assosiasiyası (CEA) çıxış edir.

Dünyanın aparıcı yüksək texnologiyalar şirkətləri sərgidən ənənəvi olaraq kompüter və məişət texnikasının, eləcə də mobil elektronikanın daha maraqlı yeniliklərinin nümayişi üçün istifadə edirlər.

RİA Novosti-nin məlumatına görə, dünyanın 140 ölkəsinin 2700-dən çox şirkətinin iştirak etdiyi CES 2012-də müzakirə ediləcək başlıca mövzulardan biri mobil elektronika olmalıdır. Bir sıra şirkətlər sərgidə Android platformasının yeni versiyası Ice Cream Sandwich əsasında qurğular, dördnüvəli ARM prosessorlu planşetlər və LTE texnologiyasını dəstəkləyən smartfonlar təqdim etməyə hazırlaşırlar.

Bundan başqa, yüksək məhsuldarlığı ilə seçilən nazik və yüngül noutbukların – “ultrabuk” modellərinin nümayişi gözlənilir.

Mobil elektronika sektoruna əhəmiyyətli təsiri Microsoft korporasiyasının 2012-ci ilin sonunda bazara çıxarmağa hazırlaşdığı Windows 8 əməliyyat sistemi də göstərməlidir. Tədbirdə bu platformanın bazası əsasında işlən həm personal kompüterlər, həm də planşetlər nümayiş etdiriləcək.

Qeyd edək ki, CES 2012-də istehlak sektorunun maraqlı yeniliklərindən biri Samsung və LG şirkətlərinin istehsalı olan və tədricən kütləvi bazara çıxan iriformatlı OLED (orqanik işıq diodları) televizorlar olmalıdır.  

Bu il sərgidə rekord sayda avtomobil sənayesi şirkətləri, o cümlədən Audi, Chrysler, Ford, Daimler iştirak edir. Bu, avtomobillərə getdikcə daha çox elektron komponent və kommunikasiya vasitələrinin inteqrasiya etməsini əks etdirən əsas amillərdən biridir.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dünyanın istehlakçı elektronika sərgisinə start verildi

07-01-2010

BakuTel sərgisində Microsoft Windows 8 əməliyyat sistemi nümayiş olundu

07-11-2012

CES 2024 texnologiyalar sərgisinin əsas mövzusu süni intellekt olacaq

09-01-2024

CES 2012-də İLUV MoBeats akustikasını təqdim ediləcək

09-01-2012

Ağıllı geyim beynəlxalq sərginin əsas yeniliyi olacaq

15-12-2015

IFA 2019 Beynəlxalq istehlak elektronikası sərgisi keçirilir

09-09-2019

Las-Veqasda ilin ən böyük texnoloji sərgisi keçiriləcək

07-01-2025

CES 2012 sərgisində avtonom rejimdə 15 il işləyə bilən telefon nümayiş olundu

11-01-2012

Jestlərlə idarə olunan televizorlar təqdim olunub

12-01-2009

CES-2009: Asus S121-in anonsu baş tutdu

12-01-2009

Vərəq-televizorlar erası başlayır

03-09-2010

LG dünyanın ən böyük OLED panelini yaradıb

20-11-2015

NASA 2012-ci ildə “qiyamətin baş verəcəyini” iddia edənlərə qarşı kampaniyaya başlayıb

10-11-2009

Ən nazik pleyer hazırlanır

02-01-2010

2012-ci ilədək dünya əhalisinin 30% internetdən istifadə edəcək

23-07-2008

Bu ilin texnoloji trendləri müəyyən olunub

14-01-2016

“Microsoft”un sonuncu şansı

13-10-2010

“Microsoft” Azərbaycandakı fəaliyyətinə dair hesabat təqdim edib

25-12-2010

İl ərzində dünya üzrə planşetlərin satış həcmi 36,7 faiz artıb

12-11-2013

Windows 8: 2012-ci ildə işıq üzü görə bilər

24-01-2011

ASUS, Android əsasında Eee telefonu istehsal edəcək

10-01-2009

GSMA Mobile World Congress-də “Azercell” də iştirak edir

18-02-2009

Samsung 9 yeni noutbuk təqdim edəcək

29-12-2015

Yaponlar 4G-yə keçdi

28-12-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə