Previous Next
Bağla

COP29 çərçivəsində beynəlxalq mülki aviasiya ilə bağlı tədbir keçirilib

12-11-2024 16:57
COP29 çərçivəsində beynəlxalq mülki aviasiya ilə bağlı tədbir keçirilib

Noyabrın 11-də Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) işinə başlayıb. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Şurasının prezidenti Salvatore Şikitanonun başçılıq etdiyi nümayəndə heyəti COP29-un işində iştirak edir.

Xeberler.az məlumat verir ki, ICAO Baş katibinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında elçisi Ceyn Hyupinin moderatorluq etdiyi “BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək olaraq beynəlxalq aviasiya üçün təmiz enerji keçidinin həyata keçirilməsi”  sessiyasında beynəlxalq mülki aviasiyanın iqlim dəyişikliyinə təsirinin aradan qaldırılmasında ICAO-nun əldə etdiyi son nailiyyətlər təqdim edilib.

Tədbirdə, o cümlədən 2050-ci ilə qədər “Xalis Sıfır” karbon emissiyası səviyyəsinə nail olunması Uzunmüddətli Qlobal Ambisiya Məqsədi (LTAG) çərçivəsində dayanıqlı aviasiya yanacağı (SAF), aşağı karbonlu aviasiya yanacağı (LCAF) və aviasiya enerjisinin digər təmiz formalarına keçid üzrə görülən işlər, planlaşdırılan tədbirlər haqqında məlumat verilib.

Sessiyada aviasiya sahəsinin davamlı inkişaf məqsədlərinə nail olmaq üçün maraqlı tərəflərə təmiz enerjinin tətbiqində və aviasiyanın gələcəyi üçün potensialın yaradılmasında qüvvələri birləşdirməyə bir daha çağırış edilib.

Tədbir zamanı Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov öz çıxışında dövlətimizin iqtisadi siyasətinin ekoloji prioritetləri barədə məlumat verib, aviasiya sahəsində ICAO ilə uzunmüddətli effektiv əməkdaşlığın təqdirəlayiqliyini xüsusilə vurğulayıb.

Tədbirin sonunda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi (DMAA) ilə ICAO arasında dayanıqlı aviasiya yanacağı sahəsinə dəstək, potensialın artırılması və təlimlərin təmini üzrə “ACT-SAF” tərəfdaşlıq sənədi imzalanıb.

Sənədi DMAA-nın direktor müavini Nazim Ziyadov və ICAO-nun Baş katibi adından Avropa və Şimali Atlantika Ofisinin direktoru Nikolas Rallo imzalayıb.

“ACT-SAF” tərəfdaşlığı ölkəmizin istilik effekti yaradan qazların emissiyalarının azaldılması üzrə hədəflərə nail olunmasında mühüm dəstək olacaq və ekoloji inkişaf potensialının artırılması, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqində müsbət rol oynayacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyəti  ICAO-nun simpoziumunda iştirak edib   

Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyəti ICAO-nun simpoziumunda iştirak edib  

01-07-2022
“Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” tədbirində nələr müzakirə ediləcək?

“Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” tədbirində nələr müzakirə ediləcək?

18-11-2024
Azərbaycan aviasiya sahəsi üzrə Avropa və MDB regionunda ən yüksək nəticə əldə edib

Azərbaycan aviasiya sahəsi üzrə Avropa və MDB regionunda ən yüksək nəticə əldə edib

12-12-2018
RİNN nümayəndələri ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatının rəsmiləri görüşüb

RİNN nümayəndələri ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatının rəsmiləri görüşüb

17-06-2025
RİNN COP29 çərçivəsində keçirəcəyi tədbirləri açıqlayıb

RİNN COP29 çərçivəsində keçirəcəyi tədbirləri açıqlayıb

04-11-2024
Azərbaycan və Çin Mülki Aviasiya qurumlarının nümayəndələri görüşüb

Azərbaycan və Çin Mülki Aviasiya qurumlarının nümayəndələri görüşüb

11-07-2025
ICAO-nun Baş katibi Azərbaycan nümayəndə heyətini qəbul edib

ICAO-nun Baş katibi Azərbaycan nümayəndə heyətini qəbul edib

05-09-2025
"COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” adlı tədbir keçirilib

"COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” adlı tədbir keçirilib

11-11-2024
Aviasiya məsələləri üzrə beynəlxalq forum keçirilir

Aviasiya məsələləri üzrə beynəlxalq forum keçirilir

24-11-2015
Mülki Aviasiya Təşkilatının 75 illiyi münasibətilə poçt markası buraxılıb

Mülki Aviasiya Təşkilatının 75 illiyi münasibətilə poçt markası buraxılıb

24-09-2019
COP29-da rəqəmsallaşma və nəqliyyat: tematik günlər, təşəbbüslər, gözləntilər

COP29-da rəqəmsallaşma və nəqliyyat: tematik günlər, təşəbbüslər, gözləntilər

14-11-2024
Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammitində ekoloji dayanıqlılıq diqqət mərkəzindədir

Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammitində ekoloji dayanıqlılıq diqqət mərkəzindədir

12-06-2024
Nazir müavini: Azərbaycan nüvə innovativ nüvə texnologiyalarına maraq göstərir

Nazir müavini: Azərbaycan nüvə innovativ nüvə texnologiyalarına maraq göstərir

14-11-2024
Azərbaycan Yüksək nailiyyətlərə görə şəhadətnamə ilə təltif edilib

Azərbaycan Yüksək nailiyyətlərə görə şəhadətnamə ilə təltif edilib

02-10-2019
Nazir müavini nüvə enerjisindən istifadənin artırılmasına dair müzakirədə iştirak edib

Nazir müavini nüvə enerjisindən istifadənin artırılmasına dair müzakirədə iştirak edib

14-11-2024
Azərbaycan və Qırğızıstan mülki aviasiyada əməkdaşlığı müzakirə edib

Azərbaycan və Qırğızıstan mülki aviasiyada əməkdaşlığı müzakirə edib

02-03-2023
Azərbaycanda "Mülki pilotsuz uçan aparatlar" üzrə Texniki Komitə yaradılıb

Azərbaycanda "Mülki pilotsuz uçan aparatlar" üzrə Texniki Komitə yaradılıb

16-06-2023
Ermənistanda biometrik pasportlar və ID-kartlar tətbiq olunacaq

Ermənistanda biometrik pasportlar və ID-kartlar tətbiq olunacaq

28-04-2026
Azərbaycanda iki yeni dövlət agentliyi yaradılıb

Azərbaycanda iki yeni dövlət agentliyi yaradılıb

12-01-2018
Gənclərin iqlim texnologiyaları sahəsində startapları təqdim edilib

Gənclərin iqlim texnologiyaları sahəsində startapları təqdim edilib

16-11-2024
Nazir Rəşad Nəbiyev Əfqanıstanın nəqliyyat və mülki aviasiya naziri  ilə görüşüb

Nazir Rəşad Nəbiyev Əfqanıstanın nəqliyyat və mülki aviasiya naziri ilə görüşüb

04-10-2024
Nəqliyyat və Kommunikasiya Holdinqinin Müşahidə Şurası təsdiqlənib

Nəqliyyat və Kommunikasiya Holdinqinin Müşahidə Şurası təsdiqlənib

07-11-2024
Mülki Aviasiya Administrasiyası fəaliyyətini dayandırdı

Mülki Aviasiya Administrasiyası fəaliyyətini dayandırdı

16-01-2018
Azərbaycan nümayəndə heyəti ICAO rəhbərliyi ilə görüşüb

Azərbaycan nümayəndə heyəti ICAO rəhbərliyi ilə görüşüb

17-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə