Previous Next
Bağla

COP29 Azərbaycan Əməliyyat Şirkəti “AzStateNet” dövlət şəbəkəsinə qoşulub

02-11-2024 13:28
COP29 Azərbaycan Əməliyyat Şirkəti “AzStateNet” dövlət şəbəkəsinə qoşulub

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar COP29 Azərbaycan Əməliyyat Şirkəti ilə yanaşı bir sıra dövlət qurumları, o cümlədən Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin üzərinə mühüm vəzifə və öhdəliklər düşür. Bununla bağlı işlərin əlaqələndirilmiş formada həyata keçirilməsini təmin etmək məqsədilə xidmətdə aidiyyəti qurumların nümayəndələrindən ibarət geniş tərkibli işçi qrupu yaradılıb. Hazırda işçi qrupu tərəfindən hazırlanmış tədbirlər planı üzrə işlər uğurla həyata keçirilir.

Xeberler.az məlumat verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) bildirilib.

Məlumata əsasən, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən COP29 Azərbaycan Əməliyyat Şirkətinin Ağ Şəhər ərazisində yerləşən ofisinə etibarlı və dayanıqlı, genişzolaqlı internet xidmətlərinin təşkili üçün iki fərqli istiqamətdən fiber-optik kabel xətləri çəkilib və həmin mərkəzin “AzStateNet” dövlət şəbəkəsinə qoşulması təmin edilib.

“Mərkəzin digər əlaqəli sahələri və tədbirin keçirildiyi zonalar da fəaliyyət müddəti ərzində, etibarlı və dayanıqlı, habelə təhlükəsizlik parametrləri üzrə monitorinq olunan “AzStateNet” internet şəbəkəsi ilə təmin olunub. COP29 Azərbaycan Əməliyyat Şirkətinin mütəxəssisləri, ekspertləri ilə qarşılıqlı müzakirələrə və razılaşmalara əsasən, tədbirin keçiriləcəyi məkanda quraşdırılmış avadanlıqların və xidmətlərin həm tədbirdən əvvəl, həm də tədbir müddətində daxildən və xaricdən edilə biləcək kiberhücumlardan qorunması məqsədilə birgə tədbirlər görülür”, - deyə XRİTDX-dən bildirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

COP29 trafikinin kiberhücumlara qarşı mütəmadi monitorinqi təşkil edilib

02-11-2024

Naxçıvanda 16 dövlət qurumu “AzStateNet” şəbəkəsinə qoşulub

07-08-2023

COP29-da ən çox kiberhücum olan saytların adları açıqlanıb

27-11-2024

Ötən ay COP29-la bağlı 11 saxta informasiya resursu bloklanıb

02-11-2024

“Azstatenet” şəbəkəsi 550 km-ə yaxın genişləndirilib

05-02-2024

Xankəndi və Qarabağın yeni azad edilən ərazilərində xüsusi təyinatlı rabitə şəbəkəsi fəaliyyətə başlayıb

02-10-2023

15 dövlət qurumu Qarabağ və Şərqi Zəngəzurda “AzStateNet” şəbəkəsinə qoşulub

11-08-2023

“AzstateNet” dövlət şəbəkəsində bu ilin 3 rübü ərzində 709 milyondan çox zərərli keçid bloklanıb

18-10-2023

Avqust ayında 30 milyondan çox zərərli keçid qeydə alınıb

03-09-2025

İnformasiya Təhlükəsizliyi üzrə Komissiyanın internet informasiya ehtiyatı istifadəyə verilib

30-01-2025

Dövlət qurumları üçün yaradılmış poçt xidmətlərinin 2 milyondan çoxu zərərli tərkibli olub

20-02-2025

XRİTDX: Fasilə "AzStateNet" şəbəkəsinə və gov.az domenlərinə təsir etməyib

18-11-2025

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin peşə bayramı qeyd edilib

24-08-2024

Dövlət Xidməti: “COP29” ilə bağlı saxta səhifələrin sayı artıb

26-08-2024

Bu il Dövlət Xidməti 1 milyondan çox zərərli elektron poçtu bloklayıb

11-08-2025

ASAN: “COP29 Xüsusi Viza”sını elektron formada almaq olar

31-10-2024

Naxçıvanın 3 dövlət qurumunun elektron informasiya resursları “AzStateNet”ə köçürülüb

13-06-2023

Azərbaycanda dövlət qurumları üçün "wetransfer"ə alternativ resurs yaradılıb

07-02-2023

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb

21-07-2025

Naxçıvanda bir sıra qurumlar Data, İnternet və “Voice” şəbəkələrinə qoşulub

06-02-2023

Ekspert: COP29 zamanı kiber hücumlar artacaqmı?

02-11-2024

Naxçıvanın daha bir dövlət qurumu “GOV.AZ” zonasına köçürülüb

17-02-2023

COP29-da iştirak edəcək yerli media qurumlarının radioelektron vasitələrinin testinə başlanıb

07-11-2024

Yeni proqram təminatı İnformasiya sızmasının qarşısının alacaq

14-02-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə