Previous Next
Bağla

MTRŞ-dan dekoderlərin qiyməti ilə bağlı açıqlama

02-11-2016 12:43
MTRŞ-dan dekoderlərin qiyməti ilə bağlı açıqlama

“Dekoderləri əhaliyə baha qiymətə satan yalnız mağaza sahibləri ola bilər”.

Xeberler.az-ın məlumatına görə, bunu açıqlamasında Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov dekoderlərin 30 manatdan yuxarı qiymətlə əhaliyə satılması məsələsinə aydınlıq gətirərkən deyib. 

MTRŞ rəsmisi qeyd edib ki, qiymət artımın qarşısını almaq üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən poçt şöbələrinə dekoderlər aşağı qiymətlərlə verilib:

“20-21 manatdan başlayan qiymətlərlə əhali dekoder ala bilər. Aparatın qiymətini baha satanlar yalnız sahibkarlardır. Poçt şöbələrində qiymət artımı yoxdur”. 

T.Məmədov analoq yayımının dayandırılması ilə bağlı əhali tərəfindən onlara şikayətlə bağlı müraciətlərin daxil olmadığını deyib. (xezerxeber).

1 noyabr tarixindən etibarən Bakı şəhəri və Abşeron yarımadasında analoq televiziya yayımı dayandırılıb və rəqəmli televiziya yayımına keçilib. Müasir televizorlar, o cümlədən 2010-cu ildən etibarən istehsal olunan bütün televizorlar rəqəmli yayımlanan siqnalları heç bir əlavə qurğu olmadan qəbul edir. Rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün isə dekoderləri (Set-Top-Box) istifadə haqda təlimatla birgə poçt şöbələrindən əldə etmək mümkündür. Bakı, Abşeron və Sumqayıt sakinləri bu qurğuları Poçt Şöbələrindən 22 manat ödəməklə əldə edə bilərlər.

Rəqəmli yayım siqnallarını qəbul etmək üçün xüsusi antenaya ehtiyac yoxdur. Analoq yayım üçün istifadə olunan antena vasitəsi ilə rəqəmli formatda TV proqramları izləmək mümkündür. Rəqəmli televiziya yayımına keçid əhaliyə ölkənin istənilən ərazisində televiziya proqramlarının yüksək keyfiyyətlə, o cümlədən HD standartında izləməyə, təsvir və səs siqnallarının kənar maneələr və informasiya itkisi olmadan qəbul edilməsinə geniş imkanlar yaradır.

Respublikanın digər ərazilərində tam olaraq rəqəmli televiziya yayımına cari ilin 1 dekabr tarixindən keçiləcək və analoq yayım bütün ölkə ərazisində tam dayandırılacaq. Naxçıvan Muxtar Respublikasında açıq paketli rəqəmli televiziya yayımına 10 dekabr 2014-cü il tarixindən keçilib. Rəqəmli televiziya yayımına keçidlə bağlı yaranan hər hansı problem və sualla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 14-11 nömrəli Qaynar xətt-nə zəng etmək lazımdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu ərazilərdə analoq yayım dayandırıldı

01-11-2016

Azərbaycanda analoq yayım dayandırıldı-Rəsmi

20-12-2016

Ölkədə rəqəmli yayıma keçidlə bağlı Qaynar xətt yaradılıb-Video

31-10-2016

Nazirlik rəqəmli yayıma keçidlə bağlı əhaliyə müraciət edib

31-10-2016

“Analoq yayım dayandırılandan sonra əhali çətinliklə üzləşməyəcək”

13-10-2016

Daha 14 rayonda analoq yayım dayandırılır

20-12-2016

Bəzi ərazilərdə analoq yayımın dayandırılması ləngiyə bilər

04-10-2016

Moldova rəqəmli televiziya yayımına keçidə başlayır

17-06-2015

Sabahdan 32 rayonda analoq yayım dayandırılır

09-12-2016

Ölkə rəqəmli televiziya yayımına keçid üçün tam hazırdır

16-12-2015

Rəqəmli yayıma keçid bu il başa çatdırılacaq

15-08-2015

Serbiya rəqəmli televiziya yayımına keçib

16-06-2015

Yayımçıların rəqəmli yayım üçün ödəyəcəyi məbləğ baha olmayacaq

07-10-2016

Bölgələrdə analoq yayım dayandırılır

01-12-2016

Dekoderləri necə quraşdırmalı?-Təlimatlar

03-11-2016

Belarusda analoq yayım dayandırılıb

15-05-2015

Rəqəmli yayıma keçidlə bağlı yeni dekoderlər sifariş edilib

06-10-2016

MTRŞ Azərbaycanda ilk dəfə rəqəmli radio yayımı üçün diapazon ayırdı

13-05-2019

“Teleradio yayımçıları rəqəmli yayıma keçidə hazırdır”

22-09-2016

“TRT 1-in yayımı qısa zamanda bərpa olunacaq”

02-11-2016

Azərbaycanda analoq yayım dayandırılır- Qərar

27-09-2016

İlin sonunadək Azərbaycanın bir sıra bölgələrində rəqəmli TV yayımı avadanlıqları quraşdırılacaq

13-11-2010

Azərbaycanda rəqəmli TV üçün yeni teleqüllə tikilir

25-06-2011

Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramıdır

06-11-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə