Qafqazın ilk peyk operatoru olan “Azərkosmos” ASC tərəfindən idarə olunan Azerspace-1 peyki üzərindən yayımlanan yerli TV kanalların yayım keyfiyyətinin artırılması məqsədi ilə yayım tezlikləri dəyişilib. Bununla əlaqədar olaraq, 30 mart saat 03.00-da 11169Mhz tezliyində yayımlanan AZTV, Azad Azərbaycan, Xəzər, İctimai TV, Mədəniyyət, İdman Azərbaycan, İnterAz kanallar yeni tezliyə keçirilib. Qeyd edək ki, yeni tezliyin detalları aşağıda qeyd olunmuşdur:
11169Mhz → 11175Mhz : S/R-27500 : FEC 5/6 : Pol –H
Eyni zamanda Azerspace-1 peyki üzərindən yayımlanan kanallar siyahısına daha bir neçə region kanalı daxil olub
“Azərkosmos” ASC ilə ölkəmizin bir neçə region kanalı arasında kanalların yayımına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, region kanalları – Qütb TV (Quba), Alternativ TV (Gəncə), Türkəl TV (Tovuz) və Region TV artıq Azerspace-1 peyki üzərindən yayıma başlayıb. Regionlarımızda fəaliyyət göstərən bu kanallar artıq 11024/V/12700 tezliyi ilə yayımlanmaqdadır. Qeyd edək ki, yeni tezliyin detalları aşağıda qeyd olunmuşdur:
11024 Mhz : S/R-12700: QPSK 5/6: Pol –V
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri