COP29-a hazırlıq çərçivəsində “Google” yerli tərtibatçılar üçün təlim proqramı təqdim edir

11-10-2024 / 08:51

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a hazırlıq çərçivəsində “Google”, Mərkəzi Asiya və Qafqaz regionlarından yerli developerlərə təlim keçmək məqsədi daşıyan “Build with AI for Sustainability” proqramını həyata keçirir.

Xeberler.az məlumat verir ki, bu barədə Bakıda keçirilən “INMerge İnnovasiya Sammiti”ndə “Google” şirkətinin Mərkəzi Asiya və Qafqazda dövlət orqanları ilə əlaqələr üzrə rəhbəri Olqa Skoroxodova bildirib.

“Bir aydan sonra Bakıda keçiriləcək COP29-a hazırlıq çərçivəsində yerli hökumətlərlə əməkdaşlıq çərçivəsində biz hazırda “Build with AI for Sustainability” adlı proqramı həyata keçiririk. Onun məqsədi Mərkəzi Asiya və Qafqazdan olan yerli developerlərə “Google”un məlumatların mühafizəsi sistemi – “Gemini” imkanlarından istifadə etməklə öz bazarları üçün spesifik həllərin hazırlanması yollarını öyrətməkdir. Bu, dayanıqlı inkişaf sahəsində konkret problemlərin dövlət-özəl tərəfdaşlıq vasitəsilə necə effektiv şəkildə həll oluna biləcəyinə dair təkcə bir misaldır”, - deyə Skoroxodova bildirib.

Ekoloji istiqamətdə yerli startapların mühüm rolunu qeyd edən “Google”nin nümayəndəsi məlumatların qorunmasının ölkələrin qarşısında duran əsas vəzifələrdən biri olduğunu vurğulayıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə