Xeberler.az bildirir ki, 6-11 sentyabr 2019-cu il tarixlərində Almaniyanın Berlin şəhərində “IFA 2019” 59-cu Beynəlxalq istehlak elektronikası sərgisi keçirilir.
1924-cü ildən etibarən keçirilən “IFA 2019” Almaniyanın ən qədim sənaye sərgilərindən olmaqla yanaşı, dünyanın ən məşhur ticarət şoularından biri hesab olunur. Sərgi peşəkar auditoriya üçün geniş xidmətlər spektri təklif edir və elektronika istifadəçiləri üçün bir çox proqramlar və tədbirlər təşkil edir.
Sərginin əsas istiqamətlərinə telekommunikasiyalar, informasiya texnologiyaları, əlaqə, elektronika və elektroenergetika və s. daxildir. Sərgidə dünyanın nəhəng şirkətləri ən son texnoloji yeniliklərini təqdim ediblər.
Bu il “IFA 2019” da “Samsung” şirkətinin əsas mövzusu məişət texnikası olub. Müxtəlif rəngli modulyar soyuducusu, geyim üçün ağıllı quruducu və eyni zamanda bir neçə yerdə ola bilən çərçivəsiz televizorlar təqdim olunub. Sərgidə, həmçinin A-seriyanın yeni lideri Galaxy A90 5G və düzəldilmiş və əlavə edilmiş Galaxy Fold böyük marağa səbəb olub.
“Huawei” şirkəti “IFA 2019” sərgisi çərçivəsində rəsmi olaraq öz yeni flaqman platforması olan birkristallı Kirin 990 5G-ni təqdim edib. Yeniliyin əsas xüsusiyyəti inteqrasiya edilmiş 5G-modemdir. Şirkət yeni simsiz FreeBuds 3 qarniturunu, “Honor” brendi isə, Vision televizorunu nümayiş etdirib.
“HMD Global” şirkəti sərgidə bir neçə yeni telefon modeli təqdim edib. Onlar arasında Android One (Android 9 Pie) platforması əsasında işləyən Nokia 6.2 və Nokia 7.2 xüsusi maraq kəsb edib. Onlar bir-birindən yalnız istifadə olunan birkristallı sistem, yaddaş və kamera konfiqurasiyaları ilə fərqlənirlər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri