Məlumat verdiyimiz kimi, noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq yayım dayandırıldı.
Dekabrın 1-dən isə respublikanın digər ərazilərində də tam olaraq rəqəmli televiziya yayımına keçilməklə, analoq yayımın dayandırılmasına başlanıb.
Belə ki, dekabrın ilk 10 günlüyündə Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmazda analoq yayım dayandırıldı.
İkinci mərhələdə-sabahdan 10-dan Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygol, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Məngəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən və Qaxda analoq yayım dayandırıldı.
Üçüncü mərhələdə- bu gündən isə Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik və Astara rayonlarında analoq yayım dayandırılmaqla rəqəmsal yayıma keçid həyata keçiriləcək. Bununla da ölkə üzrə tam olaraq rəqəmli TV yayımına keçiləcək.
Qeyd edilib ki, bölgələrdəki əhali dekoderləri poçt şöbələrindən əldə edə bilər. Belə ki, Rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün dekoderləri (Set-Top-Box) 22 manat ödəməklə istifadə haqqında təlimatla birgə poçt şöbələrindən əldə etmək mümkündür.
Teleradio İstehsalat Birliyindən verilən məlumata görə, bölgələrdə yaşayan əhali anloq yayıma keçidlə bağlı onları narahat məsələlərə aydınlıq gətirmək üçün 411 nömrəli Qaynar xətt-ə zəng edə bilər.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri