Previous Next
Bağla

Daha bir xidmət “myGov” portalına inteqrasiya edilib

16-04-2025 10:10
Daha bir xidmət “myGov” portalına inteqrasiya edilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 sentyabr tarixli Fərmanına əsasən, çağırış yaşında olan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində göstərilən xidmətlərin optimallaşdırılması və elektronlaşdırılması istiqamətində müvafiq tədbirlər görülməkdədir.

Xeberler.az bildirir ki, bu barədə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu sahədə normativ hüquqi aktların təkmilləşdirilməsi, şəffaflığın təmin olunması və həqiqi hərbi xidmətə çağırışdan yayınma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının aidiyyəti qanunvericilik aktlarında, o cümlədən Cinayət, Miqrasiya və İnzibati Xətalar Məcəllələrində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli Qanunu qəbul edilib.

Həmin Qanunla Azərbaycan Respublikasının Cinayət Məcəlləsində edilmiş dəyişikliyə əsasən, “çağırışdan boyun qaçırma” dedikdə, vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (şəhadətləndirməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür.

Bununla yanaşı, vətəndaşların müddətli həqiqi hərbi xidmətə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırdıqda, barələrində çağırış üzrə qərar qəbul edilənədək, onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Miqrasiya Məcəlləsində dəyişiklik olunub.

Hazırkı dövrdə əhali üçün təqdim edilən müasir rəqəmsal həllər həm rahatlıq, həm də vaxta qənaət baxımından olduqca önəmlidir. Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bir sıra proaktiv xidmətlərin göstərilməsi, vətəndaşlarla əyani təmasın minimuma endirilməsi məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununda edilən dəyişikliklərə əsasən hərbi xidmətlə bağlı məlumat əldə edilməsi və hərbi vəzifələrin (qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışın (o cümlədən tibbi müayinədən keçməsi (tibbi şəhadətləndirilməsi), çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsi) yerinə yetirilməsi üçün yeni imkanlar nəzərdə tutulub.

Qanuna edilmiş dəyişikliklərə əsasən, vətəndaşlar (çağırışaqədər yaş həddində olanlara münasibətdə isə onların qanuni nümayəndələri - valideynləri, övladlığa götürənlər və ya himayəçiləri) tərəfindən öz hərbi vəzifələrinin icrası ilə bağlı məlumatlarla tanış olmaq, məlumatları əldə etmək, müvafiq məlumatların dəyişdirilməsi üçün müraciət etmək, dəyişikliklərlə bağlı məlumat almaq, müraciətləri elektron formada göndərmək, xidmətlərdən istifadə etmək və ödənişləri həyata keçirmək üçün Elektron Hökumət İnformasiya Sistemində xüsusi fərdi elektron səhifə (elektron kabinet) yaradılmalıdır.

Hazırda Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə “Vətəndaşın hərbi qeydiyyatda olması haqqında”, “Vətəndaşın hərbi xidmət keçməsi barədə” arayışların verilməsi elektron qaydada həyata keçirilir, həmçinin ilkin mərhələdə 6 növ arayışın “My Gov” mobil tətbiq üzərindən vətəndaşlara təqdim olunması istiqamətində işlər yekunlaşmaqdadır.

Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının hərbi xidmətə çağırışı, o cümlədən tibbi müayinədən keçməsi və tibbi şəhadətləndirmə ilə bağlı məlumatlandırma, həmçinin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilir, bununla bağlı çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirilir.

Qeyd edək ki, Dövlət Xidmətləri üçün göstərilən bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi prioritet məsələlərdən biridir. Qanunvericiliyə edilmiş dəyişikliklər milli təhlükəsizliyimizi gücləndirmək, Silahlı Qüvvələri çağırışçılarla vaxtında və keyfiyyətli komplektləşdirmək, səfərbərlik sisteminin səmərəliliyini artırmaq məqsədini daşıyır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“mygov”a hərbi xidmətlə bağlı yeni funksiyalar əlavə olunub

20-08-2025

Hərbi xidmətlə bağlı məlumatlar “mygov”a inteqrasiya edilib

02-06-2025

Çağırışçılar xidmət edəcəkləri hərbi hissəni elektron qaydada öyrənəcək

30-09-2015

Hərbi çağırışçılar və hərbi vəzifəlilər üçün elektron kabinet yaradılacaq

13-12-2024

ƏƏSMN-in 66 əməkdaşı səfərbərlik üzrə hərbi xidmətə yola salınıb

30-09-2020

Hərbi xidməti harada keçəcəksiniz? - Elektron formada öyrənin

29-06-2016

Həqiqi hərbi xidmətə çağırılanlarla bağlı bəzi kateqoriyalar üzrə yekun tibbi müayinə necə aparılır?

01-07-2024

Çağırışçılar hərbi xidmət yerlərini SMS-lə öyrənəcək

01-05-2015

İtirilmiş hərbi biletlərin yenisi ilə əvəzlənməsi elektron formada həyata keçiriləcək

15-07-2015

Hərbi xidmətin yerini sms-lə öyrənmək mümkünləşdi

31-12-2014

Çağırışçılarla bağlı xidmətlər vahid informasiya sistemi ilə həyata keçiriləcək

03-12-2025

Daha bir qurum “Elektron Hökumət” portalına qoşulur

21-10-2015

Hərbi xidmətə gedənlər üçün SMS və onlayn bildiriş xidməti aktivləşib

01-07-2015

Portala inteqrasiya edilən e-arayışların sayı artdı

15-12-2016

Daha bir elektron xidmətin adı dəyişdirilib

19-11-2015

Milli Məclisin növbəti plenar iclası işə başlayıb

01-05-2025

Yeni şəxsiyyət vəsiqələrinin verilməsi müddəti uzadıldı

31-10-2015

Media nümayəndələri üçün “Sosial Jurnalistika” təlimi keçirilib

18-12-2025

Prezident yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı sərəncam imzalayıb

30-11-2014

my.gov.az elektron hökumət portalı fəaliyyətə başlayıb

03-06-2019

“Elektron hökumət” portalına yeni xidmətlər əlavə edilib

28-08-2015

Biometrik pasportların verilməsinə başlanılıb

04-05-2015

Nazirlik sosial şəbəkə istifadəçilərinə müraciət edib

28-03-2018

Çağırışçılar xidmət edəcəkləri hərbi hissə barədə SMS alacaqlar

19-12-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə