Previous Next
Bağla

Code Academy-nin məzunları sertifikatla təltif olunub- Fotolar

23-05-2016 13:41
Code Academy-nin məzunları sertifikatla təltif olunub- Fotolar

Məlumat verdiyimiz kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkında və Baku Business Factory-də fəaliyyət göstərən təhsil yönümlü Code Academy layihəsinin dördüncü proqramı davam etdirilir.

Xeberler.az-ın məlumatına görə, yanvarın 18-də başlayan  üçüncü proqram çərçivəsində Code Academy-də  proqramçı olmaq istəyənlərə 12 həftə ərzində master-klaslar keçirilib.

12 həftəlik proqram müddətində tələbələr başlanğıc və ya junior səviyyədə olmasından asılı olmayaraq Code Academy-nin hər növ texniki və profesional təcrübə dəstəyi ilə qısa müddət ərzində özlərini inkişaf etdirə biliblər.

Bu müddət ərzində veb proqramlaşdırma sahəsində tamamilə başlanğıc səviyyədə olan insanlardan veb developer olaraq yetişdirilib.

Uğurlu yekundan sonra, Code Academy tərəfindən dünən Akademiyanın 3-cü buraxılışı üzrə məzun tələbələri üçün Xızı rayonuna səyahət təşkil edilib.

Akademiyanın müəllim və tələbələri ilə təşkil edilən qeyri-rəsmi gəzinti maraqlı məqamlar ilə yada qalıb.

Qeyd edək ki, səhayət tələbələrin Akademiyadan məzun olmaları münasibəti ilə təşkil edilib. Həmçinin, Xızıda tələbələrə Akademiyanı uğurla başa vurduqlarına görə Code Academy mütəxəssisləri tərəfindən sertifikatlar təqdim edilib.

Söhbətimiz əsnasında Yüksək Texnologiyalar Parkının şöbə müdiri Ülvi Aslanov bildirib ki, Akademiyaya 3-cü buraxılış proqramı üzrə 200-ə yaxın müraciət olunub.

Onlar arasından 40 nəfər gənc Code Academy-də tələbə olmaq şansı qazanıb.

Code Academy -nin baş müəllimi Samir Kərimovun sözlərinə görə, Akademiyanın 3-cü buraxılış proqramı çərçivəsində dərslərdə davamlı iştirak edib, laboratorya işlərini, yekun layihənin təqdim olunmasını yerinə yetirən 25 tələbə Code Academy-nin sertifikatını qazanıb.

Code Academy-nin müəllimi Eldar Ələsgərov əlavə edib ki, digər tələbələr də yekun layihələrini təqdim etdikdən sonra sertifikat ilə təltif olunacaqlar.

Xızıda gənc proqramçılarımızla söhbət zamanı onlar bildirib ki, Code Academy-də dərslərə başlayanda proqramlaşdırma ilə bağlı demək olar ki, bilik və təcrübələri olmayıb. Məzunlar deyir ki, bu sahə ilə bağlı bilik və təcrübələri Akademiyada öyrəniblər. Yəni, bir növ Akademiya onlara bu sahəni sıfırdan tədris edə bilib.

Öyrənirik ki, artıq məzunlara həm özəl, həm də dövlət qurumlarında işləmək və müxtəlif layihələrdə çalışmaq təklifi gəlir.

Ülvi Aslanov Code Academy-nin uğurlu layihələrinin davamlı olacağını, 27 iyun tarixindən etibarən isə 5-ci proqrama başlanılacağını qeyd edib.

Onun sözlərin görə, Code Academy ailəsin üzvü olaraq proqramlaşdırma sahəsində intensiv tədrislə real nəticələr əldə etmək istəyənlər bu proqrama müraciət edə bilər.

Qeyd edək ki, Code Acadmey-nin dərsləri Yüksək Texnologiyalar Parkında, laboratoriya işləri isə Baku Business Factory-də aparılır.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Tələbələrə Code Academy  barədə məlumat verilib

Tələbələrə Code Academy barədə məlumat verilib

26-05-2016
Code Academy məzunları PRONET şirkətində işləmək şansı qazanacaq

Code Academy məzunları PRONET şirkətində işləmək şansı qazanacaq

01-07-2016
Code Academy-də ilk dərslər iyunun 29-da başlayacaq

Code Academy-də ilk dərslər iyunun 29-da başlayacaq

24-06-2015
BBF Code Academy ilə əməkdaşlığa başlayıb

BBF Code Academy ilə əməkdaşlığa başlayıb

21-04-2016
“Code Academy” layihəsini bitirən tələbələrin “Məzun günü” keçirilib

“Code Academy” layihəsini bitirən tələbələrin “Məzun günü” keçirilib

04-11-2024
Code Academy AzTU tələbələrinə diplomlar təqdim edib

Code Academy AzTU tələbələrinə diplomlar təqdim edib

04-07-2023
Code Academy proqramçı hazırlamağa davam edir- Güzəştli şərtlərlə

Code Academy proqramçı hazırlamağa davam edir- Güzəştli şərtlərlə

08-01-2016
Code Academy proqramçılar hazırlayacaq

Code Academy proqramçılar hazırlayacaq

21-09-2015
NRYTN-nin elan etdiyi təqaüd proqramına qoşulan təhsil müəssisələrinin sayı artıb

NRYTN-nin elan etdiyi təqaüd proqramına qoşulan təhsil müəssisələrinin sayı artıb

29-09-2021
Code Academy Texno Parkın layihəsi olub, yoxsa müstəqil olub?

Code Academy Texno Parkın layihəsi olub, yoxsa müstəqil olub?

24-01-2017
Yüksək Texnologiyalar Parkı yeni layihəyə başlayır

Yüksək Texnologiyalar Parkı yeni layihəyə başlayır

11-06-2015
Bakı Dövlət Universitetində “Code8 Hackathon” keçirilib

Bakı Dövlət Universitetində “Code8 Hackathon” keçirilib

03-07-2025
Codecademy 30 milyon dollar yatırım aldı

Codecademy 30 milyon dollar yatırım aldı

13-07-2016
Biznes İnkubasiya Mərkəzinə 190 müraciət olub

Biznes İnkubasiya Mərkəzinə 190 müraciət olub

28-01-2016
Proqramçılar yetişdirən Code Academy-dən reportaj

Proqramçılar yetişdirən Code Academy-dən reportaj

28-09-2015
İKT üzrə yay düşərgəsinə ilkin seçimlər başa çatdı

İKT üzrə yay düşərgəsinə ilkin seçimlər başa çatdı

04-09-2018
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

30-01-2026
PİCampus-da rezident olmaq üçün 62 müraciət olub

PİCampus-da rezident olmaq üçün 62 müraciət olub

23-10-2015
İnnovasiya ekosistemi oyunçularının akkreditasiyası proqramına başa çatıb

İnnovasiya ekosistemi oyunçularının akkreditasiyası proqramına başa çatıb

10-10-2025
İT mütəxəssis olmaq istəyənlərə şad xəbər

İT mütəxəssis olmaq istəyənlərə şad xəbər

31-10-2022
Yeni oyun uşaqlara kod yazmağı öyrədir

Yeni oyun uşaqlara kod yazmağı öyrədir

17-11-2015
“Peerstack Academy” 3-cü mərhələ üzrə  qəbul elan edir

“Peerstack Academy” 3-cü mərhələ üzrə qəbul elan edir

08-10-2025
Mingəçevir YT Parkının tikintisi yaxın müddətdə başa çatdırılacaq

Mingəçevir YT Parkının tikintisi yaxın müddətdə başa çatdırılacaq

28-10-2015
Ekspert: İT üzrə mütəxəssis hazırlığı ilə kimlər məşğuldur?

Ekspert: İT üzrə mütəxəssis hazırlığı ilə kimlər məşğuldur?

12-10-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə