Previous Next
Bağla

"Qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrindən istifadə" yan tədbiri təşkil olunub

15-11-2024 17:29
"Qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrindən istifadə" yan tədbiri təşkil olunub

COP29 çərçivəsində "Qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrindən istifadə" yan tədbiri təşkil olunub.

Xeberler.az bildirir ki, tədbir qlobal poçt sisteminin tənzimləyici və iştirakçıları sayılan Ümumdünya Poçt İttifaqı (ÜPİ), Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının Texnologiya və Logistika Şöbəsi, Beynəlxalq Mülki Aviasiya Təşkilatının COP üzrə nümayəndəliyi, Beynəlxalq Dəniz Təşkilatının İqlim Fəaliyyəti və Təmiz Hava şöbəsi, Dünya Bankının Nəqliyyat üzrə direktorluğu, eləcə də Azərbaycan Respublikasının yeganə milli poçt operatoru “Azərpoçt” MMC-nin iştirakı ilə keçirilib.

“Poçt işində İqlim Dəyər Zənciri: Yükdaşımaya qlobal diqqət” mövzulu tədbirdə əsasən yükdaşımanın iqlimə təsiri, yük emissiyalarının idarə olunması, iqlimin dəstəklənməsi vasitələri müzakirə olunub.

Qeyd edilib ki, son illər qlobal istixana qaz emissiyalarının 10%-i poçt yükdaşımalarının payına düşür. ÜPİ şəbəkəsi vasitəsilə göndərilən kiçik həcmli elektron ticarətin üçdə ikisi, eləcə də elektron ticarətə sürətlə artan tələbat bu emissiya prosesini sürətləndirən əsas amillərdən sayılır.

Bu emissiyaları azaltmaq üçün poçt təşkilatları birgə yeni strategiyalar hazırlanmasının və əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Bunun üçün qeyd olunub ki, ilk növbədə müxtəlif nəqliyyat modellərinin istifadəsi, yenilənmiş çeşidləmə mərkəzləri, inteqrasiya olunmuş poçt şəbəkələrinin birgə fəaliyyəti kimi təkliflər müzakirə olunmalıdır.  

Yekunda isə müsbət nəticəyə gəlmək və iqlim şərtlərinin dəstəklənməsi üçün poçt ekosistemində məlumatlılığın artırılması, texnoloji və əməliyyat innovasiyalarının tətbiqi, investisiya təşəbbüsləri, təcrübələrin mübadiləsi tədbir işitrakçıları tərəfindən vacib vasitələr kimi müəyyən edilib.

Tədbirdə çıxış edən “Azərpoçt” MMC-nin İdarə heyətinin sədr vəzifələrinin icraedicisi İsi Mustafayev qeyd edib ki, qurum bugünə qədər karbon emissiyalarının və yanacaq sərfiyyatının azaldılması məqsədilə poçt marşrutlarının optimallaşdırılmasını həyata keçirmiş, çeşidləmə mərkəzində kağız istehlakının azaldılması üçün isə rəqəmsal həllər tətbiq etmişdir.

Tədbirdə həmçinin “Azərpoçt” MMC tərəfindən COP 29-a həsr olunmuş və COP 29-un missiyasına sadiq qalaraq yüz faiz təkrar emal olunmuş kağızdan hazırlanmış COP29 markası da tədbir iştirakçıları tərəfindən möhürlənib. Bununla da “Azərpoçt” MMC tədbirə həm əməli, həm də simvolik olaraq öz töhfəsini verə bildi.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azərpoçt” COP 29 çərçivəsində keçiriləcək tədbirdə iştirak edəcək

13-11-2024

"COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” adlı tədbir keçirilib

11-11-2024

"Azərpoçt": Poçt xidməti iqlim dəyişikliyi riskləri ilə daha çox üzləşir

15-11-2024

“Qadınlar və gənclərin yaşıl bacarıqlarının artırılması" tədbiri başa çatıb

21-11-2024

“Azərpoçt” təkrar emallardan marka buraxan ilk poçt təşkilatı olub

12-11-2024

“Gənclərin rəqəmsal iqlim inqilabında iştirakının dəstəklənməsi” adlı tədbir keçirilib

16-11-2024

Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammitində ekoloji dayanıqlılıq diqqət mərkəzindədir

12-06-2024

COP29 çərçivəsində beynəlxalq mülki aviasiya ilə bağlı tədbir keçirilib

12-11-2024

ABB COP29-un əsas bank tərəfdaşıdır!

29-10-2024

Azərbaycanın aparıcı mobil operatoru İqlim Fəaliyyətinə qoşulub

13-12-2023

COP29-da rəqəmsallaşma və nəqliyyat: tematik günlər, təşəbbüslər, gözləntilər

14-11-2024

COP29-dan sonra ölkələr və təşkilatlar “yaşıl rəqəmsal aktivliyə” geniş yer ayırır

27-11-2024

“Azerconnect" karbon emissiyalarının azaldılması ilə bağlı tədbirdə iştirak edib

07-10-2024

Azercell COP29-un telekommunikasiya tərəfdaşıdır

04-11-2024

“Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” tədbirində nələr müzakirə ediləcək?

18-11-2024

RİNN COP29 çərçivəsində keçirəcəyi tədbirləri açıqlayıb

04-11-2024

Azərpoçt MMC-nin beynəlxalq ödəniş kartları Türkiyədə dəstəklənəcək

27-09-2018

"COP29 üçün effektiv kommunikasiya strategiyaları" mövzusunda media seminarı keçirilib

24-08-2024

Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək

12-05-2025

İİTKM-də Qlobal Beyin Mərkəzləri Forumu keçirilib

16-11-2024

Vladanka Andreyeva: “Kağızsız hökumətə keçid karbon emissiyasının azalmasına gətirib çıxaracaq”

04-09-2024

ÜPİ-nin Regional Strateji Forumunda “Azərpoçt” təmsil olunub

18-09-2024

"Azərpoçt" MMC adından göndərilən saxta mesajların sayı artıb

25-01-2024

COP29-un media tərəfdaşları açıqlanıb

09-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə