Previous Next
Bağla

"COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” adlı tədbir keçirilib

11-11-2024 13:59
"COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” adlı tədbir keçirilib

COP29-un Yaşıl Zonasının açılış günündə dayanıqlılıq mövzusuna həsr olunmuş tədbir baş tutub. Tədbirdə COP29-un iqlim fəaliyyəti üzrə təşəbbüsləri müzakirə edilib.

Xeberler.az məlumat verir ki, COP29 Sədrliyi tərəfindən təşkil olunmuş panel sessiya “Xalis sıfır karbon emissiyası istiqamətində: COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” mövzusuna həsr olunub.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf, iqlim dəyişmələri və yaşıl maliyyələşmə üzrə beynəlxalq təcrübəli COP29-un dayanıqlılıq üzrə məsləhətçisi Marina Olşanskaya, “Təmiz Şəhər” ASC-nin İdarə Heyəti sədrinin müavini Sabit Zeyniyev, elektrik və elektron istehsal sənayesində zəngin iş təcrübəsinə malik mütəxəssis Rüstəm Qasımov, Yeni Zelandiyadan olan xeyriyyəçi və sahibkar Deyv Rozun iştirak etdiyi müzakirə sessiyasında tullantıların düzgün idarə edilməsi, bərpaolunan enerji həlləri, ekoloji cəhətdən təmiz texnologiyalar, istixana effekti yaradan qaz (İXQ) emissiyalarının azaldılması kimi mühüm mövzulardan danışıblar.

Tədbir COP29-u daha dayanıqlı şəkildə keçirmək məqsədi daşıyan təşəbbüsləri müzakirə etmək məqsədilə Azərbaycan və dünyanın hər yerindən dayanıqlılıq sahəsində əsas maraqlı tərəfləri və tərəfdaşları bir araya gətirib. Sessiyada COP29-un müxtəlif dayanıqlılıq tədbirlərinə, o cümlədən tullantıların idarə edilməsi, bərpaolunan enerji həlləri, ekoloji cəhətdən təmiz mobillik, istixana qazı (İXQ) emissiyalarının idarə edilməsi və xalis sıfır karbon emissiyasına nail olmaq səyləri müzakirə olunub.

Sessiyada dayanıqlılıq təşəbbüslərinin ərsəyə gətirilməsi və tətbiqi istiqamətindəki ortaq səylər barədə məlumat verilib. Həmçinin COP29-un daha yaşıl və resurslardan səmərəli şəkildə istifadə edən tədbir kimi həyata keçməsinə necə dəstək vermələri barədə məlumatlandırılıblar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell COP29-un telekommunikasiya tərəfdaşıdır

04-11-2024

COP29 çərçivəsində beynəlxalq mülki aviasiya ilə bağlı tədbir keçirilib

12-11-2024

COP29 çərçivəsində Yaşıl Zonadakı tədbirlərin açılışı olub

11-11-2024

“Azerconnect Group”un dəstəyi ilə “Süni intellekt və innovasiyalar” mövzusunda tədbir keçirilib

03-10-2024

COP29-un prezidenti: Rəqəmsal texnologiyalardan istifadə emissiyaların təsirlərini azaldır

16-11-2024

COP29-un media tərəfdaşları açıqlanıb

09-11-2024

COP29 ərəfəsində dayanıqlı maliyyə sahəsində bazara bir çox yeniliklər gələ bilər

31-01-2024

COP29-da “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı" elan ediləcək

14-11-2024

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib

24-08-2024

Bu gün Bakıda COP29 işə başlayır

11-11-2024

COP29-dan sonra ölkələr və təşkilatlar “yaşıl rəqəmsal aktivliyə” geniş yer ayırır

27-11-2024

“Azercell” COP29-un telekommunikasiya tərəfdaşıdır

01-11-2024

"Qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrindən istifadə" yan tədbiri təşkil olunub

15-11-2024

COP29-da iştirak etmək üçün 3 minə yaxın jurnalist qeydiyyatdan keçib

21-10-2024

“Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı beynəlxalq tədbir keçirilir

04-09-2024

COP29 Azərbaycan Əməliyyat Şirkəti “Cisco” şirkətinin mükafatına layiq görülüb

13-02-2025

Gənclərin iqlim texnologiyaları sahəsində startapları təqdim edilib

16-11-2024

“Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” tədbirində nələr müzakirə ediləcək?

18-11-2024

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə” adlı dəyirmi masa keçiriləcək

28-10-2024

COP29 çərçivəsində dayanıqlı inkişaf liderlərinin görüşü keçiriləcək

11-11-2024

COP29 konfransının proqramı açıqlanıb

09-11-2024

COP29-da iştirak üçün akkreditasiya portalı istifadəyə verilib

02-07-2024

Yaşıl Rəqəmsal Fəaliyyətin yüksəksəviyyəli açılış sessiyası keçirilib

14-11-2024

Emin Əmrullayev: Yaşıl ixtisasların inkişafı bizim prioritetdir

12-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə