Previous Next
Bağla

Las-Veqasda ilin ən böyük texnoloji sərgisi keçiriləcək

07-01-2025 08:33
Las-Veqasda ilin ən böyük texnoloji sərgisi keçiriləcək

2025-ci il yanvarın 7-dən 10-dək Las-Veqasda ilin ən böyük “CES 2025” texnologiya sərgisi keçiriləcək.

Xeberler.az məlumat verir ki, “CES 2025” sərgisində 160-dan çox ölkədən qonaqlar iştirak edəcək. Keçən il sərgiyə 138 mindən çox ziyarətçi və 4300-dən çox iştirakçı cəlb edilib. Hazırki sərgidə daha çox iştirakçı gözlənilir ki, bu da innovasiyalara və texnoloji irəliləyişlərə artan maraqdan xəbər verir.

“CES 2025”in əsas istiqamətləri süni intellekt, robototexnika, daşınan qurğular, rəqəmsal səhiyyə, nəqliyyat texnologiyaları, kibertəhlükəsizlik, eləcə də gözəllik və moda sahəsində texnologiyalardır. Aparıcı şirkətlərin milyonlarla insanın gündəlik həyatını dəyişdirə biləcək ən son məhsullarını təqdim etmələri gözlənilir.

Məsələn “NVIDIA” şirkəti “GeForce RTX 5000” seriyalı yeni nəsil qrafik kartları, həmçinin süni intellekt və robototexnika sahəsində nailiyyətlər də daxil olmaqla, ən son məhsul və texnologiyalarının bir sıra təqdimatlarını planlaşdırır.

“Intel” həmçinin “CES 2025” sərgisində öz çıxışını bəyan edib. Şirkətin “Arrow Lake” ailəsindən olan yeni prosessorlarını və “Core Ultra” çipləri bazasında hazırlanan cihazları təqdim edəcəyi gözlənilir.

İstehlak Texnologiyaları Assosiasiyasının (CTA) prezidenti və baş icraçı direktoru Hari Şapironun sözlərinə görə, sərgidə innovasiyaların gələcəyini formalaşdıran tendensiyaları müzakirə edən 300-dən çox konfrans sessiyası keçiriləcək. “CES 2025” gələcək illər üçün texnologiya gündəmini müəyyən etmək üçün bir platforma olacaq.

“CES” sərgisi ənənəvi olaraq dünyanın aparıcı brendlərinin öz nailiyyətlərini nümayiş etdirdiyi, yeni tərəfdaşlıqlar qurduğu və fikir mübadiləsi apardığı, texnologiyaları inkişaf etdirdiyi və bütün dünyada həyat keyfiyyətinin yaxşılaşdığı məkandır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
CES 2024 texnologiyalar sərgisinin əsas mövzusu süni intellekt olacaq

CES 2024 texnologiyalar sərgisinin əsas mövzusu süni intellekt olacaq

09-01-2024
Uber istifadəçilərini simsiz internetlə təmin edəcək

Uber istifadəçilərini simsiz internetlə təmin edəcək

02-01-2016
Bu ilin  texnoloji trendləri müəyyən olunub

Bu ilin texnoloji trendləri müəyyən olunub

14-01-2016
CES 2012 sərgisi işə başladı

CES 2012 sərgisi işə başladı

11-01-2012
Dünyanın istehlakçı elektronika sərgisinə start verildi

Dünyanın istehlakçı elektronika sərgisinə start verildi

07-01-2010
Ən nazik pleyer hazırlanır

Ən nazik pleyer hazırlanır

02-01-2010
Selfie-ni sevənlər üçün yeni cihaz yaradıldı

Selfie-ni sevənlər üçün yeni cihaz yaradıldı

06-01-2016
Symwave USB 3.0-ə uyğun yığıcı təqdim edəcək

Symwave USB 3.0-ə uyğun yığıcı təqdim edəcək

06-01-2009
LG şirkəti yeni məhsullarını təqdim edəcək

LG şirkəti yeni məhsullarını təqdim edəcək

30-12-2016
 Samsung  9 yeni  noutbuk təqdim edəcək

Samsung 9 yeni noutbuk təqdim edəcək

29-12-2015
CES-2009: Asus S121-in anonsu baş tutdu

CES-2009: Asus S121-in anonsu baş tutdu

12-01-2009
Ağıllı geyim beynəlxalq sərginin əsas yeniliyi olacaq

Ağıllı geyim beynəlxalq sərginin əsas yeniliyi olacaq

15-12-2015
"Samsung" "Blu-ray" pleyeri üzərində işləyir

"Samsung" "Blu-ray" pleyeri üzərində işləyir

30-12-2010
Azərbaycan Yüksək Texnologiyalar sərgisində təmsil olunacaq

Azərbaycan Yüksək Texnologiyalar sərgisində təmsil olunacaq

23-08-2019
İranın informasiya və kommunikasiya texnologiyaları naziri Bakıya gəlir

İranın informasiya və kommunikasiya texnologiyaları naziri Bakıya gəlir

04-11-2019
Azərbaycan texnologiya sərgisində iştirak edəcək

Azərbaycan texnologiya sərgisində iştirak edəcək

08-06-2015
Robot sosial mediadakı paylaşımları təhlil edəcək

Robot sosial mediadakı paylaşımları təhlil edəcək

07-01-2016
“Azərkosmos” Keyptaunda beynəlxalq telekommunikasiya sərgisində təmsil olunacaq

“Azərkosmos” Keyptaunda beynəlxalq telekommunikasiya sərgisində təmsil olunacaq

17-10-2023
Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025
Sony-dən portativ kompüter

Sony-dən portativ kompüter

23-12-2008
Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi keçiriləcək

Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi keçiriləcək

18-09-2023
CES 2012-də İLUV MoBeats akustikasını təqdim ediləcək

CES 2012-də İLUV MoBeats akustikasını təqdim ediləcək

09-01-2012
CIDC-2025 tədbirinin rəsmiləri kibertəhlükəsizlik sərgisi ilə tanış olublar

CIDC-2025 tədbirinin rəsmiləri kibertəhlükəsizlik sərgisi ilə tanış olublar

11-10-2025
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi səfər qrantları üçün qəbul elan edir

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi səfər qrantları üçün qəbul elan edir

09-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə