Previous Next
Bağla

Yayımçıların rəqəmli yayım üçün ödəyəcəyi məbləğ baha olmayacaq

07-10-2016 15:59
 Yayımçıların rəqəmli yayım üçün ödəyəcəyi məbləğ baha olmayacaq

“Yayımçılar tərəfindən rəqəmli TV yayımı üçün operatora ödəniləcək məbləğ analoq yayımın məbləğindən baha olmayacaq”.

Xeberler.az bildirir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki nəzarət şöbəsinin müdiri İsa Məmmədov deyib.

O qeyd edib ki, rəqəmsal yayım üçün ümumrespublika yayımçıları tərəfindən ödənilməsi nəzərdə tutulan məbləğ həm veriliş sürətindən, həm yayım müddətindən, həm də əhatə zonasından, yəni televiziya vericisinin gücündən asılı olaraq dəyişir.

Qeyd edək ki, respublikada analoq yayımın dayandırılmasından sonra rəqəmsal yayımın həyata keçirilməsi üçün yayımçılar tərəfindən operatora ödəniləcək qiymətlər Nazirlər Kabinetinin 189 və 190 nömrəli 11 may 2016-cı il tarixli qərarları ilə müəyyənləşib. Qərarlara əsasən rəqəmli şəbəkədə 1 Mbit/saniyə üzrə bir televiziya və ya radio proqramının 1 saat yayımı üçün (ƏDV daxil olmaqla) tarif 50 Vt-a qədər, 50 Vt daxil olmaqla 0,38 manat, 50 Vt-dan -300 Vt-a qədər, 300 Vt daxil olmaqla  0,65 manat, 300 Vt-dan -1200 Vt-a qədər, 1200 Vt daxil olmaqla 0,88 manat, 1200 Vt-dan 3000 Vt-a qədər, 3000 Vt daxil olmaqla 1,06 manat, 3000 Vt-dan yuxarı 1,16 manatdır. Bu tariflərə radiotezliklərdən istifadə üzrə illik istismar haqları daxildir.

Xatırladaq ki, Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 1 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib. Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin (Set-Top-Box) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamanda Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin (Set-Top-Box) satışının təşkilinin təmin edilməsi tövsiyə edilib.(APA)

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bəzi ərazilərdə analoq yayımın dayandırılması ləngiyə bilər

04-10-2016

Rəqəmli yayıma keçidlə bağlı yeni dekoderlər sifariş edilib

06-10-2016

Nazirlik rəqəmli yayıma keçidlə bağlı əhaliyə müraciət edib

31-10-2016

Azərbaycanda analoq yayım dayandırılır- Qərar

27-09-2016

“Analoq yayım dayandırılandan sonra əhali çətinliklə üzləşməyəcək”

13-10-2016

MTRŞ Azərbaycanda ilk dəfə rəqəmli radio yayımı üçün diapazon ayırdı

13-05-2019

MTRŞ-dan dekoderlərin qiyməti ilə bağlı açıqlama

02-11-2016

Bu avadanlığa görə 3 il gömrük rüsumu alınmayacaq

02-10-2016

Ölkədə rəqəmli yayıma keçidlə bağlı Qaynar xətt yaradılıb-Video

31-10-2016

Dekoderləri necə quraşdırmalı?-Təlimatlar

03-11-2016

Rəqəmli yayıma keçid bu il başa çatdırılacaq

15-08-2015

Bu ərazilərdə analoq yayım dayandırıldı

01-11-2016

Belarusda analoq yayım dayandırılıb

15-05-2015

“Teleradio yayımçıları rəqəmli yayıma keçidə hazırdır”

22-09-2016

Bakı və Abşeronda ikinci nəsil DVB-T2 standartlı televiziya yayımına başlanılır

14-03-2024

MTRŞ əhalini dekoderləri alarkən diqqətli olmağa çağırıb

01-11-2016

Daha 14 rayonda analoq yayım dayandırılır

20-12-2016

Rəqəmsal yayıma keçid ilkin mərhələdə icbari olmayacaq

07-10-2011

Sabahdan 32 rayonda analoq yayım dayandırılır

09-12-2016

Rəqəmsal yayıma keçidlə bağlı təlimat hazırlanır

10-03-2012

Rəqəmsal yayım üçün cihazın satışa çıxarılacağı vaxt açıqlandı

06-01-2012

Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramıdır

06-11-2016

Azərbaycanda analoq yayım dayandırıldı-Rəsmi

20-12-2016

Moldova rəqəmli televiziya yayımına keçidə başlayır

17-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə