LG dünyanın ən böyük OLED panelini yaradıb

20-11-2015 / 21:39

Cənubi Koreyanın LG Electronics şirkəti orqanik işıq diodları (OLED) texnologiyası əsasında hazırlanmış ən böyük ekranların yaradılması haqda məlumat verib. İki nəhəng panel Seuldan 70 km məsafədə yerləşən beynəlxalq İnçhon aeroportunda quraşdırılıb.
 
Xeberler.az-ın xarici mıətbuata istinadən məlumatına görə, hər bir panel 55 düym diaqonala malik 140 ədəd bükük OLED ekrandan ibarətdir. Beləliklə, panelin hündürlüyü 13 metr, eni isə 8 metr təşkil edir.
 
OLED texnologiyası ilə hazırlanmış ekranlara işıqlandırıcı lazım deyil, çünki orqanik işıq diodları işıq saçır. LG şirkətinin nümayəndəsi bildirib ki, buna görə panellərin çəkisi nisbətən yüngül olub.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə